Vikipediya:Həftənin seçilmiş məqaləsi/noyabr 2014 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/noyabr 2014 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/noyabr 2014

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 28 mart 2024, Cümə axşamı (İlin 13-cü həftəsi); saat 13:20 (UTC)


Keşi təmizlə

45. Həftə
Alatoran Saqa: Yeni Ay — daha çox "Yeni Ay" kimi tanınan, 2009-cu ildə, yazıçı Stefani Mayerin 2006-cı ildə nəşr olunmuş “Yeni Ay” romanı əsasında çəkilmiş romantik fentezi filmidir. Alatoran filmlər seriyasının ikinci filmi olan “Yeni Ay” 2008-ci ildə çəkilmiş “Alatoran” filminin davamıdır.

Alatoran filminin qazandığı böyük uğurdan sonra, 2008-ci ilin noyabrında “Summit Entertainment” “Yeni Ay” filmi üçün yaşıl işıq yandırmışdı. Kris Veytz tərəfindən çəkilmiş filmdə Edvard Kallen, Bella SvonCeykob Blek obrazlarını müvafiq olaraq Robert Pattinson, Kristen StüartTeylor Lotner canlandırmışdır. “Alatoran” filmində olduğu kimi, “Yeni Ay” filmində də ssenarinin yazılması işini Melissa Rozenberq öz öhdəsinə götürmüşdür. Çəkilişlər 2009-cu ilin martında Vankuverdə başlamış, may ayında isə İtaliyanın Montepulçiano şəhərində davam etdirilmişdir. Film, 20 noyabr 2009-cu ildə dünyanın bir çox ölkələrində vizyona girmiş, ilk həftəsində 26.3 milyon $ toplayaraq daxili baxış miqdarına görə rekord qırmış və onun rekordu yalnız, Alatoran filmlər seriyasından olan növbəti film, Alatoran. Saqa: Tutulma tərəfindən təzələnmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


46. Həftə
Adelin həyatı — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" adlı qrafik romanının əsasında çəkilib.

Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar.

Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi. Bir çox tənqidçilər Adelin həyatını 2013-cü ilin ən yaxşı filmi elan etmişdi. Keşiş 3 saat davam edən kinoteatr versiyası ilə məhdudlaşmayaraq, filmin «final montajı» olacağını da elan etmişdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


47. Həftə
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır.

Voleybol oyunu 1895-ci ildə ABŞ-da bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub. YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennishəndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi. Belə ki, o, tennis meydançasından istifadə edərək iş adamlarının hərəsini torun bir tərəfinə keçirmişdir. Basketbol topunun kamerindən düzəltdiyi elastik topla isə zərbə vurmaqlarını və rəqib tərəfə göndərmələrini istəmişdir. Bununla da o, çox da yorucu olmayan, əyləncə məqsədli, zədələnmələrə yol açmayan rəqabət hisli bir oyunun əsasını qoydu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


48. Həftə
Zlatan İbrahimoviç — İsveç futbolçusu. İsveç milli futbol komandasının və Fransanın "Pari Sen Jermen" klubunun heyətində çıxış edir. Hücumçu mövqeyində çıxış edir.

İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999-2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001-2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ilə "İnter"dən ayrılaraq İspaniyanın nəgəng klublarından olan "Barselona"ya keçib. 2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023