Vikipediya:Həftənin seçilmiş məqaləsi/noyabr 2016 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/noyabr 2016 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/noyabr 2016

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 29 mart 2024, Cümə (İlin 13-cü həftəsi); saat 04:35 (UTC)


Keşi təmizlə

45. Həftə
Arnolfini cütlüyünün portreti — məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir; o, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir. Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186).

Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir.

Gözəlliyi, ikonoqrafiya kompleksi, həndəsi ortoqonal perspektivi, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nigah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqla, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilir. Ernst Qombriçə görə “İtaliyada DonatelloMazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


46. Həftə
Muğam — və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir.

Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir.Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


47. Həftə
Mariya Stadnik — (ukr. Марiя Василiвна Стаднiк; d. 3 iyun 1988, Lvov, Ukrayna) — Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçi və model, bütün zamanların ən yaxşı Azərbaycanlı qadın güləşçisi. 2007-ci ildən Azərbaycan yığmasında çıxış edir. 2008 Pekin Olimpiadasında bürünc, 2012 London2016 Rio-de-Janeyro Olimpiadasında gümüş medal qazanıb. Dünya Çempionatlarında, 2009-cu ildə Herninqdə qızıl, 2011-ci ildə İstanbulda2015-ci ildə Las-Veqasda gümüş, 2014-cü ildə Daşkənddə isə bürünc medal qazanıb. Mariya Stadnik həmdə dəfələrlə Avropa Çempionatının qızıl medallarını qazanıb, (2008, 2009, 2011, 20142016). Mariya Stadnik həmçinin 2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olub.

2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu, 2015-ci ildə "Şöhrət" ordeni, 2016-cı ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, həmdə Gənclər və İdman Nazirliyinin versiyasına görə 2008, 2009, 2011, 2012, 20142015-ci illərdə "İlin ən yaxşıları" mükafatına layiq görülüb.

2008-ci ildə Olimpiya Oyunlarında Azərbaycana medal qazandıran ən gənc qadın idmançı kimi (20 yaş, 2 ay və 13 gün), 2016-cı ildə isə Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran birinci idmançı kimi tarixə düşüb.

Mariya Stadnik dünya idman ictimaiyyətinə daha çox 2016-cı ildə keçirilən XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Yaponiya güləşçisi Eri Tosakaya sona 3 saniyə qalmış məğlubiyyəti ilə tanındı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


48. Həftə
AyYerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cismdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir.

Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır.

Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023