Varşava gettosundakı yəhudi oğlan Haqqinda Melumat - Vikipedia

Varşava gettosundakı yəhudi oğlan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Varşava gettosundakı yəhudi oğlan

Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir[a] və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi.[b]

Varşava gettosundakı yəhudi oğlan
Rəssam bilinmir
Tarixi 1943[1][2]
Üslubu reportaj
Ölçüləri 30 sm × 22 sm
Saxlanıldığı yer
Saytı collections.ushmm.org/se…
bild.bundesarchiv.de/arc…
gettyimages.com/detail/n…
İnventar nömrəsi 38-IMT-1061PS-Box 21-22[2], 4507[2], 26543[2], Bild 183-41636-0002[1], 30001717
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəmin redaktə

 
Varşava Böyük Hərəkəti zamanı qatarlara minməyə məcbur edilən yəhudilər.

Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi. 1939-cu ilin sentyabrında Nasist Almaniyasının Polşaya hücumişğal etməsi ilə yəhudilər antisemit qanunlara tabe olmağa məcbur qalırlar. 1941-ci ildə 460 min yəhudi şəhərin yalnız 2,4%-ni təşkil edən Varşava gettosuna məcburi formada köçürülür. Rəsmi qida rasionu adambaşına gündəlik yalnız 180 kalori idi. Şəhərin "ari" tərəfində yaxalanmanın ölüm hökmü ilə cəzalandırılan bir cinayət olmasına baxmayaraq, insanlar qaçaqmalçılıq etməklə və qanunsuz emalatxanalar işlədərək sağ qalırlar.[10]

1942-ci ilin ortalarında Varşava gettosundakı yəhudilərin əksəriyyəti Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Yəhudi Mübarizə Təşkilatı 1943-cü ilin yanvarında, almanların yenidən bir deportasiya prosesinə başladıqları zaman nasistlərə qarşı silahlı müqavimət göstərir. Yəhudilər sığınacaqlar qazmağa və gettoya silah qaçaqmalçılığı etməyə başladılar. 19 aprel 1943-cü il tarixində SS və polis rəhbəri Yurgen Ştropun komandanlığı altında təxminən 2 min əsgər oranı ləğv etmək üçün tanklarla gettoya daxil olur. Onlar zəif silahlanmış yəhudi üsyançıları tez bir zamanda məğlub edəcəklərini gözləyirdilər. Amma bunun əvəzinə, Holokosta qarşı ən böyük yəhudi müqaviməti olan Varşava gettosu üsyanı dörd həftə davam edir. Almanlara verilən tapşırıq gettonu yandırmaq, sığınacaqlara zəhərli qaz dolduraraq və partlayışlar törədərək yəhudiləri oradan çıxarmaq, yəhudiləri umşplaqplatsa yürütmək, daha sonra isə onları Maydanek həbs düşərgəsinə, ya da Treblinka ölüm düşərgəsinə deportasiya etmək idi. ABŞ-da yerləşən Holokost Memorial Muzeyinə görə, "ümidsiz görünən bu mübarizə … yəhudi xalqının tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olur".[10]

Fotoşəkilin iki orijinal buraxılışı:
MXİ nüsxəsinin 14-cü fotoşəkili (solda)
MAQİ nüsxəsinin 17-ci fotoşəkili (sağda).

Üsyanın yatırılması zamanı Ştrop Krakov şəhərində yerləşən ali SS və polis rəhbəri Fridrix Vilhelm Krügerə gündəlik icmallar göndərir. 689-cu propaqanda kampaniyası və Frans Konrad hadisələri sənədləşdirmək üçün fotoşəkillər çəkir.[11][12] Henrix Himmler üçün şəxsi bir suvenir olan "Ştrop raportu" kimi alman hərəkətlərinin xülasəsi ilə birlikdə seçilmiş fotoşəkillər və icmallar tərtib edilir. Raportun tərtib edilmə məqsədi Ştropun komandir kimi səmərəliliyini təbliğ etmək və gettonu tez bir zamanda təmizləməməsinə bəhanə göstərmək idi.[13] Raport üsyanın yatırılmasında iştirak edən SS hərbçilərinin, xüsusən də yəhudi döyüşçülər tərəfindən öldürülən on altı əsgərin guya göstərdikləri qəhrəmanlıqları xatirəsini əbədiləşdirirdi.[5][14] Üsyan zamanı 7 mindən çox yəhudi güllələnir. Onların əksəriyyəti qeyri-sıravilər idi.[13]

Raportun orijinal adı "Varşavada artıq yəhudi məhəlləsi yoxdur!" (alm. Es gibt keinen jüdischen Wohnbezirk in Warschau mehr!‎) idi.[15] Nasist propaqandasını əks etdirən raport yəhudiləri insanlıqdan çıxarır, onları "quldurlar", "bitlər" və ya "siçovullar" olaraq, sürgün və qətlləri isə "təmizləmə əməliyyatı" olaraq xarakterizə edir.[13][16] Raporta görə, yəhudilər öldürülmək və ya qətl edilmək əvəzinə, "məhv edilir".[5] Raportun üç nüsxəsi Himmler, KrügerŞtrop üçün hazırlanmışdır.[13][15] "Ştrop raportu"nun bir nüsxəsi Varşava şəhərində yerləşən Milli Xatirə İnstitutu (MXİ) tərəfindən saxlanılır. Fotoşəkil nəticədə məhkəməyə göstərilməsə də, başqa bir nüsxə Nürnberq prosesində sübuta yetirilir. Bu nüsxə Amerika Birləşmiş Ştatlarının Milli Arxivlər və Qeydlər İdarəsi (MAQİ) tərəfindən saxlanılır.[14][17]

Fotoşəkil redaktə

Novolipiye küçəsi 32 ünvanında "yəhudi ravvinlər". Blöşe sağdan ikincidir.
Novolipiye küçəsindən umşplaqplatsa yürüdülən yəhudilər.

Fotoşəkil Varşava gettosunda baş vermiş Varşava gettosu üsyanı (19 aprel–16 may tarixləri) zamanı çəkilmişdir.[18] "Marki Şəhərətrafı Dəmiryolu" Varşavanın Qalıqlarını Müdafiə Assoasiyasının bir internet forumu müzakirəsində memarlıq detallarındakı oxşarlıqlardan, xüsusən də navalçadan ehtiyatla yerin Novolipiye küçəsi 34 ünvanı olduğunu müəyyən etmişdir. Bu iddialar 2018-ci ildə Maqdalena Kiçinska və Marchin Ceciç tərəfindən polyak dilində yazılan "İndi 43" (pol. Teraz ′43) kitabında müzakirə olunur.[16] Fotoqraf ya Frans Konrad, ya da 689-cu propaqanda kampaniyasının bir üzvü idi. Albert Kuzian, Erhard Yozef Knoblax və Artur Qrimm 689-cu propaqanda kampaniyasında fotoqraf kimi çalışdılar.[11][12] Kuzian fotoşəkilin müəllifi olduğunu iddia etmiş ola bilər.[12] Polşada mühakimə olunan Konrad fotoşəkili sadəcə Adolf Hitlerə Ştropun üsyan zamanı törətdiyi vəhşiliklərdən şikayət edə bilməsi üçün çəkdiyini iddia edir, məhkəmə isə bu iddianı qəbul etmir. Yeddi yəhudini şəxsən öldürməklə və mindən çox yəhudini ölüm düşərgələrinə sürgün etməklə təsqirlənən Konrad edam cəzasına məhkum edilir. O, 1952-ci ildə edam olunur.[5][19]

Fotoşəkildə silahlı alman əsgərləri tərəfindən sığınacaqdan zorakı şəkildə çıxarılan bir qrup yəhudi kişi, qadın və uşaq əks olunur. Fotoşəkilin orijinal yazısı "Zorla sığınacaqlardan çıxarıldı"dır (alm. Mit Gewalt aus Bunkern hervorgeholt‎).[16] Burada yəhudilərin əksəriyyəti cır-cındır paltar geyinir və özəl əşyaları azdır. Onlar sığınacaqdan çıxarıldıqdan sonra umşplaqplatsa yürüdülürlər, daha sonra isə bir ölüm düşərgəsinə deportasiya edilirlər. Fotoşəkilin mərkəzində alt, ya da yeddi yaşında görünən, qəzetsatan papağı və dizinə qədər uzanan corab geyinmiş balaca bir oğlan var. SS-rottenfürer Yozef Blöşe öz avtomatını uşağa doğru yönəldir, uşaq isə təslim olmaq üçün əllərini yuxarıda tutur.[7][16][18] Fotoşəkildə bir çox qarşı-qarşıya qalma halı əks olunub. Riçard Raskinin qeyd etdiyi kimi: "SS yəhudilərə qarşı, cinayətkarlara qarşı qurbanlar, hərbçilər mülki şəxslərə qarşı, güc çarəsizliyə qarşı, silah üzərindəki hədələyici əllərə qarşı təlsim olmaq məqsədilə yuxarıya qaldırılmış boş əllər, polad dəbilqələr çılpaq başlar və ya yüngül papaqlara qarşı, qarmaqarışıqlıq qorxuya qarşı, təhlükəsizlik əzaba qarşı, kişilər qadınlar və uşaqlara qarşı".[3] Frederik Russoya görə, Ştrop fotoşəkili raporta daxil etməyi yəqin ki, bunun onun yəhudi-xristian mənəviyyatını aşmağı və onun günahsız qadın və uşaqlara hücum etmək qabiliyyətini göstərdiyi üçün seçmişdi.[20]

Kimliklər redaktə

Oğlan redaktə

Fotoşəkildəki oğlan olduğu iddia edilən bir neçə şəxs var. Lakin oğlanın kimliyi məlum deyil.[9][12][19] Təklif olunan iddiaçıların hamısının hekayələri fotoşəkil haqqında bilinən faktlarla ziddiyyət təşkil edir.[8] Oğlan, ehtimal ki, on yaşından kiçik idi. Çünki qolunda Davud ulduzu sarğısı yoxdur.[19] Fotoşəkil üzərində araşdırma aparan Yivo Yəhudi Araşdırmaları İnstitutu əməkdaşı tarixşünas Lüsian Dobroşitski demişdir ki, "Holokostun ən dramatik hadisəsinin bu fotoşəkili tarixçilərdən demək olar ki, digər fotoşəkillərdən daha böyük bir məsuliyyət tələb edir … bu, insanların bununla istədiklərini etməsinə icazə vermək üçün çox müqəddəsdir".[21][22]

  • Artur Domb Semontek (Loviç, 1935) — fotoşəkildəki oğlan olduğu iddia edilən ilk şəxs. İddia 1950-ci ildə irəli sürülüb. Semontek varlı bir ailədən gəlirdi və onun atası Loviç gettosunun yudenratının bir üzvü idi, hansı ki, 1941-ci ildə Varşavaya köçürülür. Semontek yaxın qohumu və Varşava sakini olan Yadviqa Pesetskaya 1939-cu ilin sentyabrında həyat yoldaşı ilə SSRİ-yə qaçır. Onlar holokostdan xilas olurlar və 1970-ci illərdə Semontekin fotoşəkildəki oğlan olduğuna dair izahat imzalayırlar.[12][16]
  • 1999-cu ildə yaşlı Avraam Zeylinvarger İsraildəki Getto Döyüşçüləri Evinə demişdir ki, şəkildəki oğlan onun 1932-ci il təvəllüdlü oğlu Levi Zeylinvargerdir. Avraim 1940-cı ildə SSRİ ərazisinə qaçır. Amma onun həyat yoldaşı Xana,[c] oğlu və qızının holokost zamanı həlak olduqları güman edilir. Riçard Raskin özü şəxsən Zeylinvargerin iddialarına şübhə ilə yanaşırdı. Buna səbəb Levi ilə şəkildəki oğlan arasındakı oxşarlığın olmamasıdır.[12][16]
  • 1978-ci ildə İsrail Rondel "The Jewish Chronicle" verdiyi müsahibədə bildirmişdir ki, fotoşəkildəki oğlan məhz özüdür. Lakin o, fotoşəkilin 1941-ci ildə çəkildiyini qeyd etmişdir. Həmçinin, Rondelin digər iddiaları da bilinən faktlarla uyğunlaşmadığından onun iddiası qəbul edilməmişdir.[8][12][23]
 
Nussbaumun pasport üçün 1945-ci ildə çəkilmiş fotoşəkili.
  • Tsvi Çaym Nussbaum (1936–2012)[24] — fotoşəkildəki oğlan olması iddiasına ən uyğun olan şəxs. O, Təl-Əviv şəhərində anadan olsa da, İkinci Dünya müharibəsi başlamazdan əvvəl ailəsi ilə birlikdə Polşaya köçür. O, Varşavanın "ari" qismində gizlənərək sağ qalmışdır. Özü və ailəsi Fələstin vizalarına sahib olduğundan onlar "Polski" oteli tələsinə düşdülər. Almanlar bu zaman işğal altındakı Avropadan etibarlı bir şəkildə çıxmağı vəd etdilər. Nussbaum 1945-ci ildə Bergen-Belsen həbs düşərgəsindən amerikan əsgərlər tərəfindən azad edilir. O, 1982-ci ildə qeyd edir ki, 13 iyul 1943-cü il tarixində "Polski" oteli qarşısında saxlanılır və fotoşəkildə əks olunduğu kimi əllərini yuxarıya qaldırmağa məcbur edilir. Bəzi yəhudi təşkilatlar bu iddianı irəli sürüldüyü zaman tənqidsiz şəkildə qəbul etsələr də, Nussbaumun fotoşəkildəki oğlan olması mümkün deyil.[16][21][22] Nussbaum özü belə heç vaxt kimlik məsələsində dəqiq olduğunu iddia etməmişdir. O, demişdir: "Düşünürəm ki, bu mənəm, amma dürüstcə and içə bilmərəm. Bir milyon yarım yəhudi uşağdan əllərini yuxarıya qaldırmaq tələb edilmişdi".[12][21] Dobroşitski Nussbaumun iddiası ilə fotoşəkil haqqında bilinənlər arasındakı uyğunsuzluğa diqqət çəkmişdir. "Ştrop raportu"ndakı bütün şəkillərin Varşava gettosunun daxilində çəkildiyi fərz edilir. Lakin "Polski" oteli gettonun içərisində yerləşmir. Fotoşəkildə küçə əks olunur. Fəqət "Polski" oteli önündəki bütün məcburi toplaşmalar həyətdə baş tuturdu. Fotoşəkildə yəhudilərin əksəriyyəti ağır paltar geyinir. Bu fakt fotoşəkilin iyul ayında çəkilmədiyini göstərir. Onlar şəhərin "ari" tərəfində gizləndikləri halda taxmayacaqları qol sarğıları taxırlar. Almanlar "Polski" oteli önündəki məcburi toplaşmalarda ehtiyacları olmayacaqları döyüş formaları geyinirlər. Bundan əlavə, Nussbaum "Ştrop raportu"nun Himmlerə çatdırılmasından təqribən bir ay sonra həbs olunur.[21][22][25] Həmçinin, Corciya Universitetinin məhkəmə antropoloqu K. R. Börns Nussbaumun 1945-ci ildə çəkilən fotoşəkili ilə Varşava gettosundakı oğlanın fətəşəklini müqayisə etmiş, Nussbaumun fotoşəkildəki oğlandan fərqli olaraq, ayrılmış qulaq seyvanlarına malik olduğu müəyyən etmişdir.[12]

Digər şəxslər redaktə

Qolda Şulkesin dediyinə görə binadan birbaşa oğlanın arxasında çıxan qadın Qolda Stavarovska idi ki, Şulkes özünü Stavarovskanın nəvəsi kimi təqdim etmişdir. Çiynində ağ çantası ilə gəzən oğlanın onun bacısı olduğunu iddia edən Hana İçenqrin tərəfindən qdansklı Aron Leyzer (Lev) Kartuzinski olduğu müəyyən edilmişdir.[26][27] Eyni şəxsin Harri-Haym Nişauer olduğu da irəli sürülmüşdür.[26] Holokostdan xilas olan Polşa əsilli ABŞ vətəndaşı Ester Qrosband-Lamet sol tərəfdən ön plandakı kiçik qızın Maydanek həbs düşərgəsində öldürülən qardaşı qızı Xanna (Hanka) Lamet[26][27][d] (1937–1943) olduğunu söyləmişdir. Bu halda, şərf taxan qadın Hankanın anası, Moşe Lamet ilə evli Matilda Qoldfinger-Lamet[27] və ya Matilda Lamet Qoldfinger[26] olur. Ailə Varşavadan idi.[9][12][16]

 
Blöşə həmin fotoşəkildə.

Qəti olan yeganə kimlik MP 28 avtomatını oğlana tərəf yönəldən SS hərbçisi rottenfürer Yozef Blöşeninkidir.[3][12][16] Blöşe 1912-ci ildə Sudetenlandda anadan olmuş, Aynzatsqruppda xidmət edirdi.[12] O, üsyan zamanı Varşava gettosunda işləyən bir polis idi. Üsyan iştirakçısı Marek Edelman verdiyi ifadədə vurğulamışdır ki, Blöşe "gündəlik işi"nin bir hissəsi olaraq yəhudiləri öldürür, uşaqlara və hamilə qadınlara qarşı zorakılıq tətbiq etməsi ilə tanınırdı.[3][16] O, Varşava gettosu üsyanının yatırılmasıda göstərdiyi fəaliyyət performansı səbəbiylə İkinci dərəcəli qılınclı döyüş ləyaqət xaçına layiq görülmüşdür.[12] Bloşe "Ştrop raportu"ndakı bir neçə fotoşəkildə görünür. O, Şərqi Almaniyada mühakimə olunarkən, məhkəmə həmin fotoşəkilləri prokurorluq üçün əsas sübut kimi istifadə etmişdir. Bloşe ən azı 2 min insanın qətlində iştirak etməklə təsdiqkar bilinirdi və 1969-cu ildə edam edilmişdir.[16] Blöşe fotoşəkil haqqında danışarkən qeyd etmişdir:

"  Şəkildə Varşava gettosundakı Gestapo ofisinin üzvü olan mənim bir qrup SS üzvü ilə birlikdə çox sayda yəhudi vətəndaşını bir evdən çıxartmağım əks olunub. Yəhudi vətəndaşlar qrupu əsasən uşaqlar, qadınlar və qocalardan ibarətdir. Onlar əllərini yuxarıya qaldırılmış halda qapı vasitəsilə evdən çıxarılırlar. Yəhudi vətəndaşlar daha sonra umşplaqplats adlanan yerə aparılır ki, onlar oradan Treblinka ölüm düşərgəsinə göndərilir.[12] " 

Məhkəmə prosesi zamanı hakim Blöşedən fotoşəkildə təsvir olunan hadisələr barədə soruşur:

Hakim: "Siz avtomatla idiniz …. bir binadan çıxardığınız, əllərini yuxarıya qaldıran balaca bir oğlana qarşı. O anlarda sakinlər necə reaksiya göstərdi?"

Blöşe: "Onlar çox böyük bir qorxu içində idilər."

Hakim: "Bu, o balaca oğlanda yaxşı əks olunur. Nə düşünürdün?"

Blöşe: "Biz hər gün belə səhnələrin şahidi olurduq. Heç düşünə də bilmədik."[28]

İrsi redaktə

 
Fotoşəkilin MAQİ buraxılışımda sepiya tonu var ki, bu da fotoşəkilin bir çox rəqəmsal buraxılışında saxlanılır.
 
Fotoşəkilin MXİ buraxılışı

"The New York Times" fotoşəkili "Ştrop raportu"ndakı digər fotoşəkillər ilə birgə 26 dekabr 1945-ci il tarixində yayımlamışdır. Raport elə bu dövrdə Nürnberq prosesi üçün dəlil kimi istifadə edilmişdir. 27 dekabrda qəzet fotoşəkili yenidən yayımlayır və qeyd edir:

"  Getto sakinlərindən bəxti gətirənlər bir neçə almanı da özləri ilə apapaq döyüşdə həlak olur. Ancaq onların hamısının bəxti gətirmir. Bəlkə də 10 yaşında olan balaca bir oğlan var idi. Hazır tüfəngləri ilə dayanan fövqəlbəşərlərə çiynindən arxasına baxan qadın bu oğlanın anası ola bilər. Solğun, şirin üzlü kiçik bir qız var idi. Papaqsız qoca bir kişi var idi. Onlar küçələrə çıxdılar. Uşaqlar yaşlıları təqlid edərək əllərini yuxarıya qaldırır. Çünki fövqəlbəşərlər uşaqları öldürməkdən çəkinmirdilər.[8] " 

Fotoşəkil 1970-ci illərə qədər çox da tanınmırdı.[18] Bu, bəlkə də əksər ölkələrin anonim qurbanları yad etməyə yox, nasizmə müqaviməti qeyd etməyi üstün tutdular deyə olmuşdur. Fotoşəkil 1969-cu ildə Gerhard Şenbernerin "Sarı ulduz" əsərinin ingilis dilində olan buraxılışının üz qabığında əks edilmişdir.[14] "Time" jurnalı fotoşəkili 2016-cı ildə tərtib etdiyi "tarixin ən təsirli 100 fotoşəkilindən biri" adlı siyahısına almışdır. Jurnal holokost dövründə ortaya çıxan bir çox "iztirablı görüntü"dən üstün bir "aşkar təsiri" olduğunu qeyd etmişdir. Jurnala görə, uşaq "nasistlər tərəfindən öldürülən 6 milyon müdafiəsiz yəhudinin sifətini təmsil edir".[4] Fotoşəkil haqqında bir neçə kitab yazılmışdır. Bu kitablar arasında Riçard Raskinin "Silah tuşlanmış bir uşaq. Bir fotoşəkilin həyatı mövzusunda araşdırma" (ing. A Child at Gunpoint: A Case Study in the Life of a Photo", Den Poratın "Oğlan. Bir holokost hekayəsi" (ing. The Boy: A Holocaust Story) və Frederik Russonun "Varşavanın yəhudi oğlan. Bir fotoşəkil tarixi" (fr. L'Enfant juif de Varsovie. Histoire d'une photographie) kitabları da var.[3][18] Fotoşəkil onu çəkən SS hərbçisi və digər müşahidəçilər tərəfindən tamamilə fərqli qəbul edilmişdir. Raskinin sözlərinə görə, "bir insan dəstəsi həmin fotoşəkildə bəşəriyyətin tör-töküntülərinə qarşı mübarizə aparan qəhrəman əsgərləri görərkən, bəşəriyyətin böyük əksəriyyəti burada insanın yolverilməz insafsızlığını görür".[3][18] Eva Fogelmana görə, fotoşəkil yəhudilərin "qoyunun kəsilməyə getdiyi kimi" passiv formada öldürüldükləri mifini təbliğ etmişdir.[29]

Görüntü Varşava gettosu üsyanının Qəzzədə baş vermiş İkinci intifada ilə yan-yana qoyulduğu bəzi mübahisəli incəsənət əsərlərində istifadə edilmişdir. Bəziləri bunun holokostun bayağılaşdırılması ilə eyni əhəmiyyəti daşıdığını iddia edir. Böyük Britaniyaİsrail rəssamı Alan Şexnerin "İstismara məruz qalan uşaqların mirası: Polşadan Fələstinə" (ing. The Legacy of Abused Children: from Poland to Palestine) əsərində kamera fotoşəkildəki oğlana yaxınlaşdırılır ki, o da əllərində Qəzzədə İsrail Müdafiə Qüvvələrində xidmət göstərən hərbçilər tərəfindən daşınan bir uşağın fotoşəkilini tutur. Şexner daha sonra holokostu İsrail–Fələstin münaqişəsi ilə müqayisə etmək niyyətində olmadığını, travmanın qurbanları istismarçı olmağa şövq etməsi nəticəsində hərəkət edən zorakılıq dövranı səbəbiylə uşaqların çəkdikləri iztirabı təsvir etdiyini bildirmişdir. Norman Finkelştaynın "Almaniya hər şeydən ucadır" (alm. Deutschland über alles‎) adlı foto-məqaləsində fərqli bir yanaşmadan istifadə etmişdir. O, burada, Varşavada çəkişmiş fotoşəkili fələstinlilərin əzab çəkdikləri şəkillərlə bir araya gətirmişdir. Fotoşəkillərin hamısının başlıqlarında yazılmışdır: "Holokostdan xilas olanların nəvələri Nasist Almaniyası tərəfindən onlara edilənləri eynilə fələstinlilərə edir".[6]

Holokostdan sağ çıxmış rəssam Semyuel Bak bu fotoşəkildən, o cümlədən öz təcrübələrindən və itdiyi uşaqlıq dostunun xatirəsindən ilham alaraq yüzdən çox rəsm əsəri əsrəyə gətirmişdir. Bu əsərlərdə oğlanın yuxarıya qaldırılan qolları tez-tez çarmıxa çəkilmə mövzusu ilə və ya müəllifin xəyalına gətirdiyi bir abidənin bir hissəsi kimi görünən oğlan ilə təsvir olunur.[30][31]

Həm MAQİ, həm də MXİ fotoşəkili ictimai mülkiyyət kimi izah edir. Bununla birlikdə, 1990-cı illərdə "Corbis Corporation" şəkili Bettmann arxivindən satın almış 3 versiyasını lisenziyalaşdırmış və istifadəsi üçün kommersiya qiymətləri almışdır.[17] 2016-cı ildə "Corbis"in lisenziya hüquqlarını alan "Getty Images"[32] 2018-ci ildə fotoşəkilin müəllif hüququ iddiası filiqranı olan bir nüsxəsini nümunə olaraq təqdim edərək onu satışa çıxarmışdır.[33]

Qeydlər redaktə

    • "Haaretz": "Holokostun ən təsirli və sarsılmaz şəkillərindən biridir"[3]
    • "Time" jurnalı: "Holokost çox sayda iztirablı görüntü yaradıb. Ancaq heç birinin bir oğlanın təslim olması kimi aşkar təsiri olmadı".[4]
    • "Tablet" jurnalı: "Sözügedən oğlanı Holokostun ən məşhur görüntülərindən birində görmək olar".[5]
    • Maykl Rotberq: "Varşava gettosundakı əllərini yuxarı qaldıran bir oğlanın tez-tez yayılan fotoşəkili – bəlkə də Holokostun ən məşhur şəkli"[6]
    • Yaroslav Marek Rımkeviç: "Hər kəsin bildiyi fotoşəkil: ucuşiş papaqlı və dizə qədər uzanan corablı, əllərini [yuxarıya] qaldıran bir oğlan"[7]
    • Deniyel H. Mecilou və Liza Silverman.: "şəkil tezliklə bütün Holokostu simvollaşdırmağa başladı".[8]
    • "Time" jurnalı: "Şəxsiyyəti heç vaxt təsdiqlənməyən uşaq nasistlər tərəfindən öldürülən 6 milyon müdafiəsiz yəhudinin üzünü təmsil etdi".[4]
    • "Haaretz": "Altı milyon ada dəyər bir şəkil"[3]
    • "Hidabroot": "Onun anonimliyi Holokostda həlak olan və külə dönmüş bir milyon yarım uşağı simvolizə edir".[9]
  1. Bu halda, şəkildəki qadın da məhz odur.
  2. Hanna Lemet kimi də yazılır.

Mənbə redaktə

İstinadlar redaktə

  1. 1 2 German Federal Archives. 1952.
  2. 1 2 3 4 United States Holocaust Memorial Museum. 1993.
  3. 1 2 3 4 5 6 7 Maltz, Judy. "Holocaust Studies / A picture worth six million names". Haaretz (ingilis). 3 mart 2011. 14 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  4. 1 2 3 "How A Little Boy Became the Face of The Holocaust". Time (100 Photographs | The Most Influential Images of All Time). 17 noyabr 2016. 12 November 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  5. 1 2 3 4 Kirsch, Adam. "Caught on Film". Tablet (ingilis). 23 noyabr 2010. 24 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  6. 1 2 Rothberg, Michael. "From Gaza to Warsaw: Mapping Multidimensional Memory". Criticism. 53 (4). 2011: 532, 536–537. JSTOR 23133895.
  7. 1 2 Radstone, Susannah. "Social bonds and psychical order: Testimonies". Cultural Values. 5 (1). yanvar 2001: 64–65. doi:10.1080/14797580109367221.
  8. 1 2 3 4 Magilow, Daniel H.; Silverman, Lisa. The Boy in the Warsaw Ghetto (photograph, 1943): What Do Iconic Photographs Tell Us About the Holocaust? // Holocaust Representations in History: An Introduction (ingilis). Bloomsbury Publishing. 2019. 17–18. ISBN 978-1-350-09182-5.
  9. 1 2 3 Stein, Shira. "Who is that Boy in the Famous Warsaw Ghetto Picture?". Hidabroot (ingilis). 24 August 2014. 24 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 September 2018.
  10. 1 2 Freilich, Miri; Dean, Martin. Warsaw // Geoffrey P., Megargee; Dean, Martin; Hecker, Mel (redaktorlar ). Ghettos in German-Occupied Eastern Europe. Encyclopedia of Camps and Ghettos, 1933–1945 (ingilis). 2. Fishman, Samuel tərəfindən tərcümə olunub. Bloomington: Amerika Birləşmiş Ştatları Holokost Memorial Muzeyi. 2012. 456–459. ISBN 978-0-253-00202-0.
  11. 1 2 Tomasz Stempowski. "Zdjęcia z powstania w getcie" [Photos of the ghetto uprising] (polyak). 17 mart 2013. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Raskin, Richard. "The Boy in the Photo?". 2007. October 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  13. 1 2 3 4 "Stroop's Report in the new version" (ingilis). Jewish Historial Institute. 2018-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  14. 1 2 3 Jeannelle, Jean-Louis. ""L'Enfant juif de Varsovie. Histoire d'une photographie", de Frédéric Rousseau" [The Jewish child of Warsaw. The story of a photograph by Frédéric Rousseau]. Le Monde (fransız). 8 yanvar 2009. 24 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  15. 1 2 "Stroop Report (full high resolution copy)". Tiergartenstrasse 4 Association. January 25, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  16. 1 2 3 4 5 6 7 8 9 10 11 Nowik, Mariusz. "Only the oppressor has a name. The story of the boy from the picture". 19 may 2018. İstifadə tarixi: 20 sentyabr 2020=TVN24.
  17. 1 2 Struk, Janina. Photographing the Holocaust: Interpretations of the Evidence (ingilis). I.B.Tauris. 2004. 208–209. ISBN 978-1-86064-546-4. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
  18. 1 2 3 4 5 Sumpf, Alexandre. "L'enfant juif de Varsovie" [The Jewish child of Warsaw] (fransız). 2 oktyabr 2013. 19 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  19. 1 2 3 "Boy An Icon For Childhoods Lost In Holocaust". NPR (ingilis). 19 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2020.
  20. Kowalski, Waldemar. "To zdjęcie z getta mówi więcej niż tysiąc słów. Wypędzani Żydzi, eskorta Niemców i przerażony wzrok małego chłopca..." [This picture from the ghetto says more than a thousand words. Expelled Jews, an escort of Germans, and the terrified eyes of a small boy...]. naTemat (polyak). 19 aprel 2016. 24 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  21. 1 2 3 4 Margolick, David. "Rockland Physician Thinks he is the Boy in Holocaust Photo Taken in Warsaw". The New York Times (ingilis). 28 may 1982. İstifadə tarixi: 20 sentyabr 2020.
  22. 1 2 3 Berger, Joseph. "The Ghetto, the Nazis and One Small Boy". The New York Times (ingilis). 12 oktyabr 2012. 10 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  23. Harris, Clay. "Warsaw Ghetto Boy-Symbol of The Holocaust". Washington Post. 17 sentyabr 1978. İstifadə tarixi: 9 May 2020.
  24. "Dr. Tsvi Chaim Nussbaum". The Journal News. 24 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2020.
  25. Kleikamp, Antonia. "Warschau 1943: Wer ist der Junge auf dem berüchtigten Getto-Foto?" [Warsaw 1943: Who is the boy in the infamous ghetto photograph?]. Die Welt (alman). 29 aprel 2018. İstifadə tarixi: 20 sentyabr 2020.
  26. 1 2 3 4 "German soldiers pointing guns at women and children during the liquidation of the ghetto. The original German caption (Stroop collection) reads: "Pulled from the bunkers by force" Warsaw, Poland, April 19 – May 16, 1943". Yad Vashem (ingilis). 3 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2020.
  27. 1 2 3 "Jews captured by SS and SD troops during the suppression of the Warsaw ghetto uprising are forced to leave their shelter and march to the Umschlagplatz for deportation" (ingilis). United States Holocaust Memorial Museum. 6 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2020. (Photograph Number: 26543)
  28. Porat, Dan. The Boy: A Holocaust Story (ivrit). Dvir. 2013.
  29. Middleton-Kaplan, Richard. The Myth of Jewish Passivity // Henry, Patrick (redaktor ). Jewish Resistance Against the Nazis (ingilis). Washington, D.C.: Catholic University of America Press. 2014. səh. 8. ISBN 9780813225890.
  30. "Holocaust Survivor/Artist Asks Tough Questions". Wabash College (ingilis). 6 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2020.
  31. Nolan, Fewell, Danna. Icon of loss : the haunting child of Samuel Bak (PDF). Bak, Samuel., Phillips, Gary Allen. Boston: Pucker Art Publications. 2009. ISBN 978-1-879985-21-6. OCLC 318057887.
  32. Laurent, Olivier. "The Decade-Long Image Licensing War Is Suddenly Over". Time (ingilis). 29 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2020.
  33. "Nazis Arresting Jews in Warsaw Ghetto". Getty Images. 1 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2020.

Ədəbiyyat redaktə



Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024