Vedi tıs-tısı Haqqinda Melumat - Vikipedia

Vedi tıs-tısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vedi tıs-tısı (lat. Acantholimon vedicum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.

Vedi tıs-tısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində geniş yayılmışdır.

Botaniki təsviri redaktə

25 sm diametrində, sıx yastığa bənzər kolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1 mm enində olub, sərt, bizvari, çılpaq, aşağı tərəfdən kənarları boyunca seyrək və qısa kirpikcikli, çox hallarda bənövşəyi ucluqludur. Çiçək saplaqları sadə, kövrək və kələ-kötür olub, təxminən 15 sm uzunluqda və ya çox hallarda yarpaqlardan hündürdür. Sünbülcüklərin uzunluğu 10-11 mm olub, kifayət qədər uzunsünbül çiçək qrupunda toplanmışlar. Çiçəkaltlığı çılpaqdır. Xarici çiçəkaltlığı 7-9 mm uzunluqda olub, daxili çiçəkaltlığından uzun, nadir hallarda isə ona bərabər olur. Xarici çiçəkaltlığı adətən kasacığın uzunluğunun yarısına bərabər, uzunsov-neştərşəkilli, əsasından başlayaraq tədricən itiləşir, nadir hallarda isə ikiyə bölünmüş ucluqla qurtarır. Daxili çiçəkaltlıqları kasacığın borucuğundan uzun və yuxarı tərəfdən kütvari itiləşmiş, qısa ucluğa malikdir. Kasacığın uzunluğu 10-11 mm-dir. Kasacığın borucuğu 6-7 mm uzunluqda olub, sıxılmış tükcüklüdür. Kasacığın büküyü 4 mm enindədir. Ləçəkləri çəhrayı və bir qədər kasacıqdan hündürə qalxır. May (iyun) ayında çiçəkləyir, iyulda toxumları yetişir.

Ekologiyası redaktə

Kserofitdir. Aşağı və orta dağlıq qurşaqlarda 800-1500 (1700) m hündürlüklərdə dağ bozqırlarında və friqanoid bitkiliyində rast gəlinir. İran-Turan coğrafi elementinə daxildir.

Azərbaycanda yayılması redaktə

Ordubadda daşlı-çınqıllı yamaclarda və əhəngli torpaqlarda yayılmışdır.

İstifadəsi redaktə

Dağlıq sahələrin bərkidilməsində və quraqlıq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.

Ədəbiyyat redaktə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

Saytda 207 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024