Vikipediya:Həftənin seçilmiş məqaləsi/33. Həftə 2016 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/33. Həftə 2016 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/33. Həftə 2016

Angel Beats! — Seyci Kişinin rejissorluğu ilə P.A. WorksAniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar və hər ikisi "Kanon", "Air""Clannad" vizual romanlarının istehsalında iştirak etmişdilər. Anime serialı Yaponiyada 2010-cu ilin 3 aprelindən 26 iyununa kimi yayımlanmışdır. Birinci OVA seriyası 2010-cu ilin dekabrında, ikinci OVA seriyası 2015-ci ilin iyununda buraxılmışdır. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində olan personaj öldükdən sonra yaddaşını itirən Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyasındakı bir məktəbə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri onu Axirət Dünyası Cəbhəsi adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılıq etdiyi bu təşkilatın əsas məqsədi məktəb şurasının prezidenti və fövqəltəbii güclərə malik Mələyə qarşı döyüşməkdir.

Key şirkəti ASCII Media Works nəşriyyatının "Dengeki G's Magazine" jurnalı ilə əməkdaşlıq edərək layihəni mediafranşizə çevirmişdir. "Dengeki G's Magazine""Dengeki G's Comic" jurnallarında 3 manqa adaptasiyası nəşr olunmuşdur: ikisi Haruka Komovatanın, biri Yuriko Asaminin rəssamlığı ilə.

(Davamı...)


Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024