Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2015 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2015 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2015

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 20 aprel 2024, Şənbə (İlin 16-cı həftəsi); saat 06:43 (UTC)


Keşi təmizlə

27. Həftə
Tüklü mamont — nəsli kəsilmiş fil cinsi Mammuthus üçün ümumi ad hesab edilən mamontun bir növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.

Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər SibirAlyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


28. Həftə
Küləklə sovrulanlarMarqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır.

Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


29. Həftə
Qars vilayətiCənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi)  187814 sentyabr (1 sentyabr Yuli təqvimi)  1917-ci illərdə Rusiya imperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917–ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918–ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən ƏrdəhanQars illərinə, qismən isə Ərzurum ilinəErmənistan Respublikasının Şirak mərzinə daxildir. Erməni müəllif Bədəlyan 1953–cü ildə nəşr edilmiş "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı məqaləsində qeyd edir ki, "1886–cı ilin ailələr üzrə siyahılarından götürülmüş, Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatların yekunu"na əsasən yaşayanların sayına görə Qars vilayətinin Qars dairəsinin 14.70%–i (Ağbaba şöbəsi tamamən; Şuragel şöbəsindən Qaraməmməd və Molla Musa kənd cəmiyyətləri, həmçinin Baş Şuragel kənd cəmiyyətindən Aralıq kəndi) Ermənistan SSR–in hazırki (1953–cü il) sərhədlərinə daxil olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


30. Həftə
Amerikansayağı gözəllik1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik tanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir.

1992-ci il Emi Fişer məhkəməsindən ilhamlanan Bol 1990-cı illərin əvvəllərində “Amerikansayağı gözəllik” adlı tamaşa yazmağa başlamışdı. Hekayənin səhnədə yaxşı alınmayacağını anlayan müəllif tamaşa ideyasından əl çəkmişdi. Bir neçə il televiziya ssenaristi kimi çalışdıqdan sonra, 1997-ci ildə Boll özünü kino ssenaristi kimi sınamaq qərarına gəlir. Dəyişdirilmiş ssenaridə Balın yazdığı bir neçə komediyada olduğu kimi, hadisələrə sinik baxış əks olunmuşdur. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


31. Həftə
Mars — və ya MərrixGünəş sisteminin məsafəcə dördüncü və ölçücə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm Ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində bilinən ən hündür ikinci (planetdə birinci ən hündür) dağ - Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: FobosDeymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə

Ən Son Axtarılanlar

SəhifəyəKeçidlərBookSources978-9941-445-52-1 SəhifəyəKeçidlərBookSources978-9941-0-4195-2 Fayl:History_of_the_United_States_from_the_Compromise_of_1850_to_the_final_restoration_of_home_azle_ SəhifəyəKeçidlərMap1250.75156.35az Fayl:Caledonia;_or,_A_historical_and_topographical_account_of_North_Britain,_from_the_most_ancient_t SəhifəyəKeçidlərQədim_MisirMisir_tanrıları Fayl:Home_and_health_and_home_economics_-_a_cyclopedia_of_facts_and_hints_for_all_departmtrts_of_hom kinoizlekazhdyj-tvoj-vdoh-every-breath-you-take-2021-hdrip-17914-tr-dublaj-izle.html SəhifəyəKeçidlərWhatLinksHerePortal:Qədim_MisirMisir_tanrıları Fayl:Applied_mechanics-_an_elementary_general_inruoduction_to_the_theory_of_structures_and_machines_ Fayl:Introductory_lecture_delivered_at_the_opening_of_the_twenty-sixth_annual_session_of_the_Woman's Fayl:A_treatise_on_the_law_of_idiocy_and_lunacy_-_to_which_is_subjoined_an_apprudix,_containing_the_ SəhifəyəKeçidlərNewSectionMüzakirə:Exnaton mp3kdlg0k6xkJkkadin-dizisi-ceyda-nin-soyledigi-sarki-mevsim-bahar-olunca-yarabbim-sru-buyuksun.htm Vtrera,_Kupid,_Folli_və_Zaman_(Bronzino) Fayl:Illusruated_catalogue_of_the_permanrut_collection_of_pictures,_drawings,_and_sculpture_-_with_b Fayl:Low_frequrucy_active_sonar_(Grueric_UK)_performance_assessmrut_in_the_operationally_significant Fayl:Life_and_correspondruce_of_Samuel_Johnson_D.D._-_missionary_of_the_Church_of_England_in_Connect WhatLinksHereŞablon:Test_casesandbox
Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024