Vikipediya:Həftənin seçilmiş məqaləsi/oktyabr 2011 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/oktyabr 2011 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/oktyabr 2011

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 20 aprel 2024, Şənbə (İlin 16-cı həftəsi); saat 14:08 (UTC)


Keşi təmizlə

40. Həftə
Dolmabağça sarayıTürkiyənin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray.

Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı.

XVIII əsrin II yarısına doğru, Osmanlı memarlığında qərb təsirləri görünməyə başlamış və türk rokokosu deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən sultandır. O, memar Antuan İqnasi Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir.

II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı. Bəylərbəyindəki saray, Ortaköydəki mərmər sütunlu Çırağan sarayı, köhnə Beşiktaş sarayı ilə Dolmabağçadakı qəsrlər II Mahmudun fəsillərə görə dəyişən iqamətgahları idi. Sultan Əbdülməcid də atası kimi Topqapı sarayına çox etibar etmir, orada yalnız bir neçə soyuq qış ayını keçirirdi. Onun qırxdan çox övladının demək olar ki, hamısı Boğaziçi saraylarında dünyaya gəlmişdir.

Əbdülməcid köhnə Beşiktaş sarayında bir müddət yaşadıqdan sonra, o zamana qədər üstünlük verilən klassik Osmanlı sarayları yerinə, iqamətgah, səfirlik, qonaq qəbulu və dövlət işlərinin idarəsi məqsədi ilə Avropa saraylarına bənzər planlaşdırma və üslubda bir saray inşasına qərar verdi. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


41. Həftə
[[Şəkil:|left|150px]] Stiv Cobs — (ing. Steven Paul Jobs; 24 fevral 1955 - 5 oktyabr 2011) tanınmış amerika ixtiraçısı və biznesmeni.

Apple Inc. şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru olmuşdur. Cobs həmçinin, Pixar şirkətinin icraçı direktoru, 2006-cı ildə "Pixar" şirkəti Walt Disney Company tərəfindən satın alındıqdan sonra isə onun direktorlar şurasının üzvü olmuşdur.

1970-ci illərin sonunda o, "Apple" şirkətinin digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərləri ilə birlikdə kommersiya baxımından çox uğurlu olan Apple II şəxsi kompüterini layihələndirir, istehsala salır və satışını təşkil edir.

2003-cü ildə Cobsa mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulur və 2004-cü ildə bu xəstəlikdən əməliyyat olunur, 2009-cu ildə isə xəstəliyin yaratdığı ağırlaşmanın nəticəsi olaraq qaraciyəri dəyişdirilir. Bütün bu müalicə üsulları onun ömrünü bir müddət uzatmağa kifayət edir.

2011-ci ilin avqust ayında "Apple Inc." şirkətinin icraçı direktoru vəzifəsindən gedərək, vəfatına qədər şirkətin idarə heyətinin sədri olur. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


42. Həftə
Azərbaycan RespublikasıAvrasiyanın Qafqaz regionunda ən böyük dövlət. Cənubi Qafqazda, AvropaMərkəzi Asiyanın kəsişməsində olan Xəzər dənizi hövzəsində yerləşir.

Azərbaycanın dövlət müstəqilliyi 28 may 1918-ci il, şərqdə ilk demokratik və dünyəvi dövlət ölan Azərbaycan Demokratik Respublikasının qurulması tarixindən götürülür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Sonuncu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.

Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, cənubdan İranTürkiyə ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, Türkiyə ilə qərbdən həmsərhəddir.

Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edilib.

Paytaxtı Bakı şəhəridir. Vaxtilə müstəqil xanlıqların paytaxtları olmuş Gəncə, Şəki, Şuşa, Bərdə, Quba, Şamaxı, Lənkəran, Naxçıvan kimi şəhərlər Azərbaycanın mühüm istisadi-mədəni mərkəzləridir.Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


43. Həftə
Yaşar Nuri — görkəmli komediya aktyoru, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı. Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü.

Yaşar Məmmədsadıq oğlu Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.

Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.

Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld idi, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq (bəlkə də ləzzət daha dəqiq olardı) alırdı.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza TəhmasibƏliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir. .Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 249 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024