Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2019

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 28 mart 2024, Cümə axşamı (İlin 13-cü həftəsi); saat 18:51 (UTC)


Keşi təmizlə

14. Həftə
Şəmsəddin Eldəniz — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi.

Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətininEldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir.

Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


15. Həftə
Azərbaycanda Stalin repressiyaları1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən Stalin repressiyalarına verilən ad. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlilərlə bərabər bütün Azərbaycan əhalisinə toxunmuşdur.

Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqda şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi.

Repressiyalar öz pik həddinə yuxarı idarəetmə orqanlarının təlimatlarına uyğun olaraq XDİK tərəfindən həyata keçirilən 1937-1938-ci illərdə baş tutmuş Böyük terror və ya Yejovşina dövründə çatdı. Bu dövr Azərbaycanı 20 il idarə etmiş Mir Cəfər Bağırovun rəhbərliyi illərinə təsadüf edirdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


16. Həftə
İvan MazepaZaporojye ordusunun getmanı (1687–1709), hərbi və siyasi xadim, diplomat. Ukraynanın milli qəhrəmanı.

Sol sahil ilə Sağ sahili hakimiyyəti altında birləşdirmiş, Zaparojya Seçinin siyasi müstəqilliyini məhdudlaşdırmışdır. Uzun müddət rus çarı I Pyotrun ən yaxın tərəfdarlarından biri olmuş və sol sahil Ukraynasının iqtisadi yüksəlişi üçün çoxlu işlər görmüşdür. 1708-ci ildə Şimal müharibəsi zamanı Rusiya imperiyasının düşməni hesab edilən İsveç kralı XII Karlın tərəfinə keçmişdir.

Mazepanın yürütdüyü siyasətin əsas məqsədləri: 1) onun başçılığı altında Malorus torpaqları – Getmanşina, Sağ sahili, Zaporojya, Sloboda Ukraynası və Xan Ukraynasını vahid Ukrayna dövləti adı altında birləşdirmək, dövlətçilik əsaslarının Avropa nümunəsində kazak idarəetmə sistemini yaratmaq, getman hakimiyyətini qoruyub saxlamaqdan ibarət idi.

Mazepanın daxili siyasəti isə kazak başçılığının təsirinin gücləndirilməsinə, onun iqtisadi əsaları və sosial durumunun möhkəmlənməsi, Getmanşinanın idarəedici təbəqəsinə çevirməyə yönəlmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


17. Həftə
UranGünəşə yaxınlığına görə yeddinci planet. Günəş sistemində radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planetdir. Uranın tərkibi Neptunun tərkibi ilə eynidir, hər ikisində də eyni kimyəvi elementlər mövcuddur, bu tərkib hissələri onları böyük qaz nəhəngləri olan YupiterSaturndan fərqləndirir. Bu səbəblə, elm adamları Uran və Neptunu qaz nəhənglərindən ayırmaq üçün "buz nəhəngləri" kimi təsnif edirlər. Uranın atmosferinin əsasən hidrogenhelium tərkibi ilə SaturnYupiterin atmosferinə oxşarlığına baxmayaraq, ammonyak, metan və başqa hidrokarbonlarla birlikdə tərkibində daha çox buz mövcuddur. Uran minumum 49 K (−224 °C; −371 °F) temperatur ilə Günəş sistemində ən soyuq atmosferə sahibdir. Uran kompleks təbəqəli bulud strukturuna sahibdir. Ən aşağı təbəqədəki buludlarda su, ən üst təbəqədəki buludlarda isə metan olduğu düşünülür. Uranın daxili əsasən buz və qayalıq maddədən təşkil olunmuşdur.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023