Vikipediya:Həftənin seçilmiş məqaləsi/avqust 2020 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/avqust 2020 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/avqust 2020

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 23 aprel 2024, Çərşənbə axşamı (İlin 17-ci həftəsi); saat 09:44 (UTC)


Keşi təmizlə

31. Həftə
Yozef Pilsudski — 1918-1922-ci illərdə Polşanın dövlət başçısı və 1920-ci ildən Polşanın Birinci Marşalı olmuş hərbi-siyasi xadim. Hərbi İşlər Naziri olaraq İkinci Polşa Respublikasının de-fakto lideri (1926-1935) hesab olunurdu. Birinci Dünya müharibəsindən sonra Polşa siyasətində güclü təsirə sahib idi və beynəlxalq miqyasda da görkəmli şəxsiyyət hesab olunurdu. 1718-ci ildə Avstriya-Macarıstan, PrussiyaRusiya tərəfindən Reç Pospolitanın sonuncu dəfə bölünməsindən 123 il sonra, 1918-ci ildə qurulan İkinci Polşa Respublikasının atası olaraq qəbul olunur.

Özünü Reç Pospolitanın mədəni irs və ənənələrinin davamçısı olaraq görən Pilsudski çoxetnoslu Polşanı yerli etnik və dini azlıqların da daxil olduğu "xalqların bir vətəni" olduğuna inanırdı. O, eyni zamanda, Polşanın müstəqil UkraynaLitva dövlətləri ilə sıx birlik əlaqələri qurmalı olduğu düşüncəsini dəstəkləyirdi. Onun əsas siyasi rəqibi olan Milli Demokrat Partiyasının lideri Roman Dmovski bu yanaşmanın əksinə olaraq, Polşa krallığı ilə məhdudlaşdırılmış polyak millətiRoma-Katolik kimliyinə əsaslanan bir Polşaya çağırış edirdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


32. Həftə
Qars vilayətiCənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi)  187814 sentyabr (1 sentyabr Yuli təqvimi)  1917-ci illərdə Rusiya İmperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917–ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918–ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən ƏrdəhanQars illərinə, qismən isə Ərzurum ilinəErmənistan Respublikasının Şirak mərzinə daxildir. Erməni müəllif Bədəlyan 1953–cü ildə nəşr edilmiş "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı məqaləsində qeyd edir ki, "1886–cı ilin ailələr üzrə siyahılarından götürülmüş, Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatların yekunu"na əsasən yaşayanların sayına görə Qars vilayətinin Qars dairəsinin 14.70%–i (Ağbaba şöbəsi tamamən; Şuragel şöbəsindən Qaraməmməd və Molla Musa kənd cəmiyyətləri, həmçinin Baş Şuragel kənd cəmiyyətindən Aralıq kəndi) Ermənistan SSR–in hazırki (1953–cü il) sərhədlərinə daxil olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


33. Həftə
Türkofobiyatürkdilli xalqlara, onların mədəniyyətinətarixi irsinə qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəz hisslərini və ifadələrini təsvir etmək üçün istifadə edilən termin, etnofobiyanın istiqaməti. Bunun əksi türkpərəstlikdir.

Türkofobiya həmişə türkdilli xalqlara yox, Balkan yarımadasında yaşayan müsəlmanlara, xüsusən də boşnaklar, albanlar, pomaklartobeşlərə, eləcə də türk diasporuna istiqamətləndirilir. Həmçinin, indiki dövrdə türkdilli xalqların nümayəndələri Yunanıstan, Almaniya, Belçika, Bolqarıstan, Çin, Polşa, Ermənistan, ABŞ, İsveç, Danimarka, Fransa, Avstriya, İranRusiya kimi ölkələrdə irqçi hücumlara məruz qalırlar.

Türkofobiya islamofobiya ilə yaxından əlaqəlidir. Əslində, müasir türkofobiyanın özü islamofobiyaya əsaslanır. İslamofobların türkləri hədəfləməsinin başqa bir səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın islamçı siyasətidir. Türkofobların əhəmiyyətli hissəsi xristiandırxristian milliyətçiliyi fəlsəfəsini təqib edir. Türkofoblar Türkiyəni Avropa ölkəsi hesab etmir, İstanbul şəhərinin (tarixən Konstantinopol; yun. Κωνσταντινούπολις, translit. Konstantinoupolis. lat. Cōnstantīnopolis) "gerçək sahibləri olan xristianlara geri qaytarılmasını arzulayırlar.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


34. Həftə
Yuna KimCənubi Koreyalı fiqurçu. Yuna Kim, 2010-cu ildə Kanadanın ev sahibliyində baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. O, həm də 2009-cu ildə Los-Ancelesdə və 2013-cü ildə Londonda baş tutan Dünya Çempionatlarının, üç dəfə (2006—2007, 2007—2008 və 2009—2010) ISU Qran-Pri Finalının, 2006-cı ildə gənclər arasında Dünya Çempionatının, 2005-ci ildə gənclər arasında ISU Qran-Pri Finalının və altı dəfə (2003, 2004, 2005, 2006, 2013, 2014) Cənubi Koreya Çempionatının qalibi olub.

Karyerası ərzində 36 yarışa qatılan Yuna Kim, onların 26-da qızıl medal, 7-də gümüş medal, 3-də isə bürünc medal qazanıb. Yuna Kim, Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran birinci idmançıdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


35. Həftə
Qarabağ xanlığı1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, TatevSisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, CavadŞamaxı xanlıqları ilə həmsərhəd idi.

Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024