Vikipediya:Həftənin seçilmiş məqaləsi/10. Həftə 2014 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/10. Həftə 2014 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/10. Həftə 2014

Luiş Fiqu — keçmiş Portuqaliya futbolçusu, "İnter" Milan klubunun idman direktoru. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.

Fiqu Portuqaliya futbol tarixinin ən məşhur simalarındandır. Futbolçu karyerasına Portuqaliyanın "Sportinq" Lissabon klubunun aşağı yaş qruplarında başlayıb. 1989-1995-ci illərdə "Sportinq" Lissabon klubunun əsas heyətində çıxış edib. 1995-2000-ci illərdə İspaniyanın "Barselona", 2000-2005-ci illərdə isə "Real" Madrid klublarının formasını geyinib. 2005-2009-cu illərdə İtaliyanın "İnter" Milan klubunda çıxış edib. 1988-1994-cü illərdə Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının heyətində, 1991-2006-cı illərdə Portuqaliya milli futbol komandasının heyətində çıxış edib. 2000-ci ildə Avropanın ən yaxşı futbolçusu adına, 2001-ci ildə Dünyanın ən yaxşı oyunçusu adına layiq görülüb. 1995-2000-ci illərdə ardıcıl 6 dəfə Portuqaliyada ilin futbolçusu seçilib.

(Davamı...)


Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024