Vikipediya:Həftənin seçilmiş məqaləsi/40. Həftə 2015 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/40. Həftə 2015 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/40. Həftə 2015

Bozun əlli çaları2015-ci ildə Kelli Marselin Böyük Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyniadlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik drama janrında çəkilmiş Böyük Britaniya-ABŞ birgə filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar.

İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı "Universal Pictures" təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə 569 milyon ABŞ dolları gəlir gətirmişdir. Film 2015-ci ilin dördüncü ən çox gəlir gətirən filmidir.

2013-cü ilin əvvəllərindən etibarən müxtəlif Hollivud studiyaları "The New York Times" bestselleri sayılan 50 çalar trilogiyasına daxil olan romanların ekranlaşdırılması hüququnu əldə etməyə çalışırdılar. "Warner Bros.", "Sony", "Paramount", "Universal" və Mark Uolberqin istehsal şirkətləri film hüquqlarının əldə edilməsi üçün mübarizə aparırdı. Nəhayət, 2013-cü ilin martında "Universal Pictures" və "Focus Features" trilogiyanın adaptasiya hüququnu əldə edir. Kitabların müəllifi olan Ceyms ekranlaşdırma zamanı bəzi nəzarət hüquqlarını əlində saxlamağa çalışırdı. Ceyms "Sosial şəbəkə" filminin prodüserləri olmuş Maykl De Luka və Dana Brunettini film üçün prodüser seçir. "Amerikan psixopatı" romanının müəllifi Bret İston Ellis açıq şəkildə film üçün ssenari yazmaq istəyini ifadə etmişdi, lakin "Cənab Benksin xilas edilməsi" filminin ssenaristi Kelli Marselin film üçün ssenari yazması qərarlaşdırılır. Ssenarinin təkmilləşdirilməsi və bəzi obrazların yenidən işlənməsi üçün Teylor-Vud Patrik Merberi, Universal studiyası ssenarinin təkmilləşdirilməsi üçün Mark Bombakı işə cəlb etmişdi. Mark Brics isə kostyum dizayneri vəzifəsinə təyin olunmuşdu. (Davamı...)


Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024