Vikipediya:Həftənin seçilmiş məqaləsi/sentyabr 2016 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/sentyabr 2016 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/sentyabr 2016

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 12 aprel 2024, Cümə (İlin 15-ci həftəsi); saat 20:22 (UTC)


Keşi təmizlə

36. Həftə
Kindertransport əməliyyatıİkinci dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatıdır. Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar. 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı. Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər.

"Ümumdünya yəhudi yardım təşkilatı" (o zaman bu təşkilat "alman yəhudilərinin mərkəzi Britaniya fondu" adlanırdı) 1933-cü ildə yaradılmış və "Kindertransport" proqramının həyata keçirilməsində mühüm rol oynamışdır. Əməliyyat nəticəsində xilas edilərək Böyük Britaniyada yerləşdirilən uşaqların hər biri haqqında bütün məlumatlar təşkilatın arxivində saxlanılır. Bu sənədlərin surətləri, yalnız inzibati xərcləri ört-basdır edən kiçik ödəmə müqabilində qaçqın ailələrinin üzvlərinə verilə bilər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


37. Həftə
Küləklə sovrulanlarMarqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır.

Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


38. Həftə
Qars vilayətiCənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi)  187814 sentyabr (1 sentyabr Yuli təqvimi)  1917-ci illərdə Rusiya imperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917–ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918–ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən ƏrdəhanQars illərinə, qismən isə Ərzurum ilinəErmənistan Respublikasının Şirak mərzinə daxildir. Erməni müəllif Bədəlyan 1953–cü ildə nəşr edilmiş "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı məqaləsində qeyd edir ki, "1886–cı ilin ailələr üzrə siyahılarından götürülmüş, Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatların yekunu"na əsasən yaşayanların sayına görə Qars vilayətinin Qars dairəsinin 14.70%–i (Ağbaba şöbəsi tamamən; Şuragel şöbəsindən Qaraməmməd və Molla Musa kənd cəmiyyətləri, həmçinin Baş Şuragel kənd cəmiyyətindən Aralıq kəndi) Ermənistan SSR–in hazırki (1953–cü il) sərhədlərinə daxil olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


39. Həftə
GünəşGünəş sisteminin mərkəzində yerləşən ulduz. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Süd Yolu qalaktikasının bilinən təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 , nüvəsinin istiliyi isə 15,6 milyon C°-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır. Qalan enerji boşluqda yox olur. Günəşin şüaları 8,44 dəqiqəyə Yerə çatır. Günəş Yerə ən yaxın ulduzdur. Günəşin cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən 28 dəfə çoxdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Ən Son Axtarılanlar

KitabMənbələri5806614522 Fayl:Santo_Domingo,_past_and_present_-_with_a_glance_at_Hayti_(IA_santodomingopast00haza_0).pdf Şəkil:MET_NYC.jpg WhatLinksHereİİ_səviyyə_və_az_əhəmiyyətli_Azərbaycan_tarixi_məqalələri Fayl:An_analysis_of_automatic_idrutification_technology_applications_in_Naval_Logistics_(IA_analysis KitabMənbələri9782955943304 Fayl:The_Local_Government_Pension_Scheme_(Provision_of_Information,_Administrative_Expenses_and_Rest xeberruerbaycanda-sok-sutrcusu-icra-bascisinin-illerle-yigdigi-var-dovleti-satib-qacdi.html Fayl:Proceedings_of_the_North_Carolina_Dtrtal_Society_(serial)_(IA_proceedingsofnor601934nor).pdf Fayl:Flag_of_Villena.PNG Fayl:A_manual_of_palaeontology_for_the_use_of_studruts_with_a_grueral_inruoduction_on_the_principles Fayl:History_of_the_Irish_rebellion_in_1798-_with_memoirs_of_the_union,_and_Emmett's_insurrection_in Fayl:A_text-book_of_sanitary_and_applied_chemisruy_-_or,_The_chemisruy_of_water,_air,_and_food_(IA_t Fayl:Weymouth_Gazette_1924_February_(IA_WeymouthGazette192402).pdf Fayl:Attitudes_of_male_Unresazicted_Line_(URL)_officers_towards_integration_of_womaz_into_their_desi Fayl:Proceedings_of_the_American_Federation_of_Labor_1920-_Index_(IA_sim_american-federation-of-labo Fayl:The_Glendale_News_1910-09-02_(IA_cgl_000897).pdf Fayl:The_Occupational_and_Personal_Pazsion_Schemes_(Contracting-out_etc-_Review_of_Determinations)_R Fayl:A_comparative_study_of_corporation_schools_as_to_their_organization,_adminisenation,_and_method
Dostlarınla Paylaş

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024