Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2019

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 29 mart 2024, Cümə (İlin 13-cü həftəsi); saat 14:48 (UTC)


Keşi təmizlə

18. Həftə
Kirpi Sonik — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" video oyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu?, ing. Ogilvie Maurice the Hedgehog).

Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku?, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.

Kirpi Sonikin yaradımasında "Sega" şirkətindəki bir çox şəxsin səyi olsa da, proqramçı Yuci Naka və rəssam Naoto Oşima personajların əsas müəllifləri hesab edilirlər. Orijinal "Sonic the Hedgehog" video oyunu "Sega" şirkətini "Nintendo" şirkətinin flaqman personajı olan Marionun rəqibi olacaq və Aleks Kidd (ing. Alex Kidd) personajını əvəzləyəcək bir talisman ilə təmin etmək üçün 1991-ci ilin iyun ayında satışa çıxarılmışdır.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


19. Həftə
Altı günlük müharibə — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları, Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriyaİordaniya arasında baş vermiş hərbi münaqişə.

Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən qapatdığı Tiran boğazını yenidən öz gəmilərinin keçişinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərəFransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi. Bölgəyə BMT-nin Sülh Qüvvələri yerləşdirilsə də, silahsızlaşdırma barədə razılığa gəlmək münkün olmadı. Müharibənin başlanmasına bir neçə ay qalmış münasibətlər xeyli gərginləşmişdi. Misirin Tiran boğazını qapamaqla bağlı təhdidlərinə İsrail tərəfi 1956-cı ildəki mövqeyinin dəyişmədiyini bildirməklə cavab verdi, yəni Tiran boğazının qapadılmasını İsrail özünə qarşı müharibə elanı kimi qəbul edəcəkdir (a casus belli).

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


20. Həftə
"Dünyəvi zövqlər bağı" — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir.

Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş edilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir. Sağ lövhədə incə cəhənnəm əzabı və əziyyət çəkən fiqurlar göstərilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


21. Həftə
ABŞ mədəniyyətiAmerika Birləşmiş Ştatlarında mədəniyyət.

ABŞ bir çox mədəniyyətə, müxtəlif etnik qruplara, ənənələrə və dəyərlərin geniş müxtəlifliyinə ev sahibliyi edir. Yerli amerikalılar, havaylılar və alyaskalılardan başqa, demək olar ki, bütün amerikalılar və ya onların əcdadları son beş əsrdə məskunlaşıb və ya immiqrasiya edib. Hakim Amerika mədəniyyəti əsasən Afrikalı kölələrin gətirdiyi ənənələr kimi digər mənbələrin təsirləri ilə Avropalı immiqrantların ənənələrindən törəmiş Qərb mədəniyyətidir. Asiyadan və xüsusilə Latın Amerikasından olan ən son immiqrasiya həm homogen əritmə qazanı, həm də immiqrantlar və onların nəsillərinin fərqli mədəni xüsusiyyətlərini qoruyub saxladığı heterogen salat kasası kimi təsvir edilən mədəni qarışığa əlavə edilmişdi.

Əsas Amerika mədəniyyəti protestant Britaniya kolonistləri tərəfindən yaradılıb və əldə edilən xüsusiyyətlərin nəsillərə ötürülməsi və asimilasya ilə immiqrantlara köçürülməsi ilə sərhədyanı yaşayış məntəqəsi prosesi ilə formalaşmışdır. Amerikalılar ənənəvi olaraq güclü iş etikası, rəqabət qabiliyyəti və fərdiyyətçiliyə, habelə azadlığın, bərabərliyin, xüsusi mülkiyyətin, demokratiyanın, qanunun aliliyinin və məhdud hökumətin üstünlüyünü vurğulayan bir "Amerika kredosu"na birləşən inanc ilə xarakterizə olunurlar. Amerikalılar qlobal standartlara görə son dərəcə xeyirxahdırlar.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


22. Həftə
Ulduzlararası — rejissorluğunu Kristofer Nolanın etdiyi 2014-cü ildə istehsal olunmuş ABŞ elmi fantastika filmi. Rollarda Metyu Makkonaxi, Enn Heteuey, Cessika Çesteyn, Bill İrvin, Elen Burstin, Maykl Keyn iştirak etmişdir. Bəşəriyyətin həyatda qalmaq üçün mübarizə apardığı distopik gələcəyi təsvir edən film, bəşəriyyət üçün yeni ev axtarışında Saturn yaxınlığındakı soxulcan dəliyindən keçən bir qrup astronavtdan bəhs edir.

Ssenari Conatan Nolanın 2007-ci ildə təkmilləşdirdiyi ssenari əsasında yazılmışdır. Kristofer həyat yoldaşı Emma Tomas ilə istehsal şirkəti Syncope və Lynda Obst Productions vasitəsilə Lynda Obst ilə filmdə rejissorluq etdi. Kaliforniya Texnologiya İnstitutunun nəzəri fizikaçısı Kip Torn, icraçı-rejissor idi. O elmi-məsləhətçi kimi fəaliyyət göstərdi və “Ulduzlararası elm” kitabını yazdı. Paramount Pictures, Warner Bros və Legendary Pictures filmi birgə maliyyələşdirdi.

Kinematoqraf Hoyte van Hoytema 35 mm-lik anamorfik formatda və IMAX 70 mm-də çəkilişlər etmişdir. Əsas çəkilişlər 2013-cü ilin sonlarında başlamışdır və Alberta, İslandiyaLos-Ancelesdə olmuşdur. Filmdə geniş praktik və miniatür effektlərdən istifadə edilmişdir və Double Negative şirkəti ilə əlavə rəqəmsal effektlər yaradılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023