Vikipediya:Həftənin seçilmiş məqaləsi/dekabr 2011 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/dekabr 2011 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/dekabr 2011

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 28 mart 2024, Cümə axşamı (İlin 13-cü həftəsi); saat 23:54 (UTC)


Keşi təmizlə

48. Həftə
Otto fon Bismark — (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815 - 30 iyul 1898) — PrussiyaAlmaniyanın XIX əsr görkəmli dövlət xadimi və yaşadığı dövrün dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862-1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (Ministerpräsident), sonra isə kansleri kimi Almaniyanın birləşməsi məsələsi ilə məşğul olurdu. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olur və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görür. Bismark-Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişlər.

Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771-1845) və Vilhelmina Luiza Menkenin (1790-1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir.

Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksək vəzifəli məmurun qızı idi.

Valideynlərinin fərqli sosial təbəqələrdən çıxmaları Ottonun həyatına böyük təsir göstərmişdir. O fiziki cəhətdən atasına çəkmiş, onun kimi zabit olmuş, atasının mənşəyinə görə qürur duymuşdur. Anasından isə yalnız iti düşüncəni yox, həm də rasionallığı və danışıq həssaslığını götürmüşdür. Onun kiçik zadəganlara xas olmayan yüksək təhsil ala bilməsi anasının sayəsində baş vermişdir. Otto təbəqəsinə xas olmayan yüksək intellektə və düşüncə tərzinə malik olmuşdur. O, ingiliscə yazır və oxuyur, polyakca danışır, fransızca və rusca sərbəst bilirdi. Otto həyat yoldaşına məktublarında Uilyam ŞekspirdənCorc Bayrondan sitatlar gətirirdi. Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


49. Həftə
Qladiator — (lat. gladiator latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir. Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşcüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi.

Qladiator yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Tamaşanı tamaşaçılar yüksək və ya aşağı qiymətləndirirdilər.

Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə. III əsrdə Pun müharibələri dövründə bir yas ayini kimi keçirildiyi məlumdur, daha sonra Roma dünyasında siyasi və ictimai həyatın bir növünə çevrilmişdir. Oyunun kütlə tərəfindən sevilməsi oyunlara daha çox pullar xərclənməsinə gətirib çıxarırdı.

Eramizdan əvvəl I əsrdə tarixçi Dəməşqli Nikolas oyunun mənşəyinin etrusklardan gəldiyinə inanırdı. Bir nəsil sonra Roma tarixçisi Livi ilk qladiator mərasiminin Kampaniyanlar tərəfindən e.ə. 310-cu ildə Samnitlər üzərində qələbəni qeyd etmək üçün keçirildiyini yazmışdır. Eramızın VII əsrində Seviliyalı İsidor lanista (qladiatorların rəhbəri) sözünün etrusk dilində cəllad mənasını verən sözdən törədiyini sübut etdi. Roma tarixçiləri qladiator oyunlarının xaricdən gəlmə olduğunu (ən böyük ehtimal etrusklara verilir) qeyd etmişlər.

Ancaq bütün dəlillər Kampaniyan mənşəyini təsdiqləyir. Bilinən ən ilkin qladiator məktəbi (ludi) Kampaniyada yerləşmişdir. Kampaniyada yerləşən türbə freskalarında dəbilqə taxmış, nizəli və qalxanlı döyüşcülər təsvir edilmişdir. Bu freskalarla müqasiyədə etrusk türbə freskaları aşağı səviyyəlidir və daha sonrakı dövrlərdə çəkilmişdir. . Davamı...)


baxmüzakirə etredaktə ettarixçə ---

50. Həftə
Heydər Əliyev — (10 may 1923, Naxçıvan, Azərbaycan SSR - 12 dekabr 2003, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti.

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqraddada xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti Sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. . . Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


51. Həftə
İlham Əliyev — (24 dekabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Prezidenti (2003 — hal-hazıradək).

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.

MDBMİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə özəl biznez sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

2008-ci ildə yenidən prezident seçilmişdir və hazırda prezident vəzifəsini icra edir.

Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


52. Həftə
Yeni il bayramı — Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlarromalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında DəcləFərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş".

"Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.


Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023