Vikipediya:Həftənin seçilmiş məqaləsi/30. Həftə 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/30. Həftə 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/30. Həftə 2019

Əhməd bəy Ağaoğluictimai xadim, siyasətçi, jurnalist, pedaqoqyazıçı. Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi” qəzetində məqalələr yazıb. O, həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktorluq edib.

1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur.

Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir. Sonradan gənc türklərin "İttihad və tərəqqi" partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla İstanbul Universitetində Türk-Monqol tarixindən və rus dilindən dərs deyir.

(Davamı...)


Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024