Video oyun konsolu Haqqinda Melumat - Vikipedia

Video oyun konsolu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Videooyun konsolu

(Video oyun konsolu səhifəsindən istiqamətləndirilmişdir)

Videooyun konsolu (ing. Video game console) — bir və ya bir neçə insanın oynaya biləcəyi bir videooyunu nümayiş etdirmək üçün video siqnal və ya vizual şəkil çıxaran elektron cihaz.

"Videooyun konsolu" termini ilkin olaraq, istehlakçıların videooyun oynamaq üçün istifadə etdikləri konsol maşınlarını arkada maşınları və ya ev kompüterlərindən ayırd etmək üçün yaradılmışdır. Arkada maşını böyük bir şassinin daxilində yerləşən videooyun kompüterindən, displeyindən, kontrollerindən (coystik, düymələr və s.) və spikerlərdən ibarət olur. Ev kompüterləri evdə istifadə edilmək üçün dizayn edilmiş çoxməqsədli bir şəxsi kompüterdir. Ev kompüterlərindən mühasibat, internetə daxiloma və ya videooyun oynamaq üçün istifadə etmək olar.

Ümumsənayə standart formatlarından istifadə edən mediapleyeraudiopleyerlər kimi bənzər istehlakçı elektronikasında fərqli olaraq, videooyun konsolları sahibkar formatlarından istifadə edir. Bu formatlar bazarda bir-birləri ilə rəqabət aparırlar. Videooyun konsollarının da bir neçə növü var. Bunlara ev videooyun konsolları, portativ oyun konsolları, mikrokonsollar, xüsusiləşdirilmiş konsollar və başqaları daxildir. Ralf Bayerin 1966-cı ildə fəaliyyət göstərən ilk oyun konsolunu hazırlamasına baxmayaraq, onların məşhurlaşması 1972-ci ilə – "Pong" arkada oyununun satışa çıxarıldığı tarixə təsadüf edir. Video konsolları 1990-cu illərdə və 2000-ci illərdə keçirdiyi təkamül prosesinin bir nəticəsi olaraq, onlar CD-pleyer, DVD-pleyer, Blu-ray Disc-pleyer, veb-brauzerrəqəmsal televiziya qəbuledicisi kimi müxtəlif funksiyalar təklif edir.

Tarix redaktə

Vaxt şkalası redaktə

Mənbə [note 1][note 2][note 3][note 4][note 5][note 6][note 7][note 8]

Həmçinin bax redaktə

Qeydlər redaktə

  1. Videooyun konsollarının birinci nəsli ilk kommersial ev videooyun konsolu Magnavox Odyssey konsolunun 1972-ci ilin may ayında satışa çıxarılması ilə başlamışdır.[1] Bu nəsil "Nintendo" şirkəti Nintendo Color TV Game seriyasına 1980-ci ildə xitam verəndə sona çatmışdır.[2]
  2. Videooyun konsollarının ikinci nəsli Fairchild Channel F konsolunun 1976-cı ilin may ayında satışa çıxarılması ilə başlamışdır.[3] Bu nəsil "Atari" şirkəti Atari 2600 konsoluna 1 yanvar 1992-ci ildə xitam verəndə sona çatmışdır.[4]
  3. Videooyun konsollarının üçüncü nəsli "Sega" şirkətinin SG-1000, "Nintendo" şirkətinin isə Nintendo Entertainment System (Yaponiyadakı adı – Family Computer) ev video konsolunu 15 iyul 1983-cü ildə satışa çıxarması ilə başlamışdır.[5] Bu nəsil "Nintendo" şirkəti Nintendo Entertainment System ev videooyun konsoluna 25 sentyabr 2003-cü ildə xitam verəndə sona çatmışdır.[6]
  4. Videooyun konsollarının dördüncü nəsli TurboGrafx-16 konsolu 30 oktyabr 1987-ci ildə satışa çıxarılması ilə başlamışdır.[7] Bu nəsil "SNK" şirkəti Neo-Geo konsoluna 2004-cü ildə xitam verəndə sona çatmışdır.[8]
  5. Videooyun konsollarının beşinci nəsli "Panasonic" şirkətinin 3DO Interactive Multiplayer ev videooyun konsolunu 4 oktyabr 1993-cü ildə satışa çıxarılması ilə başlamışdır.[9] Bu nəsil "Sony" şirkəti PlayStation konsoluna 31 mart 2005-ci ildə xitam verəndə sona çatmışdır.[10]
  6. Videooyun konsollarının altıncı nəsli "Sega" şirkətinin Dreamcast ev videooyun konsolunun 25 noyabr 1998-ci ildə satışa çıxarılması ilə başlamışdır.[11] This generation came to an end when Sony discontinued the PlayStation 2 on January 4, 2013.[12]
  7. Videooyun konsollarının yeddinci nəsli "Microsoft" şirkətinin Xbox 360 ev videooyun konsolunun 22 noyabr 2005-ci ildə satışa çıxarılması ilə başlamışdır.[13]. Bir neçə ay sonra, 16 noyabr 2006-cı ildə Sony Computer Entertainment PlayStation 3 ev videooyun konsolunu satışa çıxarmışdır.[14]. Bu nəsildə xitam verilən ilk konsol Xbox 360 konsolu idi (20 aprel 2016).[15]. Bu nəsildə xitam verilən ikinci konsol PlayStation 3 konsolu idi (29 may 2017).[16]. "Nintendo" şirkətinin Wii ev videooyun konsolunun istehsalı hələ də davam edir.
  8. Videooyun konsollarının səkkizinci nəsli "Nintendo" şirkətinin Wii U ev videooyun konsolunun 18 noyabr 2012-ci ildə satışa çıxarılması ilə başlamışdır.[17] Bu, videooyun konsollarının indiki nəslidir. Bu nəsildə xitam verilən ilk konsol Wii U konsolu idi (31 yanvar 2017).[18] "Nintendo", "Microsoft" və "Sony" şirkətlərinin əsas konsollarının istehsalı hələ də davam edir.

İstinadlar redaktə

  1. Buchanan, Levi. "ODYSSEY: 35 YEARS LATER". IGN. May 31, 2007. December 1, 2016 tarixində arxivləşdirilib.Between 1970 and 1972, Magnavox and Baer work together to fully develop the Odyssey. The set release date: May 1972. The era of video games is about to explode.
  2. DeMaria, Rusel; Wilson, Johnny L. High Score!: The Illustrated History of Electronic Games (2). McGraw-Hill. 2003. 363, 378. ISBN 978-0-07-223172-4.
  3. "Channel F | The Dot Eaters". thedoteaters.com. October 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2016.
  4. Patterson, Shane; Brett Elston. "Consoles of the '80s". GamesRadar. June 18, 2008. March 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2011.
  5. "PC-Engine". PC-Engine. June 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2018.
  6. Nintendo to end Famicom and Super Famicom production. GameSpot.com (May 30, 2003). Retrieved on August 23, 2013.
  7. "PC-Engine". Pc-engine.co.uk. June 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 25, 2017.
  8. "Longest support for an arcade system". Guinness World Records. February 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2016.
  9. "Which Game System is the Best!?". Next Generation. No. 12. Imagine Media. December 1995. 36–85.
  10. "PlayStation Cumulative Production Shipments of Hardware". Sony Computer Entertainment. July 22, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 12, 2012.
  11. Reserved., . All Rights. "Press Start: Sega's failed Dreamcast console has actually outsold Nintendo's Wii U (sort of)". canada.com (ingilis). April 17, 2014. August 6, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 30, 2016.
  12. "PlayStation 2 manufacture ends after 12 years". The Guardian. January 4, 2013. September 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 4, 2013.
  13. Dybwad, Barb. "Xbox 360 launch date is November 22". Engadget. September 15, 2005. June 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2013.
  14. "Sony's PS3 makes U.S. debut". USA Today. November 17, 2006. March 8, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 14, 2008.
  15. "Achievement Unlocked: 10 Years – Thank You, Xbox 360". Xbox Wire. February 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 22, 2017.
  16. Ackerman, Dan. "Sony PlayStation 3 ends shipments, fulfilling 10-year promise". CNET (ingilis). May 30, 2017. August 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2017.
  17. "WiiU Price and Release Date Announced". WiiU News. September 13, 2012. November 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2012.
  18. "Wii U Production Has Officially Ended in Japan". Siliconera. January 31, 2017. June 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2018.

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024