Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2012 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2012 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2012

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 29 mart 2024, Cümə (İlin 13-cü həftəsi); saat 14:51 (UTC)


Keşi təmizlə

14. Həftə
Azərbaycan Ərəb Xilafətinin tərkibindəVIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur.

637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yəzdigərd Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


15. Həftə
Möminə Xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!..." Memarlıq tarixi tədqiqatçısı Ə. Ə. Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır. Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir". Tədqiqatçı Cəfər Qiyasi bu fikrə onu da əlavə edir ki, yerli əhali arasında abidənin "Atabəy Günbəzi" adlandırılması türbənin Atabəylərin soy türbəsi olduğuna nişanədir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


16. Həftə
Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften‎) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri.

Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir.

Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir. Riyaziyyat, statistikainformasiya texnologiyaları təbiət elmləri hesab olunmasalar da, bu sahədə aparılan əksər tədqiqatlar üçün mühüm elmi əhəmiyyətə malikdirlər.

Elm nəzəriyyəsində təbiət elmləri dedikdə biologiya, astronomiya, fizika, kimyacoğrafiya nəzərdə tutulur. Вu elmlərdə elmi nəticələr bir qayda olaraq obyektivlik və dəqiqlik üzərində qurularaq baza kimi təcrübə və müşahidə nəticələri götürülür. Təbiət elmləri donmuş olmayıb onlarda daima dəqiqləşdirmə prosesi gedir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


17. Həftə
Adolf Vilyam Buqro (fr. Adolphe-William Bouguereau) — akademik, realist. Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyatmifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir. Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir.

Bouguereau – Buqro soyadı inkişaf etmiş orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər soyadının "bogue" – şabalıd qabığı sözünə oxşadığını qeyd edirlər. Bəzi tədqiqatlar isə adın "şabalıd" sözü ilə bağlı olduğunu qeyd edirlər, amma bu təxmini fərziyə hesab edilir. Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530 – cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqıda cüzi məlumatlar vardır. Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəsilə mənsubdur. Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolikprotestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi. Meys Buqronun da nəsil kökləri bir qədər kalvinizmə bağlı idi. Fransa burjua inqilabı zamanı bu nəslin nümayəndələrinin bir çoxu şəhəri tərk etmişdi. Şəhərdə buqrolardan adı çəkilən son şəxslərdən biri də La Roşelin polis rəhbəri olmuş Jan Eli Buqrodur. Jan Eli səkkiz uşaq atası olmuş ingilis dili professoru Samuel Eli Buqronun atasıdır. Samuel Elinin oğlu Teodor isə rəssam Vilyam Buqronun atasıdır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


18. Həftə
Beşinci simfoniya (Bethoven)Lüdviq van Bethoven tərəfindən 1804-1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808–ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır.

Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır: (dinlə)

Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə - diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023