Vikipediya:Həftənin seçilmiş məqaləsi/52. Həftə 2012 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/52. Həftə 2012 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/52. Həftə 2012

Atropatena — tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.

Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Midiya dövlətinin süqutundan sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəlir.

Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır. Bu sözü antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar.

(Davamı...)


Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024