Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/aprel 2023

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 18 aprel 2024, Cümə axşamı (İlin 16-cı həftəsi); saat 22:37 (UTC)


Keşi təmizlə

14. Həftə
İbn Xəldun — çağdaş tarixin, sosiologiyanıniqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, TunisdəMərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra QranadaMisirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür.

Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır. XIX əsrdə İbn Xəldun Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilmişdir. İngilis tarixçisi Arnold Cozef Toynbi onun haqda belə bir fikir söyləmişdir: "Hər hansı bir zamanda, hər hansı bir ölkədə, hər hansı bir beyin tərəfindən yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibi".

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


15. Həftə
Adolf Eyxman — alman zabiti, Gestapo məmuru, yəhudilərin kütləvi məhv edilməsinə birbaşa cavabdeh şəxs.

II Dünya müharibəsi zamanı SS oberqruppenfüreri Reynhard Heydrix tərəfindən ona nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS oberşturmbannfüreri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. 1960-cı ildə "Mossad"ın agentləri onu Argentinadan qaçıraraq İsrailə aparmış, orada məhkəmə qərarı ilə edam edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


16. Həftə
Azərbaycan 2016 Yay Paralimpiya Oyunlarında — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 7-18 sentyabr tarixlərində baş tutan XV Yay Paralimpiya Oyunlarında 22 idmançı ilə 6 idman növü üzrə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası XV Yay Paralimpiya Oyunlarını 11 medalla (1 qızıl, 8 gümüş və 2 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramil Qasımov (qızıl), Bayram Mustafayev (gümüş) və Rövşən Səfərov (bürünc), yüngül atletlər Yelena Çebanu (2 gümüş və 1 bürünc), Kamil Əliyev (gümüş) və İradə Əliyeva (gümüş), həmçinin üzgüçülər Roman Saleh (2 gümüş) və Dmitri Saleh (gümüş) qardaşları medala sahib oldu.

XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş və 2 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 48-ci pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


17. Həftə
Macar inqilabı (1956)Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilab. Bu, inqilab başlayan zaman hər hansı liderə sahib olmayan Sovet hakimiyyəti üçün, Avropada cərəyan edən II Dünya Müharibəsinin sonlarında Qızıl ordunun Nasist Almaniyasının qüvvələrini SSRİ ərazilərindən təmizləməsi uğrunda mübarizəsindən sonrakı ən böyük və ən əsas təhlükə kimi səciyyələndirilir.

Üsyan ilk öncə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 226 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024