Vikipediya:Gənclərin Vikipediya düşərgəsi 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Gənclərin Vikipediya düşərgəsi 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Gənclərin Vikipediya düşərgəsi 2023

Gənclərin Vikipediya düşərgəsi 2023
Başlama tarixi 2 avqust 2023
Bitmə tarixi 6 avqust 2023
Əvvəlki Vikidüşərgə 2022
Sonrakı Gənc vikipediyaçıların qış düşərgəsi 2023
Təşkilatçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclərin Vikipediya düşərgəsi 2023"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən təcrübəli və yeni, gənc vikipediyaçılar üçün Lənkəran şəhərində keçirilməsi təklif edilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Gənc vikipediyaçıların yay düşərgəsi" layihəsi çərçivəsində təşkil edilmiş vikidüşərgə. Vikidüşərgə 2–6 avqust tarixlərində Lənkəran şəhərində keçirilib. Düşərgə iştirakçılarının xərcləri təşkilatçılar tərəfindən qarşılanmışdır.

Məqsədlər redaktə

  • Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi,
  • Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi və onun fəaliyyəti haqqında Vikipediyada məqalələrin yaradılması;
  • Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması;
  • Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi istiqamətində təbliğat işlərinin aparılması;
  • Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmiz, idman və gənclər siyasəti ilə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsi.

Görüləcək işlər redaktə

Vikidüşərgədə 50 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 20-si yeni, 30-u təcrübəli istifadəçilər olacaqdır. Düşərgə müddətində az-vikidə 50 məqalənin yaradılması, Vikianbara 50 fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur. Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, Vikidata və s. barədə təqdimatlar olacaqdır.

Düşərgənin yeri və şəraiti redaktə

Vikidüşərgənin Lənkəran şəhərində yerləşən Lənkəran Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.[1]

Necə iştirak etməli redaktə

Düşərgədə iştirak etmək üçün müraciətlər BU QEYDİYYAT FORMASI ilə qəbul edilir. Son qeydiyyat tarixi: 27 iyul 2023; 23:59:59.

  • Düşərgənin iştirakçıları Təşkilat Komitəsi üzvlərinin qiymətləndirməsi əsasında seçiləcəkdir.

Təşkilat Komitəsi redaktə

Düşərgənin təşkili və iştirakçıların seçilməsi Təşkilat Komitəsinin aşağıdakı üzvləri tərəfindən həyata keçiriləcəkdir:

Düşərgənin qrafiki redaktə

1-ci gün (2 avqust, çərşənbə) redaktə

Saat Hadisə Yer Qeyd
08:00–08:30 Avtobusa minik "Gənclik" metrostansiyasının yaxınlığı
(Badamlı binasının önü)
Vaxtında gəlmək xahiş olunur
08:30–11:30 Lənkəran Olimpiya İdman Kompleksinə səfər Bakı–Lənkəran yolu
11:30–13:00 Hoteldə yerləşmə Lənkəran OİK İştirakçılar otaqda 3–4–5 nəfər olmaqla yerləşdiriləcək
13:00–15:00 Nahar fasiləsi OİK-in restoranı
15:00–15:30 Promo məhsulların verilməsi Resepşn Düşərgə iştirakçılarının vahid uniformasının paylanması
Qeyd: Köynəkləri geyinmək mütləqdir
16:00–18:00 Açılış tədbiri Böyük konfrans zalı Hamının iştirakı mütləqdir
Qruplar üzrə bölgü Peşəkar və yeni istifadəçilərin bir-birlərini tanıması, asudə vaxtdakı oyunlarda birlikdə oynamaq üçün
Qrup fotosu OİK-in önü
19:00–20:00 Şam yeməyi OİK-in restoranı
20:00-dan sonra Asudə vaxt

2-ci gün (3 avqust, cümə axşamı) redaktə

Saat Hadisə Yer Qeyd
08:00–09:00 Səhər idmanı Lənkəran OİK Hamının iştirakı mütləqdir.
09:00–09:45 Səhər yeməyi OİK-in restoranı
10:00–12:45 10:00–11:30
Yeni istifadəçilər üçün Vikipediya təlimi
(Profil açma, məqalə yaratma)
Zal (1) (20 nəfər) Təlimçilər: A.Aida88, Gunay M.E.
12:00–12:45
Vikipediyada informasiyanın ötürülməsi: Neytrallıq və etibarlılıq
Təlimçi: Solavirum
10:00–12:45
Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması
Zal (2) (30 nəfər) İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir. Yaradılan məqalələri daxil etmək üçün Etherpad linki.
13:00–14:45 Nahar fasiləsi OİK-in restoranı
15:00–16:00 MetaViki təlimi Böyük konfrans zalı Təlimçi: Turkmen
16:00–18:00 Editaton: "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etmə və yaratma Böyük konfrans zalı Peşəkar vikipediyaçıların yeni istifadəçilərə dəstəyi vacibdir.
19:00–20:00 Şam yeməyi OİK-in restoranı
20:00 İntellektual oyun Dəqiqləşdiriləcək Qalib komandanın üzvlərinə Gənclər və İdman Nazirliyinin mükafatları təqdim ediləcək

3-cü gün (4 avqust, cümə) redaktə

Saat Hadisə Yer Qeyd
08:00–09:00 Səhər idmanı Lənkəran OİK: açıq hava Hamının iştirakı mütləqdir
09:00–09:45 Səhər yeməyi OİK-in restoranı
10:00–11:15 Azərbaycanda vikipediya Böyük konfrans zalı Təlimçi: Wertuose
11:15–11:30 Fasilə
11:30–13:00 Yeni istifadəçilər üçün Vikianbar (Wikimedia Commons) təlimi Zal (1) (20 nəfər) Təlimçi: Wertuose
10:00–13:00 Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması Zal (2) (30 nəfər) İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir
13:00–14:45 Nahar fasiləsi OİK-in restoranı
15:00–15:30 Maarifləndirici seminar: Vikipediya konfransları haqda ümumi məlumat Böyük konfrans zalı Məruzəçi: A.Aida88
15:30–16:00 Maarifləndirici seminar: Ensiklopedik əhəmiyyətlilik / Elmmetrik bazalar və təftiş Böyük konfrans zalı Məruzəçi: Atakhanli
16:00–18:00 Editaton: "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etmə və yaratma. Zal (1)
Zal (2)
Peşəkar vikipediyaçıların yeni istifadəçilərə dəstəyi vacibdir.
19:00–20:00 Şam yeməyi OİK-in restoranı
20:00 Asudə vaxt

4-cü gün (5 avqust, şənbə) redaktə

Saat Hadisə Yer Qeyd
08:00–09:00 Səhər idmanı Lənkəran OİK Hamının iştirakı mütləqdir
09:00–09:45 Səhər yeməyi OİK-in restoranı
10:00–11:00 Vikiverilənlər (Wikidata) təlimi Böyük konfrans zalı Təlimçi: Toghrul R
11:00–12:00 Vikipediya rəqəmlərdə Böyük konfrans zalı Təlimçi: Eminn
12:00–12:45 Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması Böyük konfrans zalı İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir
13:00–14:45 Nahar fasiləsi OİKin restoranı
15:00–19:00 Lənkəranın tarixi-mədəniyyət abidələrinə fotogəzinti Lənkəran şəhəri
19:00–20:00 Şam yeməyi OİK-in restoranı
20:00 Bağlanış tədbiri (rəsmi hissə) Böyük konfrans zalı Sertifikatların və mükafatların təqdimatı
Bağlanış tədbiri (rəsmi hissə) Əyləncəli vaxt

5-ci gün (6 avqust, bazar) redaktə

Saat Hadisə Yer Qeyd
08:00–09:00 Səhər idmanı Lənkəran Olimpiya İdman Kompleksi Hamının iştirakı mütləqdir.
Təlimçi: Əlirza Bünyadzadə
09:00–09:45 Səhər yeməyi Lənkəran Olimpiya İdman Kompleksinin restoranı
10:00–13:00 Lənkəran Olimpiya İdman Kompleksindən Bakıya qayıdış Lənkəran–Bakı yolu

Qalereya redaktə

Əvvəlki düşərgələr redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Lənkəran Olimpiya İdman Kompleksi". mys.gov.az. İstifadə tarixi: 20 iyul 2023.

Xarici keçidlər redaktə


Saytda 196 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024