Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2017

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 25 aprel 2024, Cümə axşamı (İlin 17-ci həftəsi); saat 19:54 (UTC)


Keşi təmizlə

27. Həftə
Azərbaycan mədəniyyətiAzərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqi Qərblə birləşdirən ərazidə yerləşməsi təsir edib.

XIV-XV əsrlərdə Azərbaycanda yaşıyan əsas xalqın — Azərbaycan türk etnosunun formalaşmasıyla Azərbaycan mədəniyyəti inkişaf edir. Stabil mərkəzləri olmayan bu mədəniyyəti bəzi dövrlərdə Osmanlı mədəniyyətindən fərqləndirmək çətindir. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. XVI-XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır.

XIV-XV əsrlərdə Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


28. Həftə
Azadlıq heykəli — və ya “Dünyanı işıqlandıran azadlıq” (ing. The Statue of Liberty, Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) – Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəldir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir.

O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. AzadlığınABŞ-ın simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır. Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


29. Həftə
Malurus eleganssərçəkimilər dəstəsinin Maluridae fəsiləsindən quş növü. Köçəri deyil və Qərbi Avstraliyanın cənub-qərb hissəsinə endemikdir. Cinsi deformizmin müşahidə olunduğu bu növün erkək fərdləri çoxalma dövründə parlaq gümüşü-göy təpə, qulaq örtüsü və bel lələkləri ilə qırmızı çiyin lələkləri və qara boğaz, boz-qəhvəyi quyruq, qanad ilə soluq alt lələklərdən ibarət diqqətçəkən lələklərə sahibdir. Çoxalma dövründən xaric erkək və dişi fərdlər boz-qəhvəyi lələklərə malik olurlar, amma bəzən erkəklərdə qara və göy lələklər də müşahidə olunur.

Yarimnövləri yoxdur. Malurus lambertiMalurus pulcherrimus növlərinə çox oxşar və yaxından əlaqəlidir, amma yaşadıqları yerlərdə keçid formaları tapılmadığı üçün ayrı növ kimi təsnif olunurlar. Saylarının azalmasına dair bir neçə məlumat əldə edilmişdir. Dar dimdikli bir quş olan bu növ cücüləri ovlamaq üçün adaptasiya olmuş növdür və cücüyeyəndir. Əsasən Eucalyptus marginata ağaclarından ibarət mülayim və nəm meşələrdə kollarda bəslənir və yaşayır. Malurus cinsinin digər növlərinə xas olan xüsusiyyət kimi bu növün ancaq dişi fərdləri balaların qayğısına qalır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


30. Həftə
Azərbaycanın İstiqlal Bəyannaməsi1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillyini rəsmən elan edən sənəd.

Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay fəaliyyət göstərib və 1920-ci ildə bolşeviklər tərəfindən süqut edilib. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamenti qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.

Azərbaycan dilində (ərəb əlifbası) tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024