Vikipediya:Gənc Vikipediyaçılar Haqqinda Melumat - Vikipedia

Vikipediya:Gənc Vikipediyaçılar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Gənc Vikipediyaçılar

YoungWikipedist - Layihənin rəsmi Facebook səhifəsi.
Eldaradodoctorcs layihənin rəsmi buklet və kitabçaları ilə tanış olarkən.
Gənc Vikipediyaçılar II seminar zamanı.
Gənc Vikipediyaçılar III seminar zamanı.

Gənc Vikipediyaçılar layihəsi Baskervill (Nihat Vəlizadə) tərəfindən 2014-cü ilin aprel ayı müddətində həyata keçirilmiş bir layihədir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nəriman Nərimanov metrostansiyası yaxınlığında yerləşən Divan oteldə baş tutumuşdur.

Layihənin cədvəli
  • 6 aprel - 11:00-16:00 (Divan otel) - bazar günü
  • 13 aprel - 11:00-16:00 (Divan otel) - bazar günü
  • 20 aprel - 11:00-16:00 (Divan otel) - bazar günü
  • 27 aprel - 11:00-16:00 (Divan otel) - bazar günü
Gənc Vikipediyaçılar.

Təşkil edilən görüşlərdə 25 nəfər gənc fəal iştirak edirdi. Ümumilikdə sosial şəbəkələr üzərindən verilən elanlar nəticəsində 60 nəfər gəncin ilkin formada müraciəti qeydə alındı. Aparılan seçim mərhələsindən sonra isə 25 nəfər gənc seçildi. Aparılan seçim zamanı iştirakçılar üçün Vikipediyanın nə dərəcədə önəmli olması xüsusi əhəmiyyət daşıyırdı. Təlimlərimizdə Vikipediya nədir?, Orada kimilər barədə məqalələr yaratmaq olar və ən əsası orada necə işləmək olar mövzularında dörd qızğın seminar keçirildi. 6 aprel tarixində baş tutan birinci görüş əasən tanışlıq xarakteri daşıyırdı. Bu görüşdə iştirakçıların maraqlı suallarını cavablandırdıq və II təlim üçün ev tapşırığı verəcəyimizi elan etdik. İlk görüşdə eyni zamanda Vİkipediyada mövcud olan ümumi iş prinsipi barədə məlumatlar verildi və ən əsası Vikimediya Fondunun bütün layihələri təqdim edildi. II tədbirdə isə nümunə üçün məqalələr yaradıldı və ən əsası Redaktə bölümündə olan bütün keçidlər və düymələr sadə bir formada izah edildi. Diqqətimizi çəkən əsas məqam iştirak edən şəxslərin əsasən şablon və keçidlər bağlı problemlərlə qarşılaşması idi ki, bunlarıda həll etməyə çalışdıq və nəticədə tədbirin sonunda bu barədə bir problem qalmadı.

20 apreldə baş tutan sayca III görüşümzdə iştirakçı dostlarımız öz məqalələrini bizlər üçün təqdim etdilər və məqalələrdə olan səhvlər operativ formada hər bir kəsin gözü qarşısında düzəldildi. Həmin gün baş tutan tədbirin maraqlı anlarından biri isə Qarındeşən Cek məqaləsinin adlandırılması ilə bağlı oldu. Belə ki, Azərbaycan dilində ingilis dilində olan (ing. Ripper) və ya rus dilində olan (rus. Потрошитель) sözlərinin tam qarşılığı olmadığından məqalənin dilimizdə düzgün adlandırılması yolunda qızğın müzakirələr getdi. İştirakçılar tərəfindən Qəssab, Qarındeşən və Qatil Cek variantları səsləndirildi və səs çoxluğu ilə daha münasib olan Qarındeşən variantı seçildi. IV görüşümüz ilk üç görüşdə iştirakçılara öyrədilən məlumatların təkrarlanması və onların yekun sualları ilə əhatələndi və digərlərinə nisbətən daha maraqlı keçdi.

Ümumi şəkildə Gənc Vikipediyaçılar layihəsi bizə və ən əsası Azərbaycan dilində olan Vikipediyaya nə verdi? sualına aşağıda olan istifadəçi fəaliyyətlərinə baxmaqla cavab tapmaq mümkündür. Bu şəxslər daha əvvəldə Vikipediya adlı elektron ensiklopediya ilə maraqlanırdı sadəcə burada fəaliyyət göstərməyə çətinlik çəkirdi. Bizdə həmin yoldaşların şəkil yükləmə, məqalə yaratma, keçid vermə və ən əsası məqalələri düzgün redaktə edilməsi ilə bağlı dəyərli məsləhətlər verdik və onlar prosesin gedişində ümumi işi mükəmməl bir formada mənimsədilər.

Gənc Vikipediyaçılar layihəsində iştirak edən şəxslərin Vikipediyada olan istifadəçi hesabları:


Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023