Vikipediya:Həftənin seçilmiş məqaləsi/43. Həftə 2014 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/43. Həftə 2014 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/43. Həftə 2014

Müqəddəs Vit kafedralı — Praqa qalasında yerləşən qotik üslublu kilsədir və Praqa arxiyepiskopluğunun mərkəzi sayılır. Kafedral həm texniki xüsusiyyətləri, həm də və bədii səviyyəsinə görə Avropa ərazisində qotika üslubunda inşa olunmuş binaların mirvarisi, həmçinin Çex xalqının sənət və ümummilli yadigarı hesab olunur.

Müqəddəs Vit kafedralı əhəmiyyətli dərəcədə Mərkəzi Avropa memarlığına xas olan gecikmiş qotika üslubunun inkişafına güclü təsir göstərmişdir. Memar Peter Parlerin tərtib etdiyi layihələr bir nümunə olaraq daha sonralar Sloveniya, şimali Xorvatiya, Avstriya, Çexiya, Polşa və cənubi Almaniyanın yerli qotika binalarında istifadə olunurdu.

Kafedralın dəhlizlərində Çexiya kralları və arxiyepiskopları dəfn olunmuşdular, həmin bu yerdə həmçinin Orta əsr Çexiyasının tacqoyma reqaliyaları qorunub saxlanılır.

Kafedral Praqa qalasında yerləşir və onun ayrılmaz tərkib hissəsi sayılır. Uzun illər ərzində, kilsənin zəng qülləsi Praqanın ən hündür nöqtəsi hesab olunurdu.

(Davamı...)


Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024