Vikipediya:Bilirsinizmi/10. Həftə 2024 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Bilirsinizmi/10. Həftə 2024 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Bilirsinizmi/10. Həftə 2024

Vikipediya məqalələrindən

  • 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" romanına görə Akutaqava mükafatının qalibi olmuş Yaponiya yazıçısı Rie Kudan (şəkildə) romanın 5%-lik hissəsini süni intellektin köməyi ilə yazdığını bildirmişdir.
  • 1967-ci ildə Altıgünlük müharibə zamanı İsrail Fələstin bayrağından istifadəyə qadağa qoyduğu üçün qarpız fələstinlilərin etiraz aksiyalarında və sənət əsərlərində istifadə etdikləri simvola çevrilmişdir.
  • Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunan Seyci Ozava 1973–2002-ci illərdə Boston Simfonik Orkestrının dirijorluğunu etmiş və orkestr tarixində ən uzunmüddətli dirijor olmuşdur.
  • Azərbaycanda yerləşən ilk və yeganə neon muzeyi olan Neon Sənət Muzeyi yaradılarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur.
  • Hindistanın Uttar-Pradeş ştatından olan aktivist Lal Bihari 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır.

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024