Vikipediya:Bilirsinizmi/12. Həftə 2024 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Bilirsinizmi/12. Həftə 2024 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Bilirsinizmi/12. Həftə 2024

Vikipediya məqalələrindən

  • "Yaponiya raketçiliyinin atası" hesab olunan Hideo İtokava (şəkildə) 1955-ci ildə Yaponiyanın bərk yanacaqla işləyən ilk raketini hazırladığı üçün "Doktor Raket" ləqəbini qazanmışdır.
  • 2014-cü ildə əsası qoyulmuş San-Marino məbədi Avropada yerləşən ilk və yeganə rəsmi şintoist məbədi olmaq xüsusiyyətini daşıyır.
  • Cənubi afrikalı Sandra Leynq ağdərili ailədə doğulmasına baxmayaraq, 1966-cı ildə karandaş testini keçə bilmədiyi üçün CAR hökuməti tərəfindən doğum irqi ağdan rəngliyə dəyişdirilmişdir.
  • Finlandiyanın "Hanoi Rocks" qrupunun adı Hanoyda hazırlanan "Hanoy qayası" adlı çəhrayı rəngli heroin növündən götürülmüşdür.
  • Tokio şəhərində yerləşən Nişirokuqo parkındakı heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı kimi tanınır və parkın girişində şinlərdən hazırlanmış Qodzilla heykəli yerləşir.

Saytda 182 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024