Veronika Dudarova Haqqinda Melumat - Vikipedia

Veronika Dudarova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Veronika Dudarova

Veronika Dudarova (rus. Вероника Дударова, oset. Вероникæ Дудараты; 5 dekabr 1916, Bakı, Rusiya İmperiyası — 15 yanvar 2009, Moskva, Rusiya)  — osetin əsilli SSRİRusiya dirijoru, pedaqoq, SSRİ xalq artisti (1977).[1] O, fransızlar Nadya BulanjJanna Evrardan sonra dünyanın üçüncü qadın dirijorudur.[2][3]

Veronika Dudarova
rus. Вероника Дударова
oset. Вероникæ Дудараты
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya İmperiyası
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri Troyekurov qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, pianoçu, pedaqoq
Janr simfonik musiqi
Musiqi aləti piano
Təhsili
Mükafatları II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni
"Osetiya şöhrəti naminə" medalı "SSRİ xalq artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi Udmurt MSSR-nın xalq artistiŞimali Osetiya Respublikasının K. L Xetaqurov adına dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Veronika Dudarova 1916-cı il dekabrın 5-də Bakıda zadəgan osetin ailəsində anadan olub. Atası neft mühəndisi, anası isə evdar qadın idi.[4] Dudarova Leninqrad Konservatoriyası yanında musiqi məktəbinin fortepiano sinfini, Moskva Konservatoriyasının dirijorluq fakültəsini bitirib, Nikolay AnosovLeo Ginzburqun tələbəsi olub. 1947-1960-cı illərdə Moskva Dövlət Akademik Simfonik Orkestrinin dirijoru, 1960-1989-cu illərdə orkestrin baş dirijoru və bədii rəhbəri işləyib, 1991-ci ildən həyatının son gününə kimi isə Rusiya Simfonik Orkestrinə rəhbərlik edib.[5]

Veronika Dudarova 15 yanvar 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Sənətkarla vida mərasimi P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Böyük zalında keçirilib. O, Moskvanın Troyekurov qəbiristanlığında torpağa tapşırılıb.[6]

Veronika Dudarovanın adı 50 ildən çox simfonik orkestrlərlə işləmiş dirijor kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.[3][4][4]

Ailəsi redaktə

  • Atası— Boris Kambulatoviç Dudarov, neft mühəndisi
  • Anası — Yelena Danilovna Tuskayeva, evdar qadın
  • Həyat yoldaşı — Boris Samoyloviç Vaynşteyn (1907—1993)[7], SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşı, sovet şahmat hərəkatı xadimi (boşanıb)
    • Oğlu — Mixail Borisoviç Vaynşteyn, jurnalist, "Moskva veteranı" jurnalının baş redaktoru
      • Nəvəsi — Veronika

Mükafatları və fəxri adları redaktə

  • Şimali Osetiya MSSR-nın əməkdar incəsənət xadimi (1949)
  • RSFSR əməkdar incəsənət xadimi (1958)
  • RSFSR xalq artisti (1960)
  • Udmurt MSSR-nın xalq artisti (1964)
  • "Şərəf nişanı" ordeni (1967)
  • SSRİ xalq artisti (1977)
  • RSFSR-in M. İ. Qlinka adına dövlət mükafatı (1980) — 1977-1979-cu illərdəki konsert proqramlarına görə
  • "Oktyabr inqilabı" ordeni (1986)
  • Şimali Osetiya–Alaniya Respublikasının xalq artisti (1996)
  • III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (1996) — ölkə mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə[8]
  • "Osetiya şöhrəti naminə" medalı (1996)
  • Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki (1999)
  • Ədəbiyyat və incəsənət sahəsi üzrə K. L Xetaqurov adına dövlət mükafatı (Şimali Osetiya Respublikası — Alaniya, 2001)
  • II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (2006) — milli musiqi mədəniyyətinin inkişafına verdiyi töhfəyə və çoxillik yaradıcılıq fəaliyyətinə görə[9]
  • Buenos-Ayresin fəxri vətəndaşı
  • Vladiqafqazın fəxri vətəndaşı

Xatirəsi redaktə

 
Veronika Dudarovanın 101 illiyi münasibətilə təqdim olunmuş dudl.

İstinadlar redaktə

  1. "ДУДАРОВА Вероника Борисовна (1916—2009)". 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-01.
  2. "Вероника Дударова: женщина, продолжавшая дирижировать, даже упав с пульта". 24newsru.com.[ölü keçid]
  3. 1 2 3 ""Google" şirkəti bakılı dirijorun ad gününü xatırladır". Azertag.az. 2020-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
  4. 1 2 3 ""Чингисхан в юбке": первая в России женщина-дирижер Вероника Дударова". Tass.ru. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
  5. 1 2 "Bakıda dünyaya gəlmiş ilk qadın-dirijor vəfat edib". Apa.az. 2020-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
  6. "Dünyaşöhrətli bakılı vəfat etdi". Hafta.az.[ölü keçid]
  7. Сосонко Г. Покровитель // 64 — Шахматное обозрение. 2011. № 4. С. 86.
  8. "Указ Президента Российской Федерации от 12.09.1996 г. № 1352". kremlin.ru. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  9. "Указ Президента Российской Федерации от 13.11.2006 г. № 1277". kremlin.ru. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  10. "III Всероссийский конкурс оркестровых дирижеров имени В. Б. Дударовой". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  11. "(9737) Dudarova = 1982 QB2 = 1986 RJ17 = 1986 SC2". minorplanetcenter.net. 2016-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  12. "Google подготовила дудл в честь дня рождения первой женщины-дирижера в СССР". Tass.ru. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.

Xarici keçidlər redaktə


Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024