Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Vikipediya:Bilirsinizmi bölməsi/may, 2012-ci il
- Dünya əhalisinin yarısı düyü ilə qidalanır.
- Kolibrilər arxaya uça bilən yeganə quşlardır.
- Yerfındığı dinamitin tərkib hissələrindən biridir.
- Boks idman növü kimi 1900-cü ildə qanuniləşdirilmişdir.
- Kişi orqanizmində ən kiçik hüceyrə spermanın hüceyrəsidir.
- Yer səthinin 70%-ni su təşkil etsə də, onun yalnız 1%-i içmək üçün yararlıdır.
- 1980-ci illərin sonlarınadək Butanda (Himalay dağlarında) telefon mövcud olmayıb.
- Tufanın 10 dəqiqəyə hasil etdiyi enerji dünyanın bütün nüvə silahlarının enerjisinə bərabərdir.
- ABŞ Prezidenti Kennedinin qətlində təqsirləndirilən Li Harvi Osvaldın üzərindən tapılmış birka 1992-ci ildə hərracda 6 000 dollara satılıb.
- Ayıların 42 dişi olur.
- Pişiklərin hər qulağında 32 əzələ var.
- Tıxacaçanı 1860-cı ildə Brayn kəşf edib.
- Don Kixotun əsil adı Alonso Kexada olub.
- Bulemiya "ipə-sapa yatamayan" iştahadır.
- İnsan həyatı boyu təxminən min dəfə dərisini dəyişir.
- Emu dəvəquşuları arxaya (geriyə) addım ata bilmirlər.
- Hər gün Böyük Britaniyada 185 milyon fincan çay içilir.
- Kleopatra nar tumlarından dodaq boyası kimi istifadə edirdi.
- Con Kennedinin yırğalanan kreslosu hərracda 442 min dollara satılmışdır.
- Avstriyalı yazıçı Frans Kafka vəsiyyət etmişdi ki, öləndən sonra əsərlərinin hamısını yandırsınlar.