Vasiley (Trabzon imperatoru) Haqqinda Melumat - Vikipedia

Vasiley (Trabzon imperatoru) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vasili (Trabzon imperatoru)

(Vasiley (Trabzon imperatoru) səhifəsindən istiqamətləndirilmişdir)

Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός) (13156 aprel 1340) — 12-ci Trabzon imperatoru.[2]

Vasili
yun. Βασίλειος Μέγας Κομνηνός
Şəxsi məlumatlar
Doğum tarixi 1315
Vəfat tarixi 6 aprel 1340
Vəfat səbəbi zəhər[d]
Sülalə Komnenos sülaləsi
Atası II Aleksey (Trabzon imperatoru)
Anası I Beka
Həyat yoldaşları
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır.

İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.

Vasiley Komnenos 6 aprel 1340-cı ildə xanımı İrina Paleoloq tərəfindən zəhələnərək öldürüldü.

Ailəsi redaktə

Xanımları redaktə

Övladları redaktə

Mənbə redaktə

  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8

İstinadlar redaktə

  1. 1 2 Lundy D. R. Basileios Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
  2. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024