Vikipediya:Həftənin seçilmiş məqaləsi/avqust 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/avqust 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/avqust 2017

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 12 aprel 2024, Cümə (İlin 15-ci həftəsi); saat 20:23 (UTC)


Keşi təmizlə

31. Həftə
Şirvanşahlar dövləti — Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş dövlət. Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda ŞəkiQarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.

Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur.

Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar - Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə - Məzyədilər, KəsranilərDərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə meyl göstərmişdilər. Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımış və türk mədəniyyətinin təsiri altında olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


32. Həftə
İbn Xəldun — çağdaş tarixin, sosiologiyanıniqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, TunisdəMərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra QranadaMisirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür.

Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


33. Həftə
"Dünyəvi zövqlər bağı" — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş edilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir. Sağ lövhədə incə cəhənnəm əzabı və əziyyət çəkən fiqurlar göstərilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


34. Həftə
Billie JeanMaykl Ceksonun dance-pop/R&B janrlarında olan mahnısı. Müğənninin altıncı solo albomu olan Thriller-ə daxil olan mahnının mətninin və musiqisinin müəllifi o özü, prodüseri isə Kuinsi Consdur.

İlk öncə Consun bəyənmədiyi mahnı haqqında o, və Cekson fərqli düşüncələrə malik idilər. Mahnı daha çox original bass xətti və Ceksonun vokal ifası ilə yadda qalmışdır. Mahnı səs mühəndisi Brüs Svidien tərəfindən ikinci yeni versiyasının hazırlanmasından sonra 91 dəfə yenidən işlənmişdir.

"The Girl Is Mine" sinqlının və "Thriller" albomunun qazandığı böyük uğurdan sonra, "Billie Jean" sinqlı 2 yanvar 1983-cü ildə, albomnan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Həm ABŞ-da, həm də dünyada çox böyük uğur qazanan mahnı, 1983-cü ilin ən çox satılan sinqllarından biri olmaqla, eyni zamanda həm ABŞ-da, həm də BK-da hit paradlara daxil olmuşdur. Digər ölkələrdə də böyük uğur qazanan mahnı, İspaniyaİsveçrədə birinciliyə qədər yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveçİsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi irəliləyə bilmişdir. Mahnıya, 1989-cu ildə Recording Industry Association of America (RIAA) tərəfindən platinium sertifikat verilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


35. Həftə
Midiyae.ə. 728-ci ildən - e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.

Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 223 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024