Vikipediya:İMZ Haqqinda Melumat - Vikipedia

Vikipediya:İMZ Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:İnzibatçı müzakirəsi

(Vikipediya:İMZ səhifəsindən istiqamətləndirilmişdir)
Ən son rəy:4 gün öncə, Atakhanli tərəfindən "Futurolog21" mövzusunda
Bu səhifə inzibatçıların fəaliyyətini koordinə etmək üçün nəzərdə tutulmuşdur.

Qısa keçid-yönləndirmə
  • VP:İMZ

Futurolog21

Salam. Bu istifadəçinin fəaliyyəti artıq məni narahat edir. Birincisi istifadəçinin fəaliyyəti zatən problemlidir: istifadəçi Lady Slim məqaləsini düz 16 dildə yaradıb. Bunlardan bəziləri silinib, bəziləri isə qaralama ad fəzasındadır. Bu faktı bir kənara qoysaq, tutaq ki, yaratdı (əlbəttə istifadəçi 16 dil bilmir, amma tutaq ki, bilir), bu istifadəçi bu məqalədən ötrü niyə bu qədər əsir? Sırf bu məqaləni SNS etmişəm deyə əvvəl məni 3 ayrı dil bölməsində vandal kimi şikayət etdi,([1], [2], [3] ) müzakirələrdəki rəylərində də mənim bu addımımı vandalizm adlandırdı. İndi isə, görəndən sonra ki, məqalələr silinir, məqalənin mövzusunu istifadə etməyə başlayıb. Birincisi məqalənin mövzusunun əhəmiyyətini, bizim cəmiyyətin mövzuya qarşı mövqeyini filan vurğulayıb məqaləni saxlamağın önəmli olduğunu deyir, istifadəçiləri məqaləni saxlamağa çağırır. Hətta simplewiki-də sırf buna görə səs ovu ilə bağlı başlıq açıblar. İkincisi isə məni qaralamağıdır ki, bu artıq məni narahat edir. İstifadəçi rəylərində mənim məqaləni sırf mövzusuna görə SNS etdiyimi və ya mən məqalədəki reallıqlara görə məqaləni SNS etdiyimi deyir. Burada da iddia edir ki, bu məqalənin silinməsini istəyən saxta profillər, kuklalar var. Bu cümlədə "xüsusi ilə admin sahəsindən" kimi tərcümə olunan ifadə də var, amma mənasını anlamadım. Bildiyim sadəcə odur ki, bu istifadəçi məni sözün əsil mənasında qaralamağa çalışır və bu, nəticəsiz də qalmayıb. Mənim "LGBT+ üzvlərini vikilərdən silən birməqsədli hesab olduğumu" ifşa etdiyi üçün istifadəçiyə təşəkkür edirlər. :) Bu arada Futurolog21 elə özü birməqsədli hesab kimi ispanca vikidə qeyri-müəyyən müddətə blok olunub. Nəzakət qaydalarından danışmağa ehtiyac yoxdur, azvikidən kənarda, mənim oxumadığım səhifələrdə də mənə qarşı kinini göstərir. Bu istifadəçi dəqiq olaraq burada ensiklopediyanı genişləndirmək üçün deyil. Məqalələr müzakirə edildiyi halda bu adddımları atan istifadəçi silindikdən sonra necə bir reaksiya verəcək bilmirəm. Bu arada məqalə iki dildə, simplevikitrvikidə silinib. Onu da qeyd edim ki, müzakirələrə girib baxa bilərsiniz, mən məqaləni sadəcə SNS etmişəm və sonra müzakirəyə müdaxilə etməmişəm. Bu gün iki müzakirəyə sırf bu "qaralama kompaniyası" ilə bağlı yazıb özümü izah etmişəm, o qədər. Bu mövzuda tədbir görülməlidir, istifadəçi Vikipediyanı artıq münaqişə bölgəsinə çevirib və məqalələri saxlamaqdan ötrü əlindən gələni edir. 16 dildə yaratdığı məqalə ilə birlikdə həmin məqalələri saxlamaq üçün əsas göstərdiyi mənbə haqqında da (Chai Khana media) iki dildə məqalə yazması da ayrı bir məqamdır. Sura Shukurlu (müzakirə) 18:43, 14 aprel 2024 (UTC)Cavabla

İstifadəçinin məqsədi açıq şəkildə bəllidir. Döyüş meydanı zehniyyətindədir. Bloklanmalıdır. Nemoralis (müzakirə) 07:38, 15 aprel 2024 (UTC)Cavabla
baş verənləri ümumi olaraq izləsəm də, məsələnin bu qədər dərinliyindən xəbərim yox idi. istifadəçi konkret olaraq BURADADEYİL. bu barədə özünə də yazdım. bu cür fəaliyyət qəbuledilməzdir. dəhşətdir. Atakhanli (müzakirə) 10:05, 15 aprel 2024 (UTC)Cavabla

Həmçinin bax


Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024