Vikipediya:Həftənin seçilmiş məqaləsi/18. Həftə 2020 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/18. Həftə 2020 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/18. Həftə 2020

Nadirin yürüşləriXVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi.

Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı.

(Davamı...)


Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024