Vikipediya:Həftənin seçilmiş məqaləsi/16. Həftə 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/16. Həftə 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/16. Həftə 2021

Macar inqilabı (1956)Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilab. Bu, inqilab başlayan zaman hər hansı liderə sahib olmayan Sovet hakimiyyəti üçün, Avropada cərəyan edən II Dünya Müharibəsinin sonlarında Qızıl ordunun Nasist Almaniyasının qüvvələrini SSRİ ərazilərindən təmizləməsi uğrunda mübarizəsindən sonrakı ən böyük və ən əsas təhlükə kimi səciyyələndirilir.

Üsyan ilk öncə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı. Çöldəki etirazçılar tələbə yoldaşlarının azad olunmasını tələb etdikdə onlara binanın içərisindən ÁVH kimi tanınan (mac. Államvédelmi Hatóság və ya ÁVH, azərb. Dövlət Mühafizə Təşkilatı‎) Dövlət Təhlükəsizlik Polisləri tərəfindən atəş açıldı. Nəticədə bir tələbə həyatını itirdi və bayrağa sarılaraq izdihamın çiyinləri üzərində tutuldu. Bu, inqilabın növbəti mərhələsinin başlanğıcı mənasına gəlirdi. Xəbərlər yayıldıqca paytaxtda iğtişaşlar və şiddət daha da artaraq pik həddə çatırdı.

(Davamı...)


Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024