Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyun 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyun 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyun 2017

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 28 mart 2024, Cümə axşamı (İlin 13-cü həftəsi); saat 23:17 (UTC)


Keşi təmizlə

23. Həftə
PalmiraSuriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir. Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi.

267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi. 273-cü ildə baş vermiş üsyandan sonra isə şəhər tamamilə dağıdılmışdır. Bundan sonra Palmira Bizans, Rəşidi, Əməvi, Abbasi xilafətləri, Məmlük dövlətinin tərkibində kiçik vassal şəhər olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


24. Həftə
Müqəddəs Pyotr bazilikasıRoma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan intibahı dövrünə aid kilsədir.

Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, “xristian dünyasında unikal mövqeyə malik”xristian dünyasının ən möhtəşəm kilsələrindən biri kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir.

Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


25. Həftə
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbolbasketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz xokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir.

İlk beynəlxalq voleybol turniri 1922-ci ildə Y.M.C.A-nın çempionatında 11 əyalətdən 27 komandanın qatılımı ilə gərçəkləşmişdir. Altı il sonra isə yeni qaydalara ehtiyac olduğu görülmüş və USVBA (ABŞ Voleybol Federasiyası) qurulmuşdur. 1937-ci ildə Bostonda Qeyri-peşəkar İdman Növləri Birliyinin qərarı ilə həmin federasiya voleybolda qanunverici və icraçı orqan olmuşdur.

1946-cı ildə ilk dəfə olaraq Cənubi Amerika Voleybol Konfederasiyası yaradılmışdır. Braziliyalı Selio Neqreiros de Barros adlı şəxs bu konfederasiyasının rəhbəri olur. Maraqlısı budur ki, Cənubi Amerika Voleybol Konfederasiyası Beynəlxalq Voleybol Federasiyasından daha öncə yaradılmışdır. Belə ki, yalnız 1947-ci ildə Parisdə təşkil olunan beynəlxalq konqresdə Beynəlxalq Voleybol Federasiyasının əsası qoyulmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


26. Həftə
Naxçıvan Muxtar RespublikasıAzərbaycan Respublikasının tərkibində muxtar dövlət. ŞimaldaŞərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), Qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), Cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən ZəngəzurDərələyəz silsiləsinin suayırıcıları, Türkiyəİranla sərhəddini isə Araz çayı təşkil edir.

Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023