Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2022

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 12 aprel 2024, Cümə (İlin 15-ci həftəsi); saat 20:26 (UTC)


Keşi təmizlə

18. Həftə
II ElizabetBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 15 dövlətin kraliçası (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka). Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


19. Həftə
PalmiraSuriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.

Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi.

Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


20. Həftə
Steins;Gate5pb.Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV, Sōtei Kagaku ADV?) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali AmerikaAvropada satışa çıxarmışdır. Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi hələ ki yayımlanmamışdır.

Oyunun manqa adaptasiyası Saraçi Yomi tərəfindən hazırlanmış və 26 sentyabr 2009-cu ildə "Media Factory"-nin "Monthly Comic Alive" manqa jurnalında nəşr olunmağa başlanmışdır. Kenci Mizuta tərəfindən çəkilmiş ikinci manqa seriyasının serializasiyasına 28 dekabr 2009-cu ildə "Mag Garden"-in "Monthly Comic Blade" jurnalında başlanılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


21. Həftə
Liverpul FKİngiltərə Premyer Liqasında Liverpul şəhərini təmsil edən peşəkar futbol klubu (ləqəbi – Qırmızılar). Klub 6 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Avropa Liqasını, 4 dəfə UEFA Superkubokunu, 19 dəfə İngiltərə Premyer Liqasını, 8 dəfə İngiltərə Federasiya Kubokunu, rekord sayda - 9 dəfə İngiltərə Liqa Kubokunu və 15 dəfə İngiltərə Milli Futbol Superkubokunu qazanmışdır.

Klub 1892-ci ildə yaradılıb və növbəti il futbol liqasına qoşulmuşdur. Klub yaranandan bəri oyunlarını Enfild stadionunda keçirir. Liverpul 1970-1980-ci illərdə Uilyam Bil ŞenkliBob Peyslinin başçılığı altında həm İngiltərədə həm də Avropada ümumilikdə, 11 dəfə İngiltərə çempionluğunu və 7 dəfə Avropa miqyaslı kuboku qazanmaqla, özünü böyük bir güc olaraq qəbul etdirdi. Rafael Benitezin məşqçiliyi və Stiven Cerrardın kapitanlığı ilə Liverpul 2005-ci ildə matçın ilk hissəsində 0-3 hesabı ilə geridə olduğu "Milan"a qarşı oyunda geri dönüş edərək növbəti dəfə UEFA Çempionlar Liqasının qalibi oldu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


22. Həftə
Bon Jovi1983-cü ildə ABŞ-ın Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid BrayanAlek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupudur. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılığı xaricində qrup təxminən 30 ildir eyni heyət ilə musiqi fəaliyyətinə davam edir.

Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, AfrikaAvstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir.

Bon Jovi 2006-cı ildə İngiltərədə UK Music Hall of Fame tərəfindən şərəfləndirildi və İngilis Q jurnalının 2004-cü ildə hazırladığı Bütün Zamanların Ən Böyük 50 qrupu sıralamasında 14-cü sırada yer aldı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024