Vikipediya:BNS Haqqinda Melumat - Vikipedia

Vikipediya:BNS Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Bərpa üçün namizəd səhifələr

(Vikipediya:BNS səhifəsindən istiqamətləndirilmişdir)
Ən son rəy:10 saat öncə, Shafa Movsumov tərəfindən "Fərhad Cabbarov" mövzusunda
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
Qısa keçid-yönləndirmə
  • VP:BNS

Bu səhifə Vikipediyadakı səhifələrin barədə barədə müzakirələr aparmaq üçündür. Burdakı müzakirələr VP:SNSMÜZAKİRƏSİ qaydasına əsasən aparmalıdır.

Müzakirəyə qoşulmazdan əvvəl istifadəçilərdən şəxslərin ensiklopedik əhəmiyyəti, etibarlı mənbələr və digər qaydalarla tanış olmaları tələb olunur. Fikir bildirərkən silmə müzakirələrində istifadə etməkdən çəkinməli arqumentlərlə tanış olmağınız tövsiyə olunur.

Arxivləşdirilmiş müzakirələrə buradan baxa bilərsiniz. Arxivdə axtarış etmək üçün aşağıdakı axtarış formasını istifadə edə bilərsiniz.


Nəzrin Əfəndiyeva redaktə

Nəzrin Əfəndiyeva səhifəsi silinib, sizdən xahiş edirəm həmin səhifənin bərpa edilməsinə kömək edəsiz. Diqqətiniz üçün təşəkkür edirəm https://www.youtube.com/watch?app=desktop&v=KJkshkgKVv0 https://diplomatmagazine.eu/2016/12/06/embassy-of-azerbaijan-meet-greet-music/ https://news.milli.az/culture/129480.html https://medeniyyet.az/page/news/13839/Fikret-Emirovun-nevesi-Bakida-konsert-proqrami-ile-cixis-edib.html?lang=en https://axar.az/news/musiqi/178071.html https://axar.az/news/musiqi/178071.html https://medeniyyet.az/page/news/13839/Fikret-Emirovun-nevesi-Bakida-konsert-proqrami-ile-cixis-edib.html?lang=en https://www.imdb.com/name/nm7347869/bio/?ref_=nm_ov_bio_sm https://www.adams-music.com/en/artists/flute_centre/trio-manestri https://ateliermarcelhastir.eu/agenda/esprits-nomades-trio-manestri-marie-carmen-suarez-violon-astrid-gallez-flute-traversiere-nezrin-efendiyeva-piano-copy/ https://aze.media/khojaly-wounded-souls-major-art-and-music-event-in-azerbaijan-embassy-in-brussels/ https://www.eureporter.co/world/azerbaijan-world/2023/02/17/khojaly-wounded-souls-major-art-and-music-event-in-azerbaijan-embassy-in-brussels/ Efendiyevamir (müzakirə) 16:41, 12 dekabr 2023 (UTC)Cavabla

@Nemoralis, qaralama zəhmət olmasa.— Bikar müzakirə 08:09, 16 dekabr 2023 (UTC)Cavabla
Qaralama fəzasına köçürdüm. SNS ilə silinib. Ordakı müzakirədə iştirak edənlərin də fikrini soruşmaq lazımdır. Nemoralis (müzakirə) 08:15, 16 dekabr 2023 (UTC)Cavabla
Qeyd etdiyim linklərdə Nəzrin xanımın fəaliyyəti ilə bağlı səhifələrdi. Əlavə qeyd etmək istəyirəm ki, Avropada Azərbaycan musiqi mədəniyyətini təbliğini aparır. Mənim vikipedianı zəif bilməyimi və yuxarıda yazlanlarıda nəzərə alaraq kömək etməyinizi xahiş edirəm Efendiyevamir (müzakirə) 19:45, 7 yanvar 2024 (UTC)Cavabla
@Bikar@Nemoralis Efendiyevamir (müzakirə) 20:56, 13 yanvar 2024 (UTC)Cavabla

Pərixanım Mikayılqızı redaktə

Salamlar. Səhifə silindiyi üçün bu səhifəyə yazmaq mənə tövsiyyə olundu. Məqalənin hansı səbəblərə görə silindiyini və hansı təkmilləşdirmə işlərinin aparılmasını məsləhət görürsünüz? Təşəkkür edirəm — Bu imzasız yazı Literature fan 93 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

salam. məqaləni qaralama fəzasında bərpa etdim. məqalə müzakirə əsasında silinib. müzakirəyə bu linkdən baxa bilərsiniz. Atakhanli (müzakirə) 10:19, 22 yanvar 2024 (UTC)Cavabla

Vüqar Namazov redaktə

Salam, səhifə silindiyi üçün burada müzakirə açmağım tövsiyyə edildi hansı səbəblərdən silindiyi və bərpası üçün nələr əlavə edilməlidir qeyd edərdiniz zəhmət olmasa İlkin13 (müzakirə) 18:02, 30 yanvar 2024 (UTC)Cavabla

İlkin13 SNS-də nəyə əsasən silindiyinə dair arqumentlər təqdim olunub, baxa bilərsiniz. Moses :) 01:12, 5 fevral 2024 (UTC)Cavabla
X  Bərpa olunmasın: SNS-dəki müzakirəyə əsasən. Moses :) 01:13, 5 fevral 2024 (UTC)Cavabla
@Moseshttps://www.yumpu.com/en/document/read/48910458/all-time-historical-men-and-womens-powerlifting-top-20-world-rankings
Bu mənbədən idmançının dünya səviyəlli top listdə görə bilərsiniz.
Vitse prezidentliklə bağlı məlumat
https://oxu.az/sport/613109
https://azertag.az/en/xeber/four_azerbaijani_powerlifters_crowned_european_champions-2789692
Pauerlifting idman növü 2019 cu ilə qədər GİN tərəfindən rəsmən tanınmışdır və bu müddətə qədər ölkə rəhbəri tərəfindən Vüqar Namazov dəfələrlə idman naliyyətlərinə görə mükafatlandırılmış və federasiyanın öndə gedən üzvlərindən olmuşdur hal hazırdada WRPF (dünya pauerlifting federasiyasının) Azərbaycanda rəsmi nümayəndəsidir. 6 qat dünya 8 qat avropa və deadlift üzrə 402.5 kg edərək dünya rekoru yeniləmişdir həyatı haqqında məlumatlar isə səhifə bərpa olunduqda əlavə ediləcək. Başqa hər hansı materialla bağlı əksiklik varsa qeyd edək. İlkin13 (müzakirə) 16:59, 5 fevral 2024 (UTC)Cavabla
@Grenzsoldat@Moses İlkin13 (müzakirə) 19:25, 6 fevral 2024 (UTC)Cavabla
Salam qaralamada düzəlişlər etdim zəhmət olmasa fikir bildirərdiniz. Təşəkkürlər! Lifter2024 (müzakirə) 09:01, 11 mart 2024 (UTC)Cavabla
Qaralama ad fəzasına köçürülsə məqaləyə baxıb fikir bildirmək rahat olar. Mənbələrdə qeyd olunduğu kimi şəxs Azərbaycan Pauerliftinq Federasiyasının vitse prezidentidirsə ensiklopedik hesab etmək olar. — Xeyal (müzakirə) 18:08, 7 fevral 2024 (UTC)Cavabla
Salam @Xeyal qaralama ad fəzasına köçürülsün deyəndə nəyi nəzərdə tutursuz üzürlü sayın wikipedia terminlərinə tam hakim deyiləm İlkin13 (müzakirə) 18:14, 7 fevral 2024 (UTC)Cavabla
@İlkin13 qaralama ad fəzasına köçürülərkən məqalənin silinmədən öncəki halını görmək olur. — Xeyal (müzakirə) 19:37, 7 fevral 2024 (UTC)Cavabla
@Xeyal
https://www.wikiwand.com/az/Vüqar_Namazov#Xarici_keçidl%C9%99r Qaralamada aça bilmədim lakin burada silinmədən öncəki halı tam olmasada qalmışdır kifayət edərmi? İlkin13 (müzakirə) 19:48, 7 fevral 2024 (UTC)Cavabla
@Xeyal@Nemoralis İlkin13 (müzakirə) 20:09, 9 fevral 2024 (UTC)Cavabla
@Nemoralis Lifter2024 (müzakirə) 19:28, 7 mart 2024 (UTC)Cavabla
@Nemoralis Lifter2024 (müzakirə) 08:52, 9 mart 2024 (UTC)Cavabla
Hörmətli Lifter2024. Xahiş edirəm məni burda dəqiqə başı teq etməyin. Mövzu mənə maraqlı deyil, fikir bildirmək istəmirəm. Nemoralis (müzakirə) 10:43, 9 mart 2024 (UTC)Cavabla
Səhifə siz tərəfdən silinibsə məsuliyyət sizə aiddir bildirirsiz ki burda sorğu yaradın yaradıram cavablamırsız mövzu marağlı deyilsə o zaman silinməlidir? Sildiyiniz şəxslər idman arenasında ölkə bayrağı qaldırır siz onları tanıtmaqdan haqqında olan məqaləni silib marağlı deyil deyirsiniz @Nemoralis Lifter2024 (müzakirə) 10:46, 9 mart 2024 (UTC)Cavabla
Sildiyim məqaləyə görə mən məsuliyyət daşımıram, məqalə müzakirə ilə silinib. Bura sorğu yox müzakirə səhifəsidir, müzakirə getmirsə bu mənim problemim deyil. Son olaraq mən heç kimi tanıtmaq məcburiyyətində deyiləm, bura milli ensiklopediya deyil. Nemoralis (müzakirə) 11:03, 9 mart 2024 (UTC)Cavabla
Müzakirə gedib və bildirlilib ki, qaralama fəzasına köçürülsə bərpası mümkün ola bilər. @Nemoralis Lifter2024 (müzakirə) 11:08, 9 mart 2024 (UTC)Cavabla
Bərpası mümkün ola bilər yazılmayıb, yazılıb ki qaralamada olsa məzmuna baxıb daha rahat fikir bildirmək olar. Nemoralis (müzakirə) 11:09, 9 mart 2024 (UTC)Cavabla
Siz və İlkin13 eyni şəxslərsiz? Nemoralis (müzakirə) 11:10, 9 mart 2024 (UTC)Cavabla
Xeyr dostumdur, bildirilib ki qaralama halına sala bilmədik Lifter2024 (müzakirə) 11:12, 9 mart 2024 (UTC)Cavabla
müzakirəyə təqdim olunduğu üçün qaralama fəzasında bərpa etdim. xahiş edirəm ki, bütün istifadəçilərə qarşı nəzakətli olasınız. Atakhanli (müzakirə) 20:40, 10 mart 2024 (UTC)Cavabla
Təşəkkürlər @Atakhanli Lifter2024 (müzakirə) 20:42, 10 mart 2024 (UTC)Cavabla

Kamil Zeynallı redaktə

Kamil Zeynallı məqaləsinin bərpa edilməsini təklif edirəm. Bu barədə kifayət qədər material dərc edilib. Şəxsin ensiklopedikliyi aydındır. NKO zi 07:17, 7 mart 2024 (UTC)Cavabla

X  Bərpa olunsun: Yetəri qədər məşhur şəxsdir və yerli media ilə yanaşı bir neçə dövlət saytlarında xəbərləri və haqqında məlumatlar mövcuddur, sadəcə məqalənin tərtibatına diqqət etmək lazımdır. Redivy (müzakirə) 21:47, 8 mart 2024 (UTC)Cavabla
  • X  Bərpa olunmasın: Birinci olaraq məqalə özü heç bir şey təqdim etmir, üzərində işlənməyib və qaralama halındadır. Ensiklopedikliyinə isə gəldikdə, şəxsin haqqında hansı materiallardan söhbət gedir? Gündəm xəbərləri, "iki medal aldı" (əhəmiyyətli medal olsa əhəmiyyətli iddia kimi ensiklopedik edə bilərdi) tipli başlıqlar heç bir meyarı ödəmir. Şəxsin haqqında qısa da olsa ayrı məqalə yazmaq üçün ikincidərəcəli mənbələrdə əhəmiyyətli məlumat yoxdur. Sözügedən mənbələr ilə maksimum indiki ölçü və formatda məqalə yazmaq olar. Ən əsası, məşhur olmaq ensiklopedik olmaq demək deyil. — Sura Shukurlu (müzakirə) 22:14, 9 mart 2024 (UTC)Cavabla
    @Sura Shukurlu Açığı o barədə məndə dqqət etdim lakin mənbə məsəsləsi necə olacaq o qaranlıq qaldı yəqin mənbəsiz olmaz çünki bu tip məşhur insanların menecerləri o ethiyatı qoruyur yenədə məqalədən aslı olacaq məncə. Redivy (müzakirə) 22:34, 9 mart 2024 (UTC)Cavabla
    @Redivy Menecerin qoruya biləcəyi "mənbə ehtiyatı" nə neytral mənbələrdir, nə də müstəqil. Mövzu ensiklopedik olmaq üçün müstəqil şəkildə ikincidərəcəli mənbələrin diqqətində olmalıdır. Hər mənbə şəxsi ensiklopedik edəcək deyə bir şey yoxdu, qeyd etdiyiniz faktın özü sübut edir ki, heç də bütün mənbələr müstəqil deyil və heç ensiklopediklik də menecerin idarə edə biləcəyi, yaradacağı bir şey deyil və olmamalıdır. Sura Shukurlu (müzakirə) 22:51, 9 mart 2024 (UTC)Cavabla
    @Sura Shukurlu O mövzu barəsində razıyam lakin menecerlər adətən rəsmi saytlar vəya sayılan istinad sahibi bloqlar ilə işləyirlər bu tip məhşurluğu olan insanlar ilə hansi ki bu onlara mavi tik almaqda ,google paneli və s kömək olur. Redivy (müzakirə) 22:55, 9 mart 2024 (UTC)Cavabla

1 2 3 4 5 Təxminən bu şəkildə etibarlı mənbələrdə məlumatlar mövcuddur. — NKO zi 05:26, 11 mart 2024 (UTC)Cavabla

@NKOzi istinad və mənbələr ilə sizlə razıyam amma məzmun çox qısadır fikrimcə fitness karyerası, boş yarışlarında iştiraki, məşqçilik etdiyi məşhurlar və s tipli birşey olmalıdır. Redivy (müzakirə) 16:22, 11 mart 2024 (UTC)Cavabla
Mövcud məqalədə şəxsin müharibə dövründə və sonrakı bir qədər mübahisəli fəaliyyəti əks edilməmişdir. Həmçinin haqqında qaldırılan iddialar da yoxdur. Fikrimcə ensiklopedik əhəmiyyəti də məhz bu hadisələr ilə bağlıdır. NKO zi 17:07, 11 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunsun: --► Hörmətlə: SolaVirum 17:58, 11 mart 2024 (UTC)Cavabla
Tanınan şəxsdir. Son hadisə ilə də bağlı haqqında xeyli mənbə tapmaq olar. Sadəcə indi düz-əməlli şəkildə işlənsə, baxıb elə dəqiq bir fikir bildirərik. Hörmətlə, Gadirmüzakirə 18:24, 11 mart 2024 (UTC)Cavabla
  • X  Bərpa olunmasın: gündəm məşhurudur. Hər il hansısa bir hadisə ilə gündəmin yadına düşür. Moses :) 19:36, 17 mart 2024 (UTC)Cavabla
  • X  Bərpa olunsun: ilk səsverməsində belə şəxsin məqaləsinin silinməsini əleyhinə olmuşdum. — Tarixi Nadir (müzakirə) 08:09, 19 mart 2024 (UTC)Cavabla
  • X  Bərpa olunsun:Xeyal (müzakirə) 20:58, 22 mart 2024 (UTC)Cavabla
  • X  Bərpa olunmasın: tam olaraq nəyə görə ensiklopedikdir? idmançı olaraq? onda uğurları qeyd olunsun ona əsasən müzakirə edək. başqa nəyə görə? siyasətçi kimi? ya tam olaraq nəyə görə. məqalə də demək olar işlənməyib heç. tutulma faktlarına görə mötəbər mənbələrdə xəbər çıxdı, okay. amma preambulaya nə yazacayıq? Rusiyada tutulub sonra azad olunan şəxs? bu şəxsi birbaşa ensiklopedik edirmi? mötəbər mənbələr var, razıyam. amma bu nəyi sübut edir, şəxsin tutulmasını. bu mənbə ilə şəxsin bu məlumatını doğrulaqdıq. okay. bəs sonra? Atakhanli (müzakirə) 22:38, 24 mart 2024 (UTC)Cavabla
@Atakhanli Biraz gülünc olacaq amma ağlımdan fitness bloqqer keçdi niyəsə :) Redivy (müzakirə) 22:57, 24 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunmasın: Rusiyada baş verən məsələ ilə bağlı saytlarda adı geniş yer alıb və şəxs olaraq ensklopedik deyil - Aylanabi (müzakirə) 06:15, 27 mart 2024 (UTC)Cavabla
Atakhanli, 2020-ci ildə Moskvada erməni-azərbaycanlı münaqişəsinin əsas təşkilatçısıdır. --► Hörmətlə: SolaVirum 10:00, 6 aprel 2024 (UTC)Cavabla

Elşən Əsədov redaktə

X  Bərpa olunsun: Şəxsin elmi dərəcəsi,ölkə başçısının sərəncamı ilə təltifləri, tutmuş olduğu keçmiş və indiki vəzifələri onu ensiklopedik edir. həmçinin almış olduğu beynəlxalq sertifkatlar da buraya əlavə edilir. Daha etibarlı mənbələrlə yenidən bərpa edilməsini təklif edirəm. Təşəkkürlər. — Shafa Movsumov (müzakirə) 11:25, 13 mart 2024 (UTC)Cavabla

Ledi Slim redaktə

Hər kəsə salam. Ledi Slim haqqında olan bu məqalə ötən il Azvikidən silinmişdi. Hazırda məqalə təkminləşdirilib, yeni mənbələr əlavə edilərək genişləndirilib. İstifadəçilərimizin fikirləri maraqlı və önəmlidir. Lakin əsas məsələ bu cür həssas mövzularda öz şəxsi düşüncəsinə, həyat tərzinə görə deyil, Vikipediyanın qaydalarına uyğun obyektiv yanaşmadır. Mən özüm də SNS in müzakirələrində fikir bildirərkən bəyənmədiyim mövzu və ya personalar olduqda öz şəxsi fikirlərimə görə yox, obyektiv yanaşaraq qeydlərimi edirəm. Bəzən digər istifadəçilər eyni məqalənin bu qədər israrla saxlanmasını istəyən istifadəçilərin ödəniş aldıqlarını düşünürlər və mən də bilirəm ki, pullu məqalələr yerləşdirilməsi ayıb və qəbahət deyil, yəni ödəniş almış olsaydım qeyd edərdim. Amma fakt budur ki, mən heç bir məqalənin və ümumiyyətlə Vikipediyada çox da böyük olmuyan fəaliyyətimdə heç bir ödəniş almamışam və burdakı məqsədlərim pul qazanmaq deyil. Etiraf edim ki, Ledi Slimin pərəstişkarıyam, real olaraq 1 dəfə canlı izləyib fotolarını çəkmişəm. Ayrıca mənim Vikipediyada qalmasını vacib bildiyim istənilən digər tərcümə etdiyim və ya özüm yaratdığım məqalələrimdən biri silinsə onun da bərpası üçün eyni cür çalışaram. Hər kəsə böyük hörmətlə Futuroloq (müzakirə) 08:01, 19 mart 2024 (UTC)Cavabla

Şərh  Şərh: @Futurolog21 Bu tip şəxslər en-vikidə daha tez qəbul edilir nəinki az-vikidə. Fikrimcə en.vikidə yaradın hətta məndə yaradılmasında dəstək olaram və daha sonra az-vikidə üzərində işləyərək bərpası üçün müracitə edin.Redivy (müzakirə) 10:58, 26 mart 2024 (UTC)Cavabla
Şəxs haqqında ingilis dilində məqalələr çıxmadan öncə fransız dilində etibarlı mənbələr olduğundan ilk məhz Fransa vikipediyası məqaləni qəbul edib hətta fransız dilində wikimonde kimi digər ensiklopediya layihələrinə də əlavə edilib. Hazırda məqalə fransız vikidən əlavə alman, ispan, serb və digər bir neçə vikidə də təsdiqlənməklə və ya dil təkminləşdirilməsini tələb edən şablonla mövcuddur. Sadəcə digər vikilərdə olmasını bir arqument olaraq gətirmək bəzən istifadəçilərimiz tərəfindən qəbul edilmir. Ona görə qeyd etməmişdim. Amma mənim fikrimcə az-vikidə məqalə üzərində işləyəcək bir şey qalmayıb. Düşünürəm məqalə tam hazırdır. Sadəcə istifadəçilərimizdən mühafizəkarlığa son deyib yeniliyi qəbul etmək qalıb)) Yenə də diqqətiniz üçün çox sağ olun. X  Bərpa olunsun: Futuroloq (müzakirə) 18:55, 26 mart 2024 (UTC)Cavabla
@Futurolog21 Fikrimcə neytral olaraq bərpa olunmalıdır lakin məqalədə stil kitabçasına uyğun düzəlişlər olunaraq. Redivy (müzakirə) 19:44, 27 mart 2024 (UTC)Cavabla
təşəkkürlər fikrinizə görə.Futuroloq (müzakirə) 19:56, 27 mart 2024 (UTC)Cavabla
Hörmətli @Redivy mövzu ilə bağlı son fikriniz, həmçinin @Gadir @SolaVirum @sefer azeri və eləcə də digər istifadəçilərimizin fikirləri önəmlidir.Futuroloq (müzakirə) 13:00, 27 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunsun: SNS-da fikirlərimi qeyd etmişdim. Yetərli səviyyədə mənbələr var. --► Hörmətlə: SolaVirum 15:08, 28 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunsun: Məqalə ilə tanış oldum, şəxsin ensiklopedik əhəmiyyətli, mənbələrin isə məqaləni saxlamaq üçün yetərli olduğunu düşünürəm. Hörmətlə,— sefer azeri 08:02, 31 mart 2024 (UTC)Cavabla
Fikir bildirəcək istifadəçiləri "mən bunu bəyənmirəm" arqumenti ilə fikir bildirməməyə çağırıram. Mövzunun özü yox, ensiklopedikliyi barədə yazın, ya da müzakirəyə qatılmaya bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 14:31, 31 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunsun: demək olar ki, ölkəyə ilk dəfə dreq kvini bu şəxs gətirib. Moses :) 14:39, 31 mart 2024 (UTC)Cavabla
  • İnzibatçılardan müzakirəni hələ yekunlaşdırmamağı, bir neçə gün gözləmələrini xahiş edirəm. Araşdırma edib öz fikirlərimi yazacam. Digər bütün vikilərdə də məqalələr eyni şəxs tərəfindən yaradılıb. Bu da spam ehtimalını artırır. — Sura Shukurlu (müzakirə) 11:33, 3 aprel 2024 (UTC)Cavabla
    @Sura Shukurlu Ona fikir verməmişdim heç zəhmət olmazsa buraya qeyd edərsiniz məndə oxuyacam araşdırmanızın nəticəsini. Redivy (müzakirə) 12:22, 3 aprel 2024 (UTC)Cavabla
    @Sura Shukurlu dediyiniz eyni şəxs çox yeqin ki, məni nəzərdə tutursunuz. Bəli məqaləni mən tərtib etmişdim ilk öncə və azvikidə silinəndə şəxsin ensiklopedikliyini digər vikilərə çevirməklə yoxlamağa çalışdım. İlk öncə qeyd etdiyim kimi fransız dilində etibarlı mənbələr olduğundan məqalə Fransa vikipediyasında qəbul edildi, hətta fransızlar ancaq fransız dilində yayımlanan 2 milyon yarımdan çox məqalədən ibarət wikimonde ensiklopediyasına da məqaləni özləri əlavə etdilər. Daha sonra digər vikilərə təqdim etmişəm. Mənim fəaliyyətim azvikidə göz önündədir, hansı spamdan söhbət gedir ki, mən anlamadım. Mən məqalə tərtib edən bir şəxs kimi onu digər vikiyə təqdim etmişəm və həmin digər vikinin inzibatçıları onun ensiklopedikliyini yoxlayıb, məqaləni təkminləşdirib və qəbul ediblər. Bunda əgər nəsə qəbahət bir şey varsa xahiş edirəm mənə də başa salın mən digər məqalələrimi digər dillərə tərcümə etməyim daha.Futuroloq (müzakirə) 14:27, 3 aprel 2024 (UTC)Cavabla
    sizin araşdırmanız artıq bəlli oldu ki, heç bir töhfə vermədiyiniz və ya çox az töhfə verdiyiniz intervikilərdə qəbul edilmiş bu məqaləni silinməyə namizəd etmisiniz. Özü də arqumentiniz ondan ibarətdir ki, mənbələr etibarlı deyil. Mənə çox maraqlıdır Avropa təşkilatlarının dəstəklədiyi mənbələrlə tərtib olunmuş həmin məqaləni Avropa vikiləri siləcəkmi?!! Nəzərinizə çatdırım ki, şəxs haqqında Aİ-nın, Böyük Britaniyanın, Norveçin, Fredrix Ebert Fondunun, BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəklədiyi Chaikhana mediada, Almaniyanın N-Ost şirkətinin bir hissəsi olan Unit-da, elecə də Minority.də geniş məlumatlar var. Əgər siz həmin mənbələri, eləcə də Meduza medianı da etibarlı mənbə hesab etmirsinizsə düşünürəm bir az məlumatlanmağa ehtiyacınız var. o ki qaldı fransız dilində bloger adlandırdığınız səhifəyə, nəzərinizə çatdırım ki, həmin səhifə Avropada drag queenlər haqqında ən böyük saytlardan biridir, digər fransız dilində etibarsız hesab etdiyiniz mənbə isə dünya səviyyəli fotoqraf Gregory Herpenin rəsmi saytıdır. Maraqlısı budur ki, mən tərcümə etdiyim və ya yaratdığım heç bir məqaləm bu qədər mübahisə mövzusuna çevrilməyib bu məqalə kimi. Məncə bu məqalə artıq bərpa olunmalıdır. Mənbələrin etibarsız olması arqumenti əsassızdır. Belə ki, məlumatlar nüfuzlu və tam etibarlı mənbələrdən götürülmüşdür. Hörmətlə Futuroloq (müzakirə) 08:58, 6 aprel 2024 (UTC)Cavabla
    Sura Shukurlu, bu məqalələr kross-viki spamdır onsuz da, amma mövzunun ensiklopedik olmadığı mənasına gəlmir. --► Hörmətlə: SolaVirum 10:00, 6 aprel 2024 (UTC)Cavabla
    Sura xanım heç vaxt redaktə etmədiyi Ledi Slim məqaləsinin yerləşdirildiyi bütün intervikilərdə məqalənin mənbələrinin etibarsız olması iddiasını ortaya qoyub, orada isə vesti.az baku.ws kimi bizim öz yerli səhifələrimiz var və əgər azvikidən olan inzibatçı həmin səhifələri etibarsız elan edirsə əlbəttə ki, məqaləni təsdiq etmiş əcnəbi vikipediyaçılarda şübhə yaranacaq. Amma diqqətli istifadəçi ingilis dilində olan mənbələrin tərəfdaşlarını əlbəttə ki, nəzərə alaraq Sura xanımın səhv arqument getirdiyini anlayacaq. Çünki Chaikhana, Meduza, Unit.N-ost 3 mənbə olmaqla nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Görünür BMT-nin İnkişaf proqramı, Fredrix Ebert Fondu,Açıq Cəmiyyətlər Fondu,Avropa İttifaqı, Böyük Britaniya höküməti kimi nüfuzlu dairələrin tərəfdaş olduğu mənbələr Sura xanım üçün etibarsız sayılır. Hətta onun fikrincə həmin mənbələr baxmayaraq ki "Azerbaijan's drag star" yani Azerbaycanın dreq ulduzu adı altında yayımlansa da , onlar birbaşa şəxs haqqında deyil. Yəni xahiş edirəm bunu nəsə bir sarkazm və ya kobudluq kimi qəbul etməsin heç kim. Sura xanımın tam şəkildə öz sözlərini qeyd edirəm və heç kimi də aşağılamaq fikrində deyiləm. Əksinə hər kəsə böyük hörmətlə Futuroloq (müzakirə) 12:44, 6 aprel 2024 (UTC)Cavabla
    @Solavirum, ensiklopedik bir mövzuda məqaləni digər dillərdə də kütləvi yaratmaq spam, yəni qayda pozuntusu sayılır ki? Hörmətlə, Gadirmüzakirə 14:36, 6 aprel 2024 (UTC)Cavabla
  • X  Bərpa olunmasın: Mən məqaləni oxuyub araşdırdım və fərqinə vardım ki, siz məqalənin mətnində ciddi təhrifə yol vermisiniz və şəxsi ensiklopedik göstərmək üçün bəzi faktları şişirtmisiniz. Nümunə üçün məqalədə yazılıb ki, Fransa mediası şəxsdən müsahibə götürüb, amma sözügedən mənbə fransız bir bloqer tərəfindən yaradılmış saytdır. Məqaləni başqa dillərdə də yaratmısınız və bu müzakirədə "bu məqalə başqa dillərdə təsdiqlənib" demisiniz deyə bu, müzakirədə iştirak edən istifadəçiləri çaşdırıb. Bir məqalənin yaradıldıqdan sonra silinməməsi onun icma tərəfindən ensiklopedik hesab edilməsi demək deyil. Odur ki, mən də digər dil bölmələrinin mövzu ilə bağlı fikirlərini öyrənmək üçün məqaləni həmin dillərdə sns etmişəm və nəticə onu göstərir ki, digər icmaların fikri də mənim fikirlərimdən fərqli deyil. Adicə siz burdakı rəyinizdə yazmısınız ki, mövzunun ensiklopedikliyini təsdiqləyən birinci dil bölməsi frviki olub, çünki şəxs haqqında fransız dilində mənbələr var. Halbuki elə frvikidəki sns-də istifadəçilər sırf tələb olunan mənbələrin mövcud olmadığını deyərək səhifənin silinməsinin tərəfdarı olub və şəxsin açıq-aşkar qeyri-ensiklopedik olduğunu deyiblər. Siz isə bütün bunlara qarşı yenə mövzunu manipulyasiya edirsiniz və mənbələrin haradan qrant aldığını, əlaqəli olduğu nüfuzlu qlobal təşkilatların adlarını çəkməklə mövcud mənbələrin əhəmiyyətini şişirdirsiniz. Bu fikirdə olan də tək mən deyiləm, məqalənin ensiklopedikliyini sübut etmək üçün adını xüsusi vurğuladığınız frviki icmasında səsləndirilib bu fikir. Orada da qeyd edilib ki, siz mənbələrin əhəmiyyətini təhrif edirsiniz. Üstəlik mənbələrin əhatə dairəsi və diqqət dərəcəsi haqqında sizə məlumat verilib, necə ki, mən sns-lərdəki arqumentimdə eyni ilə yazmışam. Baxın, bunu belə təhrif etmisiniz, burdakı rəyinizdə mənim sns-lərdəki arqumentimi başqa cür təqdim edib yenə icmanı fərqli cür yönləndirirsiniz. Məni digər dil bölmələrində sırf məqaləni sns etdiyimə görə bu fəaliyyəti vandalizm kimi şikayət etməyiniz, (fr, de, es) və arqumentimi yalan adlandırmağınız da başqa bir müzakirə mövzusudur. Qısacası, sizin şərhlərinizdə faktlar sadəcə manipulyasiya edilib və bəziləri ümumiyyətlə reallıqla ziddiyət təşkil edir. Amma təəssüf ki, bu rəylər azviki icmasını çaşdırmaq üçün yetərli olub. — Sura Shukurlu (müzakirə) 18:21, 6 aprel 2024 (UTC)Cavabla
    @Sura Shukurlu Hörmətli Sura xanım, siz məqaləni silinsinə təqdim etmədən öncə məqalə qeyd edilən intervikilərdə yoxlanılıb qəbul edilmişdi. Mən təhrifə yol verməmişəm, təhrifə siz yol verib mənbələri etibarsız qeyd edərək məhz həmin intervikilərdə qeyd etdiyimi kimi yoxlanılıb qəbul edilmiş məqaləni şübhə altına qoymusuz. Sizin etdiklərinizi təhrif adlandırmaq olar, çünki istifadəçilərdə siz çaşqınlıq yaratmısız, mən yox. Bəli sizin etdikləriniz, heç vaxt redaktə etmədiyiniz və ya çox az ( 2- 3 dəfə ) redaktə etdiyiniz vikilərə daxil olub silinsin etməklə sanki məqalənin ovuna düşməyinizi vandalizm adlandırmaq olar. Bu hər cəhətdən gözəl və etik deyil. Mən məqaləni azvikidə bərpa etmək istəmişəm, daha heç vaxt redaktə etmədiyiniz vikilərə daxil olub silinsinə göndərməyi xahiş etməmişdim. Siz öz arqumentlərinizi məhz burada qeyd etməyiniz daha məqsədə uyğun olardı. Burada isə yenə təhrifə yol verib qeyri-ensikopedik olduğunu qeyd ediblər demeklə yenə çaşqınlıq yaradırsız. Çünki istənilən yetərincə tanınmayan şəxsi silinsinə çıxaranda orada mütləq ensiklopedik olsa belə onun əksini qeyd edən istifadəçilər olacaq. Hələ yek qərar verilməyib heç bir vikidə. Amma bundan sonra silinsə də heç təəccüb etmərəm. Çünki artist əslən Azərbaycandan olduğu halda ilk bizlər məqaləni qəbul etmək əvəzinə onu bütün vikilərdən silməyi təklif edirik. Bu nə deməkdirsə hər kəs özü gözəl anlayır. Mənbələrə gəlincə mən yuxarıda öz fikirlərimi qeyd etmişəm. Eləcə də bizim öz istifadəçilərimiz, hətta inzibatçılarımız da mənbələr haqqında öz fikirlərini qeyd ediblər və bir də mənim qəti şəkildə öz istifadəçilərimizdə çaşqınlıq yaratmaq və ya nəyisə manipulyasiya etmək fikrim olmuyub. Bizim azviki istifadəçilərimiz kifayət qədər savadlı, bilikli və hələ onlardan öyrənəcək çox detalların olduğunu düşünürəm. Əksəriyyəti təcrübədə məndən dəfələrlə üstün istifadəçilərimizdə azvikidə necə çaşqınlıq yaratmağa çalışa bildiyimi düşünmüsüz mən anlamadım. Çaşqınlıq qeyd etdiyim kimi intervikilərdə onlara aid olmuyan şəxs barədə məqalə yoxlanıldıqdan sonra şəxsin soydaşının daxil olub onu silməyi təklif etməsidir. Mənə maraqlıdır sadəcə mən bu şəxs kimi Zaza Napoli Pearl (drag queen) və daha bir neçə şəxs haqqında məqalələr tərtib etmişəm. Niyə məhz bizim öz ölkəmizdən olan həmin janrın yeganə nümayəndəsinə qarşı yönəlməlidir fikirlər. Mənbələrə gəlincə həmin məqalələrin mənbələri və öz ölkələrindəki populyarlıqları heç də bizimkindən irəlidə deyil. Sadəcə hər vikidə onların ölkəsindən olan kiçik bir fəaliyyəti ilə də olsa fərqlənən şəxs, hadisə barədə məqalənin olmasına çalışırlar. Bunu vikibahar2024 layihəsində də görürük. Biz isə əksinə silməklə irəliləmək istəyirik. Bir ara kütləvi şəkildə elə siz tərəfdən də olmaqla mədəni, bədii, ədəbi, teatral mövzularda məqalələrin silinsinə yerləşdirilməsini mən gözəl xatırlayıram. Yenə də bu sizin öz fikirlərinizdi, amma mən əksini düşünürəm. Çox sağ olun Futuroloq (müzakirə) 15:56, 7 aprel 2024 (UTC)Cavabla
    @Futurolog21 Sözügedən mövzulardakı məqalələri kütləvi şəkildə silməyə təqdim etmişəm? Belə bir hadisə olmayıb, xahiş edirəm əsassız yerə üstümə böhtan atmayın. Dil bölmələri mövzusuna isə gəldikdə, xeyr, yanılırsınız, mənim ruvikidə, trvikidə fəaliyyətim var. Onu əlavə edim ki, qeyd etdiyiniz vikilərdə sizin özünüzün birinci fəaliyyətiniz elə bu məqaləni yaratmaq olub və çoxunda yeganə fəaliyyətiniz də elə həmin məqalə və əlaqəli müzakirədədir. Sura Shukurlu (müzakirə) 16:28, 7 aprel 2024 (UTC)Cavabla
    @Sura Shukurlu Mən şər, böhtan və yalandan uzaq biriyəm. Mənim təbiətimdə belə şey yoxdur. Mən xatırladığımı deyirəm, hətta inzibatçılardan biri də bundan öz narahatçılığını ifadə etmişdi. Ən son isə Rüstəm Cəbrayılovun məqaləsini silməyə çalışdığınız üçün sizinlə əks fikirdə olmuşdum. Amma Rüstəmin məqaləsi çox şükür ki, silinmədi. Hər kəs Bred Kroeniq, David Qandi, Evandro Soldati olmur, amma bu o demək deyil ki, onlar vikipediya üçün ensiklopedik sayılmasınlar. Mən o zaman da qeyd etdim , Uitni Hyuston , Selin Dion səviyyəsində dünya ulduzu deyilsə İlhamə Quliyevanın və ya gənc müğənnilərdən deyək ki, Hiss haqqında yazılmamalıdır fikri yanlışdır. Rüstəm Cəbrayılov da o sıradan. Sizin fəaliyyətinizə gəldikdə isə sözü gedən mövzu ilə bağlı ne ruviki, nə də trvikini mən nəzərdə tutmurdum. Söhbət fr, es, s.en, ukr, srb, de vikilərdən gedir. Mənim vikidə ümumi aktiv fəaliyyətim təxminən bir il yarımdı. Həmin məqalə ilə bağlı müzakirələrə mən sizin fəaliyyətiniz hesabına qatılmalı oldum. O ki, qaldı digər redaktələr həm de, həm s.en vikilərdə başqa məqalələr də yerləşdirmişəm və hələ gələcəkdə də davam edəcəm. Belədə ki, lap ancaq bir məqalə olsun nə fərqi var ki, söhbəti hardan haraya gətirməyə çalışırsız anlamıram. Mən bəhs etdiyimiz mövzu ilə bağlı şəxsin ne yaxınıyam , nə qohumuyam , nə də ki ödəniş almışam. Etiraf edim ki, pərəstişkarıyam. RuPaul's Drag Racei izlədikdən sonra Azərbaycanda belə bir janrda kimlərin olub olmaması barədə axtarışımdan sonra Ledi Slim adlı ilk və yeganə drag queen olduğunu öyrənmişəm. Bir artistin senzura, qadağa və s. bu kimi nüanslarla üzləşməsi halı bir tək ona görə ki, hamı kimi deyil məni məyus etdiyindən həmin məqaləni tərtib etmişdim. Nəzərinizə çatdırım ki, mən də sizin kimi qadınam və bundan da məmnunam. Sadəcə keçdiyim , gördüyüm məqamlar, ən başlıcası isə inter təhsilim məni inklüzivləşməyə və tolerantlığa gətirib. Hörmətlə Futuroloq (müzakirə) 18:01, 7 aprel 2024 (UTC)Cavabla
    Siz yəqin ki, səhv xatırlayırsınız, çünki dediyiniz sahələrdəki şəxsləri ümumiyyətlə əhəmiyyətli həcmdə təftiş etməmişəm. Hər halda, demək istəyirəm ki, mən heç vaxt heç bir şəxsi məşhurluğuna görə heç bir şəxslə müqayisə etməmişəm və vikidə məşhurluğun ensiklopediklik ilə birbaşa əlaqəsi olmadığı fikrini ən çox vurğulayan və tətbiq edən istifadəçi bəlkə də elə mənəm, ya da onlardan biriyəm. Mən Vikipediyanın ensiklopedilik üçün tələbləri ilə addım atıram və bu məqalə də mənim fikrimcə sırf həmin meyarlara görə qeyri-ensiklopedikdir. Məqaləni başqa dillərdə namizəd verməyimə isə gəldikdə, siz məqalələrin başqa dillərdə ensiklopedik hesab edildiyini vurğulmasınız, mən də bunu yoxlamaq üçün namizəd vermişəm. İstənilən istifadəçi istənilən məqalə haqda istənilən icmanının fikrini öyrənməyə çalışmaqda sərbəstdir. Mənim kross-viki spam olan məqaləni digər dillərdə də SNS etməyim birinci dəfə deyil və əgər siz bu fəaliyyəti vandalizm adlandırısınızsa, demək ki, layihənin prinsipləri ilə tam tanış deyilsiniz. Sura Shukurlu (müzakirə) 18:15, 7 aprel 2024 (UTC)Cavabla
  • "Digər vikilərdə qəbul edilmiş məqalə" ifadəsi doğru deyil, Azərbaycanca Vikipediya digər vikilərə baxıb hərəkət etmir, buranın öz qaydaları var. Ensiklopedikliliyi şübhə altında olan məqaləni eyni anda bir neçə dildə yaratmaq adətən VP:BURADADEYİL məqsədilə redaktə edənlərin etdiyi fəaliyyətdir. Nemoralis (müzakirə) 16:31, 7 aprel 2024 (UTC)Cavabla
    @Nemoralis Sizinlə tamamilə razıyam , mən ilk məqaləni bərpa üçün təqdim etdikdə heç qəti şəkildə digər vikilərin adını hallandırmamışdım. Söhbət müzakirə əsnasında ortaya çıxdı və mən qəti şəkildə bərpa üçün bunu arqument kimi irəli sürməmişəm. Yenə təkrar edirəm Sura xanımla mənim mədəni mübahisəm də məhz bunun üstündədir. Mən azvikiyə məqalə bərpası üçün müraciət etmişəm, amma onun bir daha təkrar edirəm heç zaman redaktə etmədiyi vikilərə daxil olub həmin məqaləni silinsin təklif etməsinin bu müzakirə üçün nə mənası var idi. Sizin sözünüzə qüvvət.Futuroloq (müzakirə) 17:13, 7 aprel 2024 (UTC)Cavabla
  • Futurolog21, sizə yuxarıda məqaləni envikidə yaratmaq təklif olunduqda, yenə məqsədyönlü şəkildə yazmısınız ki, guya fransız mediasında daha məşhur olduğu üçün məqaləni ilk frvikidə yaratmısınız. Halbuki, məqaləni ən birinci elə envikidə yaratmısınızmış, amma daha sonra SNS olunaraq qeyri-ensiklopedik məqalə kimi silinib. Yenə yarımçıq, yanlış məlumat vermisiniz. Simple English vikisində belə məqaləni yaradıb English vikisində yaratmaq istəməməyinizdəki səbəb də ortadadır. Hər faktı tərəfli şəkildə yarmçıq qeyd edərək və ya dəyişdirərək təqdim edib icmanı çaşdırmısınız. Bu arada digər vikilərdə olduğu kimi Simple vikidə də şəxsin qeyri-ensiklopedik olduğu bildirilib. Xüsusi olaraq vurğuladığınız frvikinin özündə icma şəxsin qeyri-ensiklopedik olduğu qənaətindədir. Digər həmkarımın da yuxarıda qeyd etdiyi kimi, envikidə bu mövzular həssas mövzu olduğu üçün daha tez qəbul olunur. Ensiklopedikliyə yaxın olsa belə. Amma elə birinci orada birmənalı qeyri-ensiklopedik hesab edilərək silinib. Bütün bunlar bir daha sübut edir ki, siz icmada məqsədyönlü şəkildə çaşqınlıq yaradaraq həmkarlarımın fikirlərinə təsir etməyə çalışmısınız. Redivy, Gadir, Solavirum, sefer azeri, Moses, nəzər yetirməyiniz üçün etiketlədim. — Sura Shukurlu (müzakirə) 15:41, 10 aprel 2024 (UTC)Cavabla
Sura Shukurlu bütün fikirlərinizi oxudum və sözün düzü, mövqeyinizin qərəzli olduğunu düşünürəm. Hesab edirəm ki, azvikidə hansısa məqalənin saxlanması/yaradılması/silinməsi başqa vikilərdə həmin məqalənin olub-olmaması ilə motivasiya edilməməli, mənbələr, məqalənin aktuallığı, ensiklopedik əhəmiyyətliyi nəzərə alınaraq qərar verilməlidir. Konkret bu şəxs peşə sahəsində ilk azərbaycanlı olduğuna görə (ilk azərbaycanlı tibb bacısı, ilk balerika, ilk pilot və sair kimi) artıq ensiklopedik əhəmiyyətli hesab edilə bilər. Buna qarşı tutarlı arqumentiniz varsa onu dinləmək istərdim. Hörmətlə, — sefer azeri 15:59, 10 aprel 2024 (UTC)Cavabla
@Sefer azeri İstənilən mövzu o zaman ensiklopedik olur ki, o mövzudan asılı olmayan etibarlı mənbələrdə əhəmiyyətli dərəcədə əhatə olunmuşdur. Xeyr, ilk olmaq şəxsi birbaşa ensiklopedik etmir. VP:ŞEƏ-yə görə şəxs o zaman ensiklopedik hesab edilə bilər ki, o öz sahəsində xüsusi əhəmiyyətli fəaliyyətə sahib olsun və bu fəaliyyəti mənbələr tərəfindən diqqətə alınsın. Ona görə də "ilk" titulu o zaman şəxsi ensiklopedik edir ki, şəxs bu titulu almaq üçün müəyyən bir əhəmiyyətdə fəaliyyətə sahib olur. Hər hansı sahədə əhəmiyyətli fəaliyyət sahibi olmaq belə şəxsi ona görə ensiklopedik edir ki, belə olanda şəxsin əsas meyarları ödəməsi, yəni mənbələrin diqqətində olması ehtimalı böyükdür. Digər bütün dillərdəki namizədlik zamanı da qeyd etmişəm, bu şəxs haqqında etibarlı ikincidərəcəli mənbələr müstəqil iş təqdim etməyiblər, nə də ayrıca məqalə yazmaq üçün şəxs haqqında mənbələrdə əhəmiyyətli ölçüdə etibarlı məlumat yoxdur. Heç bir müstəqil ikincidərəcəli etibarlı mənbə bir ilkə imza atan şəxs kimi onun fəaliyyətini araşdırıb əhəmiyyətli həcmdə məlumat ehtiva edən müstəqil bir yazı təqdim etməyib. "Bu şəxs haqqında filan mənbədə məlumat var, o mənbə filan quruma bağlıdır, etibarlı mənbədir" arqumenti heç bir şəxsi ensiklopedik etmir. Qərəzə gəldikdə, nə kimi qərəzim ola bilər? Mən əslində tam tərsinə sizin tərəfli olduğunuzu düşünürəm. Düşünürəm ki, sizin istifadəçi ilə böyük ehtimal əlaqəniz var. Açığı sizi buraya yenidən teq etməkdə məqsədim də bu şərhi almaq idi, indi fikirlərim daha da aydınlaşdı. @Futurolog21 siz istifadəçini tanıyırsınızmı? Çünki Sefer azeri istisna hallar xaricində müzakirələrdə iştirak etmir. Niyə ən başda vikidə uzun müddətdir imzası gec-gec görünən bir istifadəçini bu müzakirəyə teq etdiniz? İstifadəçinin lehinə olacağını hardan bilirdiniz? Sura Shukurlu (müzakirə) 16:41, 10 aprel 2024 (UTC)Cavabla
  • X  Bərpa olunmasın: Şəxsin nə özünə, nə də fəaliyyətinə qarşı heç bir qərəzim yoxdur. Amma onu ensiklopedik hesab edəcək heç bir şərt görmürəm məqalədə. Sura xanımın arqumentləri tutarlıdır. — Tarixi Nadir (müzakirə) 17:25, 10 aprel 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, fəaliyyətini incələmiş ola bilər. Yanılmıramsa, Sefer azeri-nin LGBT ilə bağlı vacib töhfələri var. Digər yandan səhv etmirəmsə, Solavirum-un da elə (digər yandan Solavirum mövzularda tərəfsiz mövqe tutur, bəzi istifadəçilər həqiqətən mövzuya "mən bunu bəyənmirəm" yanaşması ilə fikir bildirir, sizin də elə olduğunuzu nəzərdə tutmuram). Əlaqəni deyə bilmərəm, amma əlaqəli, yəni tərəfsiz şərh bildirəcəyini düşündüyü isifadəçiləri teq edib deyə düşünürəm (Solavirum öncəki müzakirədə lehinə fikir bildirib). Burada qayda pozuntusu yoxdur. Gizli etsə, səs ovu olardı, amma sadəcə teq edib public şəkildə. Onu da qeyd edim ki, Suranın qərəzli olacağına inanmıram. Yaxşı araşdırmalar edir, bu layihələrdəki fəaliyyətini də bəyənirəm, amma bəzən onlayn mənbə tapılmayanda oflayn mənbə olma ehtimalı olur, təbii ki, ona da hər vaxt onlayn ulaşmaq olmur ki, incələyəsən. Amma "hardasa mənbələr var yaxud ola bilər" əsaslı arqument deyil. @Futurolog21, bəlkə əlavə qəzet və jurnallarda şəxslə bağlı məlumatlar dərc olunub, hə? Fikir verdim, həqiqətən o linklərin etibarlılığı qalsın ikinci planda, şəxsin fəaliyyətini ələ almayıblar, sadəcə adı keçib, bəhs edilib. Xəbər başlıqları da mövzuyla əlaqəlidir, birbaşa şəxslə yox. Hörmətlə, Gadirmüzakirə 17:40, 10 aprel 2024 (UTC)Cavabla
    @Gadir başqa istifadəçi olsa, misal üçün Solavirum, bəli, aktiv istifadəçi olduğu üçün fəaliyyətinin tərəfsiz olduğunu görməsi, fəaliyyəti ilə tanış olması və teq etməsi normal idi. Amma Sefer azerinin imzasını bütün ad fəzalarını izləyən biri olaraq mən belə çox uzun müddətdir, demək olar ki, görməmişəm. Elə Sefer azerinin fəaliyyəti ilə tanışam və vikidə olduğum müddətdə bu mövzulardakı fəaliyyəti və mövqeyini də görmüşəm deyə bu situasiya qəribə gəldi. Çünki Futurolog21-in vikidə olduğu dönəmdə Sefer azerinin hər hansı müzakirədə fikir bildirdiyini görməmişəm və redaktələri də tamam başqa mövzulardadır. Futurolog21-in icmanı yaxşı tanıması, daha doğrusu sırf bu istifadəçini bu qədər yaxşı tanıması mənə qəribə gəldi. Sura Shukurlu (müzakirə) 21:40, 10 aprel 2024 (UTC)Cavabla
    @Sura ShukurluSefer Azerinin fəaliyyətindən siz daha çox xəbərdarsız nəinki mən. Çünki ümumilikdə tag edib fikirlərini bu mövzuda öyrənmək istəməyimin səbəbi RuPaul's Drag Race məqaləsini yaratdığımda həmin iştirakçıdan aldığım təşəkkür ismarıcı olmuşdu. Daha bundan artıq həmin istifadəçi haqqında mən heç nə bilmirəm. Futuroloq (müzakirə) 18:52, 11 aprel 2024 (UTC)Cavabla

Mən vikipediyadakı fəaliyyətim dövründə həmişə çalışmışam dəyərli və lazımlı töhfələr verim. Tibb ilə bağlı ötən il azvikidə ən çox tərcümə edən istifadəçilərdən biri olmuşam. Cəmiyyətlə bağlı demokratiyanı, liberallığı və tolerantlığı təşfiq edən mövzulara həmişə toxunmağa çalışmışam. Bu məqalə də məhz həmin mövzuların bir hissəsi kimi mənim töhfəm sayıla bilər. Çünki şəxs haqqında Chaikhana Mediadakı məqalədə, yeri gelmişkən həmin məqalə birbaşa şəxs haqqındadır və orada həmin şəxs mən tərəfdən deyil , məhz həmin medianın jurnalistləri tərəfindən insan hüquq və azadlıqlarının , bu yolda olan cəsarətin təcəssümü olaraq qeyd edilib. Eyni mövzu məqalənin xarici keçidlərində qeyd etdiyim n-ost.unit səhifəsində birbaşa şəxs haqqında olan mənbədə də işıqlandırılıb. Həmin məqalə Berlində 2023-də nəşr olunan | kitabda da (səhifə 136-149) çap olunub. Həmin ingilis dilində olan məqalələr hələ olmadığı dövrdə envikidə məqalə ingilis dilində mənbə azlığı səbəbi ilə silinmişdi. Həmin dövrdə isə fransız dilində mənbələr olduğundan məqalə fransız viki.də qəbul edilmişdi. Fransız media yazmağımı mənə irad tutulmasını isə mən yenə də anlamadım. Sanki mən media deyil, televiziya qeyd etmişdim. Media nə demekdirsə burada açıq aşkar qeyd olunub. Şəxs haqqında yaratdığım digər dillərdəki məqalələri həmin dillərdə olan icmalar yoxlayıb qəbul etdikdən sonra məqalənin ovuna düşüb onları silinsinə göndərib və oradakı mənfi rəyləri azviki icmaya təqdim etməyin çaşqınlıq yaratmaqdan başqa bir məqsədini görmürəm. Çünki ilk növbədə qeyd edildiyi kimi başqa vikiləri nümunə və ya örnək gətirmək qaydalara uyğun gəlmir. İkincisi isə bir şəxsi, xüsusilə çox tanınmayan əcnəbi şəxsi silinsinə təklif etdikdə onun müxtəlif istifadəçilər tərəfindən həm mənfi, həm müsbət rəyləri olacağı da adi bir haldı. Mən 150-yə yaxın məqalə yaratmışam azvikidə amma bu məqalə qədər müzakirə yaradacaq məqaləm olmayıb mənim. . Mən ensiklopedikliyinə əmin olmadığım bir məqaləni heç zaman yaratmaram. Amma yenə də icma son qərarı verir və istəyirəm ki, artıq versin bu qərarı. Çünki mən bir məlum istifadəçinin təqiblərinə, mənə aid olmuyan adların mənə şamil edilməsinə bu dərəcədə artıq dözəcək halım qalmayıb. Gah manipulyasiya edən bir avanturist olaraq qeyd edilirəm, gah yalançı olaraq təhqir edilirəm, gah guya kimləsə tanış imişəm. Özü də bu həqarətlərin bir qadın istifadəçiyə digər qadın istifadəçidən olunması çox böyük təəssüf doğurur. Sübut olmadan insanı təxmin edib nədəsə suçlamaq olduqca yolverilməzdir. Vəziyyəti o dərəcəyə çatdırmaq ki, mən hansı istifadəçini bəlkə də əslində qeyd etməməli olduğum amma qeyd etmək məcburiyyətində qalaraq təşəkkür ismarıcı ilə tanıdığımı bildirməyim belə məni çox üzdü. Bir istifadəçiyə görə, özümü vikipediyada deyil, sanki bir istintaq işində dindirilən bir şəxs kimi hiss etdim. Futuroloq (müzakirə) 21:55, 11 aprel 2024 (UTC)Cavabla

@Futurolog21 Xanım istifadəçi olmağınızla bağlı rəyinizi anlamadım, bunun nəyi qəribədir ki? Burada qadın və ya kişi, hamı bərabərdir və istifadəçilərin fəaliyyət və yanaşmalarında bunun mənfi və ya müsbət təsiri olmamalıdır və mənim üçün də fərqi yoxdur. Təhqirə gəldikdə isə, kim sizi təhqir edib? Birinin kimləsə əlaqəsi olduğunu düşünmək mənim şəxsi düşüncəmdir. O mövzuya gəlsək, əslində illər əvvəl gələn təşəkkür mesajına görə istifadəçini buraya teq etməyiniz mənə inandırıcı gəlmədi, amma hər halda mən sadəcə fikrimi bildirirəm. Bir də sizin haqqınızda daha əvvəl də səs ovu, kukla hesab şübhələri olduğu, hətta bu səbəbdən daha əvvəl bloklanmış olduğunuz üçün belə bir fikrimin olması olduqca normaldır. Ümumiyyətlə siz daimi olaraq məni qərəzli, məqaləni də "qurban" olaraq göstərib məni icmada qaralayaraq müzakirənin gedişatını dəyişdirməyə çalışırsınız. Hələ də deyirsiniz ki, digər vikilərdə qəbul edilib, amma mən məqaləni namizəd göstərib insanları çaşdırmışam :) İstənilən istifadəçi istənilən məqaləni ensiklopedikliyin sorğulanması üçün müzakirəyə təqdim edə bilər. Fikir verin, mən heç bir müzakirəyə müdaxilə edib nə isə yazmamışam, sadəcə təqdim etmişəm, qısa-kankret arqumentimi yazmışam və icma özü başlayıb müzakirə etməyə. Mən sadəcə fikirlərini öyrənmək üçün təqdim etmişəm və istifadəçilərin fikirlərindən mən məsuliyyət daşımıram. Mənbələrə gəldikdə, hər hansı jurnalda şəxs haqqında məlumat olması şəxsi ensiklopedk etmir. Elə həmin jurnaldakı bir neçə şəxsi yoxladım, heç bir dildə məqalələri yoxdur. Chaikhanamedia isə Azərbaycanın layihəsidir. Siz hər dəfə bu saytın ingiliscə versiyasını göstərməklə bu medianı sanki hansısa dünya səviyyəli xarici mənbə imiş kimi göstərməyə çalışırsınız :) Sura Shukurlu (müzakirə) 23:14, 11 aprel 2024 (UTC)Cavabla
@Futurolog21, @Sura Shukurlu, xahiş edirəm, mövzunu müzakirə edin, bir-birinizi yox. Əgər bir istifadəçinin başqa bir istifadəçidən şikayəti varsa, müvafiq səhifədə müzakirə başlada bilər, lakin bura səhifələri müzakirə etmək üçün var. Hörmətlə, Gadirmüzakirə 23:21, 11 aprel 2024 (UTC)Cavabla
Chaikhana media Azərbaycan layihəsi deyil, bu beynəlxalq layihədir və mərkəzi də Tbilisi şəhərindədir. Bunun üçün sayta daxil olub ümumi məlumatları öyrənmək kifayətdir. İkincisi kukla hesaba gəldikdə siz zamanında istifadə etdiyiniz kukla hesablarınızı xatırlasanız çox gözəl olar. Çünki mənim kukla deyilən hesabım eyni ip-dən istifadə etdiyimiz artıq həyatda olmuyan qrup yoldaşıma məxsus idi. Siz yenə mövzudan kənar mənim fəaliyyətimi qaralamağa çalışırsız. O ki qaldı illər əvvəl söhbətinə)) hər kəsə mənim aktiv fəaliyyət dövrüm bəllidir və buna görə daha mövzudan kənar mən yazmıyacam. Ümumilikdə hər ifadənizlə mənim barəmdə təhrifə yol verirsiniz. Yaxşı ki, bunlar yoxlanıla bilən təhriflərdir. Ümumiyyətlə bu mövzuda məndən stop.Futuroloq (müzakirə) 00:48, 12 aprel 2024 (UTC)Cavabla
  • Məqalənin müəllifi kimi son fikrimi bildirmək istəyirəm ki, göstərilən əks arqumentləri tamamilə əsassız sayıram. Mən indiyə kimi qeyd etdiyim bütün fikirlərin dürüstlüyünə və təhrifə yol vermədiyimə, eləcə də məqalənin mənbələrinin etibarlılığına tam əminəm. Futuroloq (müzakirə) 01:20, 12 aprel 2024 (UTC)Cavabla
    @Sura Shukurlu mən ancaq köhnə istifadəçilərlə tanışam, son illərdə viki komandasına qoşulan istifadəçilərin heç birini tanımıram. Mövzu maraqlı olduğu üçün müzakirədə iştirak edirəm, hansısa maraq dairəmdə olan mövzular olduqda ya da istifadəçilər məni işarələyib fikrimi soruşanda mümkün qədər müzakirədə iştirak edirəm. Ümumiyyətlə, hansı müzakirədə və nə vaxt iştirak etməyimlə bağlı sizə ya da başqasına hesabat verməli deyiləm, sizin də belə şey soruşmağa haqqınız yoxdu; yerinizi birlin! Mövzuya gəldikdə, mənbələrlə bağlı qaydalardan cümlələri burda təkrarlamaqla böyük şərh yazırmış kimi görünməyə çalışmağın bir mənası yoxdu. Həmin qaydaların yazılmasında və müzakirələrində iştirak etmiş biri kimi, qaydaları yaxşı bilirəm və fikrimi bildirəndə də qaydalara istinad edirəm. Məqalədə göstərilmiş mənbələrə nəzər salmışam və məqalənin vikidə olması üçün kifayət etdiyini düşünürəm. Hörmətlə,— sefer azeri 07:28, 13 aprel 2024 (UTC)Cavabla
    @Sefer azeri, özünüzü ələ alın, nəzakət insanı alçaltmaz. Sura Shukurlu (müzakirə) 08:10, 13 aprel 2024 (UTC)Cavabla
    @Sura Shukurlu kimin özünü ələ almalı olduğu, kimin nəzakətsiz olduğu və nə qədər alçaldığı məncə göz qabağındadır. Yuxarıdakı yazışmalara nəzər salmanız yetər. Hörmətlə,— sefer azeri 08:12, 13 aprel 2024 (UTC)Cavabla
    @Sefer azeri, təkrar edirəm, çox nəzakətsiz və narahatsınız, özünüzü ələ alın. Sura Shukurlu (müzakirə) 08:36, 13 aprel 2024 (UTC)Cavabla
  • Şərh  Şərh: Məqalədə rəyimi sildim gedişata uyğun olaraq fikrimi bildirəcəm hələki həm müzakirə həmdə bütün dillirdə SNS gedir demək olar. Redivy (müzakirə) 21:47, 13 aprel 2024 (UTC)Cavabla
    X  Bərpa olunmasın: Adicə 1 istifadəçi belə gəlib bərpa olunması istiqamətində tutarlı arqument bildirsə yenidən düşünəcəm. Bura ensiklopediyadır. Bərpa olunacaq şeyin ensiklopedik əhəmiyyəti olmalıdır. Müzakirə də bu yöndə getməlidir. Bərpa olunması üçün tutarlı səbəb görmürəm. -- ☞QRAF☜   (✉ → ♕) 07:06, 18 aprel 2024 (UTC)Cavabla

Muxtar Aslanov redaktə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Hamıya salam. Muxtar Aslanov Məqaləsin bərpa etməyinizi xahiş edirəm.

Məqalənin başlığı Wikipedia məkanında axtarışda olan istinadlara əsasən ən çox və uyğun adda olduğu ad seçilib. Bundan başqa, Məqalə genişləndirilib, yeni mənbələr əlavə edilib, təkminləşdirilib. Əvvəlcədən Sizin hamınıza öz minnətdarlığımı bildirirəm. Editing For Better (müzakirə) 14:45, 22 mart 2024 (UTC)Cavabla

X  Bərpa olunsun: Tanınmış alimdi. SSRİ Dövlət Mükafatı laureatıdır, həmçinin "Azərneft" və "Azərdəniz" neft birliklərində fəaliyyətinə görə "Azərbaycan SSR Əməkdar Mühəndisi" və "Əməkdar Neftçi" fəxri adlarına layiq görülmüşdür. + 9 ildir rusca vikidə məqaləsi var.— Nicat49   müzakirə 19:37, 22 mart 2024 (UTC)Cavabla

X  Bərpa olunsun: göstərilən arqumentlər məqalənin bərpa olunmasına kifayət edir. — Xeyal (müzakirə) 20:52, 22 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunsun: Şəxsin geniş fəaliyyət var. Həmçinin mükafatlarının əhəmiyyətliyi vardır. Fəaliyyət və mükafatları ensklopetikliyi təmin edir — Sahil ;)   (müzakirə) 10:32, 26 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunsun: Qeyd olunan mükafat və dərəcələrə əsasən. Redivy (müzakirə) 10:56, 26 mart 2024 (UTC)Cavabla

X  Bərpa olunsun: Fəaliyyəti və dərəcəsi Ensklopedikliyini təmin edir - Aylanabi (müzakirə) 06:18, 27 mart 2024 (UTC)Cavabla


Yekunlaşdırma: Müzakirə əsasında bərpa olunmasına qərar verildi. Atakhanli (müzakirə) 22:31, 11 aprel 2024 (UTC)Cavabla

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Atakhanli Turkmen Salam zəhmət olmasa məqaləni qaralama halında bərpa edə bilərsiz? Müzakirə edilə bilsin. Aaiitacc (müzakirə) 17:58, 25 mart 2024 (UTC)Cavabla
Hə Y müzakirəyə çıxarıldığı üçün qaralama fəzasında bərpa edildi. Atakhanli (müzakirə) 18:19, 25 mart 2024 (UTC)Cavabla
Nə SNS müddətində, nə də indi heç bir redaktə olunmayıb. Bərpa olunması üçün tutarlı bir səbəb görmürəm. Burada möcüzə olmasını gözləmirsiniz hər halda. Nemoralis (müzakirə) 18:47, 25 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunmasın: NAYORAnın tərkibində mövcud olan QHT-dir. Elə geniş fəaliyyət sahəsidə yoxdur fikirimcə NAYORA-nın məqaləsinə 2-3 cümlə halında əlavə olunsa kifayət edər. Qeyri Ensklopetik məqalədir. – Sahil ;)   (müzakirə) 10:40, 26 mart 2024 (UTC)Cavabla
X  Bərpa olunmasın: Həm məqalənin özü, həm də birliyin real fəaliyyəti onun haqqında ensiklopedik bir fikir yaratmır. Vikipediyada yalnız ciddi fəaliyyəti ilə gözə çarpan,məsələn, gənclərə həqiqi dəstəyini göstərən birlik və təşkilatlar haqqında məqalələr ola bilər. Futuroloq (müzakirə) 02:41, 27 mart 2024 (UTC)Cavabla
Şərh  Şərh: Məqalə üzərində işlər aparılsa həmçinin mənbələr əlavə olunsa ensklopetik olacağını düşünürəm -- ☞QRAF☜   (✉ → ♕) 05:03, 27 mart 2024 (UTC)Cavabla

Yekunlaşdırma: Müzakirədə bildirilən fikirlər də nəzərə alınmaqla, bu müddət ərzində məqalə üzərində heç bir edit edilmədiyi üçün müzakirəni yekunlaşdırıram. Atakhanli (müzakirə) 17:36, 7 aprel 2024 (UTC)Cavabla

Sevda Qasımova redaktə

BNS Science2023 (müzakirə) 19:32, 25 mart 2024 (UTC)Cavabla

  • Şərh  Şərh: Şəxs və onun yazdığı elmi işlər haqqında kifayət qədər mənbələr var. Sadəcə məqaləni Vikipediya qaydalarına uyğunlaşdırmaq lazımdır. Silinməsi tərəfdarı deyiləm, amma bu halda da saxlamaq düzgün deyil. Müəyyən problemləri ehtiva edən şablonları məqalədə qeyd etməklə saxlayıb və təkminləşdirmək olar.Futuroloq (müzakirə) 02:56, 27 mart 2024 (UTC)Cavabla
@Science2023 həmkar, məqaləyə hər hansı əlavəniz olacaqmı? olacaqsa hamısını edin. sonda mən könüllü əl gəzdirib dəstək olacam sizə. Atakhanli (müzakirə) 04:10, 27 mart 2024 (UTC)Cavabla
Salam, Nihad müəllim! Məqaləyə əlavələr olmayacaq. Təşəkkürlər! Science2023 (müzakirə) 11:01, 28 mart 2024 (UTC)Cavabla
@Science2023 Məqalədə birçox qeydlər var, siz zəhmət olmazsa ensklopedik göstəriclərə malik qeydləri mənə elektron adres formasında yollayın mən düzəlişlər edim və daha sonra bərpa üçün müraciət edin çünki çox yalnışlıqlar var. Zəhmət olmazsa mail üçün mənim müzakirə səhifəmə yazın. Redivy (müzakirə) 21:49, 28 mart 2024 (UTC)Cavabla
SNS müzakirəsində qeyd olunan iradları aradan qaldıracaq əlavələr olmayacaqsa burada müzakirə açmağın heç bir məntiqli açıqlaması yoxdur. BNS apelyasiya yeri deyil. Nemoralis (müzakirə) 11:55, 3 aprel 2024 (UTC)Cavabla
Sizdən xahiş edirəm, səhifənin qaralamaya qoyulma səbəbini mənə izah edəsiniz. Səhifə enidən yaradılmalıdır? Science2023 (müzakirə) 16:46, 5 aprel 2024 (UTC)Cavabla
Səhifə qaralama fəzasına əlavə edilib ki, fikir bildirmək istəyən istifadəçilər daxil olub məqalə ilə tanış olsunlar. Moses :) 19:52, 5 aprel 2024 (UTC)Cavabla
Siz belə adamları özünüz axtarıb tapmaqdansa, onların haqqında olan məqalələri silirsiniz. Onlar millətin fəxridirlər. Səhifənin nəyə görə silinməsini başa düşmədim. Məqalənin silinmə səbəbi nədir? Science2023 (müzakirə) 08:31, 6 aprel 2024 (UTC)Cavabla
@Science2023, zəhmət olmasa VP:ŞEƏ qaydalarını oxuyun. Moses :) 08:35, 6 aprel 2024 (UTC)Cavabla
Qaydaları oxudum. Zəhmət olmasa, nə edəcəyimi mənə izah edin. Science2023 (müzakirə) 09:36, 6 aprel 2024 (UTC)Cavabla
Şəxs qeyd etdiyim qaydanın kriteriyalarını ödədiyini düşünürsünüzsə, onda zəhmət olmasa mənbələri ilə arqumentləri təqdim edin bura. Moses :) 09:58, 6 aprel 2024 (UTC)Cavabla
Şəxs qeyd etdiyiniz qaydanın kriteriyalarını ödəyir. Mənbələr və arqumentlər İstinadlarda və Xarici keçidlərdə ğöstərilir. (Bu şəxsin ensiklopedik olduğunu mənə yazmışdılar). Science2023 (müzakirə) 10:22, 6 aprel 2024 (UTC)Cavabla

İlkin Namazov redaktə

Salam İdmançı şərtlərini ödəmədiyi bildirirlib. Şəxsin böyük bir həvəskar və ya peşəkar müsabiqədə fəal iştirak etdiyi və ya əhəmiyyətli bir mükafat qazandığı və bunla bağlı ikinci dərəcəli mənbələrdə əhəmiyyətli bir məlumat olduğu təqdirdə ensiklopedik olduğu təxmin edilir.

Arnold Classic yarışı avropanın ən böyük idman festivalıdır bu yarışda iki qızıl medal qazanmışdır.

wrpf gəldikdə isə powerlifting idman növü dünyada ən böyük üç federasiya ilə təqdim olunur bunlar WRPF, (İPF hansı ki, siz wikipediada axtarış etdikdə dünya çempionatı məlumatları yanlız burdakılar əks olunacaq lakin Azərbaycan bu federasiyada iştirak edə bilmədiyindən WRPF federasiyasında iştirak edilir) və WPC. WRPF federasiyasının keçirdiyi yarışlarda 4000+ üzəri iştirakçı iştirak edir və bu idmançılar dünya ölkələrindən olur MDB ölkəıərindən deyil :)

https://allpowerlifting.com/lifters/AZE/namazov-ilkin-259707/gallery/

https://www.openpowerlifting.org/u/ilkinnamazov

bunlar isə rəsmi mənbələr hansı ki burada bütün dünya powerlifting idmançıları görsənir.

Məqalədə isə milli olimpiya komitəsinin rəsmi xəbərini bölüşmüşdüm hər halda uğuru rəsmi olmayan idmançı olimpiya komitəsi tərəfindən paylaşılmaz

Lifter2024 (müzakirə) 20:38, 27 mart 2024 (UTC)Cavabla

@Lifter2024 Qeyd etdiyiniz linklərdə poverliftinq idmançısı olduğuna dair istinad mövcuddur və orada olan ad çempionluğu təsdiq edəcək yaxud çempion titulunu artıracaq hər-hansı ikinci dərəcəli mənbə sayılmır. Redivy (müzakirə) 21:54, 28 mart 2024 (UTC)Cavabla
https://www.olympic.az/news/azerbaycanin-dord-pauerliftinqcisi-avropa-cempionu-olub Lifter2024 (müzakirə) 21:58, 28 mart 2024 (UTC)Cavabla
@Lifter2024 Poverliftinq üzrə tək bu titul ensklopedik etmir və siz yuxarıda qeyd etdiklərinzə fikir yazmışdım. Redivy (müzakirə) 22:30, 28 mart 2024 (UTC)Cavabla
Atakhanli, zəhmət olmasa məqaləni qaralama ad fəzasında bərpa edin. — Xeyal (müzakirə) 08:17, 31 mart 2024 (UTC)Cavabla
Hə Y Atakhanli (müzakirə) 17:38, 7 aprel 2024 (UTC)Cavabla

Vüqar Talıbov redaktə

Şəxs VP:İDMANÇI kriteriyalarına cavab verir. Talıbov yeniyetmələr arasında Olimpiya oyunlarının qalibi, böyüklər arasında Böyük dəbilqə turnirlərinin (Bakı 2024 və Antalya 2024) mükafatçısıdır və keçən il Azərbaycan böyüklər arasında çempionatınln gümüş mükafatçısıdır. İkinci dərəcəli mənbələrdə idmançı haqqında əhəmiyyətli məlumat var (məsələn burda). Rus Vikipeyisasında olan mənbələrdən də istifadə etmək olar[1]. -Interfase (müzakirə) 07:18, 4 aprel 2024 (UTC)Cavabla

Məaaləni qaralama səhifəsində bərpa etdim. Üzərində işləmək üçün. Araz Yaquboglu (müzakirə) 14:48, 4 aprel 2024 (UTC)Cavabla
X  Bərpa olunmasın: İstidadlı cüdoçu ola bilər. Amma hazırda məqaləsinin olması üçün heç bir tutarlı əsas yoxdur. IJF Grand Slamda medal almaq idmançını ens etmir. Azərbaycan Çempionatının medalçısı olmaq söhbəti isə ümumiyyətlə artıq yığışdırmaq lazımdır. Hər il yüzlərlə Azərbaycan Çempionatı, şəhər çempionatları və aşağı yaş qruplarından analoji turnirlər olur. Grenzsoldat 14:54, 4 aprel 2024 (UTC)Cavabla
Qayda deyir: Şəxsin böyük bir həvəskar və ya peşəkar müsabiqədə fəal iştirak etdiyi və ya əhəmiyyətli bir mükafat qazandığı ensiklopedik olduğu təxmin edilir. Ölkə çempionatının medalı əhəmiyyətli bir mükafatdır. Böyük dəbilqə turnirlərinin medalı ondan da daha əhəmiyyətli bir mükafatdır çünki dünya reytingində irrələməyə və Olimpiya oyunlarında iştirak etməyə imkan verir. Nəyə əsasən deyirsiz ki, "IJF Grand Slamda medal almaq idmançını ens etmir"? Şəxsi fikirinizdir, yoxsa hansısa qaydaya uyğun olaraq deyirsiz? Interfase (müzakirə) 16:12, 4 aprel 2024 (UTC)Cavabla

X  Bərpa olunsun: Qaydalara əsasən ensiklopedikdir.— Nicat49   müzakirə 16:49, 4 aprel 2024 (UTC)Cavabla

  • X  Bərpa olunsun: Interfase-nin arqumenti ilə razıyam. Grenzsoldat siz hər məqaləyə öz baxış bucağınızdan yanaşırsız. Qaydaları nəzərə almırsız. — Araz Yaquboglu (müzakirə) 08:10, 5 aprel 2024 (UTC)Cavabla
  • X  Bərpa olunmasın: Ensiklopedik deyil. Mənbələrdə şəxsin fəaliyyəti haqqında yalnız məqalədəki "karyerası" bölməsinin özündən də qeyd olunmuş bir neçə fakt mövcuddur. Onlar xaricində şəxsin nə həyatı, nə də idmançı kimi fəaliyyəti haqqında məlumat ümumiyyətlə məlum deyil. VP:EƏ-nin ödənilmədiyi şübhəsizdir, haqqında bir neçə faktın məlum olduğu, başqa heç bir yerdə adı belə çəkilməmiş şəxs ensiklopedik hesab edilə bilməz. — Sura Shukurlu (müzakirə) 19:33, 6 aprel 2024 (UTC)Cavabla
  • X  Bərpa olunmasın: Məqalədə qeyd olunan nüanslar ilə istinadlar uyğun gəlmir. Əgər əsaslı düzəlişlər olunarsa yenidən müzakirə edilə bilər düşünürəm.Redivy (müzakirə) 22:45, 11 aprel 2024 (UTC)Cavabla

Fərhad Cabbarov redaktə

X  Bərpa olunsun: Fərhad Cabbarov tədqiqatçı-alim,tarix elmləri üzrə doktoru,dosentdir. Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavinidir. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.[1]. Düşünürəm ki,bərpa edilməyə layiqdir. — Bu imzasız yazı Shafa Movsumov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

BNS-yə təqdim edildiyi üçün qaralama fəzasında bərpa etdim. Atakhanli (müzakirə) 17:41, 7 aprel 2024 (UTC)Cavabla

İstinadlar

Xuraman Muradova redaktə

Samirə Bağırova redaktə


Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024