Vikipediya:Həftənin seçilmiş məqaləsi/oktyabr 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/oktyabr 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/oktyabr 2022

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 28 mart 2024, Cümə axşamı (İlin 13-cü həftəsi); saat 12:45 (UTC)


Keşi təmizlə

40. Həftə
Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.

Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir.

1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlarhökmdar bağı (1772) yerləşir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


41. Həftə
Hörümçək-adam 32007-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, “Marvel Comics”in uydurma personajı olan Hörümçək-adamın mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmi. Film Sem Reymi, onun böyük qardaşı Ayvan Reymi və Alvin Sarcentin yazdığı ssenari əsasında Sem Reymi tərəfindən ekranlaşdırılmışdır. Film Sem Reyminin “Hörümçək-adam” trilogiyasının üçüncü və sonuncu istehsalıdır.

Filmdə Tobi Maquayr Piter Parker obrazında, onunla yanaşı Kirsten Danst, Ceyms Franko, Tomas Heyden Çörç, Tofer Qreys, Brays Dallas Hovard, Ceyms Kromvell, Rozmari Harris, C. K. Simmons çıxış ediblər. “Hörümçək-adam 2” filminin davamı olan üçüncü filmdə Piter Parker öz şəxsi həyatını kollec tələbəsi və fotoqraf olmaqla yanaşı, maskalı superqəhrəman kimi idarə etməyə müvəffəq olmuşdur.

Hörümçək-adam Meri Ceyn Uatsonla başlayan romantik münasibətini gücləndirməklə bərabər, öz qaranlığını üzə çıxarmış, super güc qabiliyyətini artırmış, xarakterinin daha çox əsəbi tərəfində olan müəmmalı yerdənkənar qara hörümçək-adama çevrilir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


42. Həftə
Söz bağçasıMakoto Şinkayın rejissorluğu və ssenaristliyi ilə 2013-cü ildə CoMix Wave Films studiyası tərəfindən çəkilmiş dram və romantika anime filmi. Miyu İrinoKana Hanazava əsas personajları səsləndirmişdirlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerası 2013-cü ildə baş tutmuş, həmin il Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır.

Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


43. Həftə
Böyük Moğol imperiyası1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü. Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər.

Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı. Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi, bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


44. Həftə
Azərbaycan 2020 Yay Paralimpiya OyunlarındaAzərbaycan 2021-ci ilin 25 avqust – 6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində baş XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası oyunları 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (3 qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) medala sahib oldu.

Ümumi komanda sıralamasında Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medal sayına görə isə 20-ci pillədə qərarlaşdı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023