Vikipediya:Həftənin seçilmiş məqaləsi/48. Həftə 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/48. Həftə 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/48. Həftə 2021

Zlatan İbrahimoviç — İsveç futbolçusu. İsveç milli futbol komandasının və Fransanın "Pari Sen Jermen" klubunun heyətində çıxış edir. Hücumçu mövqeyində çıxış edir.

İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999–2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001–2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ilə "İnter"dən ayrılaraq İspaniyanın nəgəng klublarından olan "Barselona"ya keçib. 2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib.

(Davamı...)


Saytda 189 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024