Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2013 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2013 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2013

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 29 mart 2024, Cümə (İlin 13-cü həftəsi); saat 01:56 (UTC)


Keşi təmizlə

1. Həftə
Yeni il bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub.

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


2. Həftə
Elvis Presli — amerikalı müğənni və aktyor. Ölümündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır.

Müğənni kimi Elvis Preslinin rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub. Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib. Elvis 42 illik həyatında bu qanunu heç vaxt pozmayıb. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
Qafqaz İslam OrdusuOsmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər.

Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
Misir inqilabı (2011) — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsidir. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi.

Ölkədə siyasi hüquqların olmaması, insan haqqlarının tapdalanması və fərqli düşüncənin qəbul edilməməsi əhalinin hakim rejimə qarşı nifrətini artırırdı. Misirdə başlamış iğtişaşaların əsas səbəbi həm də Mübarəkin 30 illik aramsız hakimiyyətə malik olması, işsizlik, əhalinin sosial haqqlarının qorunmamamsı kimi amillərin də böyük rol oynaması qeyd edilir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


5. Həftə
Bəbir və ya qaplanpişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.

Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5-8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023