Vikipediya:Həftənin seçilmiş məqaləsi/48. Həftə 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/48. Həftə 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/48. Həftə 2017

Lvov orta əsrlərdə — tarixi Qərbi Rus bölgəsinin önəmli iqtisadi, mədəni və siyasi mərkəzlərindən biri idi. Onun tarixi XIII əsrdə şəhər istehkamlarının əsasının qoyulması və XVI əsrin ikinci yarısına kimi, davam edən geniş dövrləri əhatə edir (məhz həmin dövrlərdə Reç Pospolita dövlətinin yaranması və Yagellonlar sülaləsinin hakimiyyət dövrünün tamamlanması baş vermişdir).

Yazılı salnamələrdə Lvov şəhərinin ilk xatırlamaları XIII əsrin ortalarına (daha doğrusu 1256-cı ilə) aid edilir. XIII əsrin ikinci yarısından etibarən, Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərinə, 1341-ci ildən sonrakı dövrlərdə isə, Polşanın tərkibində olan "rus krallığının" mərkəzinə çevrilir.

1370-ci ildə Lvov Macarıstan krallığı tərəfindən işğal edilir, 1387-ci ildə isə yenidən Polşa krallığının tərkibinə daxil olur. 1433-cü ildən sonra şəhər Polşa krallığınının ərazisində formalaşdırılmış Rus voyevodalığı adlı inzibati vahidin mərkəzinə çevrilir. Orta əsr Lvov şəhərinin əhalisi çoxmillətli olması və müxtəlif konfessiyalara bölünməsi ilə fərqlənirdi ki, bu da tez-tez müxtəlif icmaların arasında açıq münaqişələrin və qarşı tərəfli nifrətlərin yaranmasına səbəb olurdu.

(Davamı...)


Saytda 144 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024