Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2021

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 29 mart 2024, Cümə (İlin 13-cü həftəsi); saat 09:45 (UTC)


Keşi təmizlə

14. Həftə
Adolf Eyxman — alman zabiti, Gestapo məmuru, yəhudilərin kütləvi məhv edilməsinə birbaşa cavabdeh şəxs.

II Dünya müharibəsi zamanı SS oberqruppenfüreri Reynhard Heydrix tərəfindən ona nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS oberşturmbannfüreri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. 1960-cı ildə "Mossad"ın agentləri onu Argentinadan qaçıraraq İsrailə aparmış, orada məhkəmə qərarı ilə edam edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


15. Həftə
Katın qırğını1940-cı ilin aprelmay ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qırğınların Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkara çıxarılan ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün məkan qırğına öz adını vermişdir.

Qırğın SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


16. Həftə
Macar inqilabı (1956)Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilab. Bu, inqilab başlayan zaman hər hansı liderə sahib olmayan Sovet hakimiyyəti üçün, Avropada cərəyan edən II Dünya Müharibəsinin sonlarında Qızıl ordunun Nasist Almaniyasının qüvvələrini SSRİ ərazilərindən təmizləməsi uğrunda mübarizəsindən sonrakı ən böyük və ən əsas təhlükə kimi səciyyələndirilir.

Üsyan ilk öncə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı. Çöldəki etirazçılar tələbə yoldaşlarının azad olunmasını tələb etdikdə onlara binanın içərisindən ÁVH kimi tanınan (mac. Államvédelmi Hatóság və ya ÁVH, azərb. Dövlət Mühafizə Təşkilatı‎) Dövlət Təhlükəsizlik Polisləri tərəfindən atəş açıldı. Nəticədə bir tələbə həyatını itirdi və bayrağa sarılaraq izdihamın çiyinləri üzərində tutuldu. Bu, inqilabın növbəti mərhələsinin başlanğıcı mənasına gəlirdi. Xəbərlər yayıldıqca paytaxtda iğtişaşlar və şiddət daha da artaraq pik həddə çatırdı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


17. Həftə
AğqoyunlularOğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar. Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir.

Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023