Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2022

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 24 aprel 2024, Çərşənbə (İlin 17-ci həftəsi); saat 10:21 (UTC)


Keşi təmizlə
6. Həftə
Səid Rüstəmov — Azərbaycan-sovet bəstəkarı, dirijorupedaqoqu, Azərbaycan SSR xalq artisti (1957), Stalin mükafatı laureatı (1951). O, 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1949–1953), Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (1935–1975), Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblının rəhbəri (1951) olmuşdur.

1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikumun) tar sinifinə qəbul edilmişdir. Musiqi texnikumunda not üzrə Üzeyir Hacıbəyovdan, muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs almışdır. 1926-ci ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1926-cı ildə "Süleyman Sani məktəbi" adı ilə tanınan, Süleyman Sani Axundovun direktoru olduğu 19 saylı orta məktəbə müəllim təyin edilmişdir. 1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə dərs deməyə başlamışdır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


7. Həftə
Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığı. Zəngəzur kəndindən başlamış Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi.

Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənub-şərqdən İlanlıdağ, şimal-şərqdən Böyük və Kiçik Ağrı dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, XoyMaku xanlıqları ilə həmsərhəd idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


8. Həftə
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir.

Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


9. Həftə
Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.

Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir.

1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024