Vasili Katarinski Haqqinda Melumat - Vikipedia

Vasili Katarinski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vasili Katarinski

Vasili Vladimiroviç Katarinski(1846–1902) — Rusiya türkoloqu.

Həyatı redaktə

Vasili Vladimiroviç Katarinski 1846-cı ildə anadan olmuşdur. Kazan seminariyasında və Kazir İlhiyyat Akademiyasında oxuyub. Bir müddət Çeboksarı məktəblərində müəllimlik etmişdir. Sonra Orenburq təhsil dairəsində tatar, başqırd və qırğız məktəblərində müfəttiş işləmişdir. Əsas elmi istiqaməti ikidilli leksikoqrafiyadır. Rusca-başqırdca, başqırdca-rusca lüğətləri ilə tanınmışdır. Bunlardan başqa, qırğızca-rusca, rusca-qırğızca lüğətlərinin və "Qırğız dilinin qrammatikası, fonetikası, etimologiyası və sintaksisi"nin müəllifidir.

Vasili Katarinski 20 may 1902-ci ildə 56 yaşında vəfat etmişdir.


Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024