Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2016 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2016 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2016

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 24 aprel 2024, Çərşənbə (İlin 17-ci həftəsi); saat 02:55 (UTC)


Keşi təmizlə

1. Həftə
Yeni il bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub.

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər.

12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


2. Həftə
[[Şəkil:|left|150px]] Müqəddəs Mark kafedralıQərbi Avropada bizans memarlığının nadir nümunəsi və Venesiya şəhərinin dini mərkəzlərindən biri. 1807-ci ilədək bu kafedral kilsə şəhərin ali rəhbərləri olmuş dojların saray kilsəsi kimi fəaliyyət göstərirdi. 1808-ci ildə I Napoleonun xahişi ilə Venesiya patriarxının iqamətgahı San-Pyetro-di-Kastello kilsəsindən buraya köçürülür və bina nəhayət "kafedral" statusunu əldə etmiş olur. Bina Müqəddəs Mark meydanında, Dojlar sarayının yaxınlığında yerləşir.

Bizans üslubunda hazırlanan çoxsaylı mozaikalarla bəzədilmiş bu kafedral, səlib yürüşləri zamanı Konstantinopol şəhərindən qənimət kimi Venesiyaya gətirilmiş Həvari Markın nəşinin və çoxlu qiymətli incəsənət əşyalarının saxlandığı yerdir. 1987-ci ildə Müqəddəs Mark kafedralı Venesiyanın bir çox digər abidələri ilə birlikdə YUNESKO-nun Ümumdünya irs obyektləri siyahısında daxil edilmişdir.

Birinci bazilika 31 yanvar 829-cu ildə İsgəndəriyyə şəhərindən Venesiyaya gətirilmiş müqəddəs həvari Markın qalıqlarının yerləşdirilməsi üçün inşa edilmişdir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
SünikCənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189160) ermənilər tərəfindən ələ keçirilən Sünik, b.e. 387-ci ilində Ermənistanın BizansSasanilər arasında bölünməsinə kimi Böyük Ermənistanın doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir.

387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir. Sasanilərin bilavasitə vassalı sayılan Sünik, həm də, siyasi baxımdan Mehranilərdən asılı olmuşdur.

Albaniyanın böyük knyazı Cavanşir Sünik knyazının qızı ilə evlənərək, onların ailəsi ilə qohumluq münasibətləri yaratmışdı. Ərəb Xəlifəsi I Müaviyyə Süniki Cavanşirin tabeliyinə vermişdi. IX əsrdə Arranda ərəblərdən asılı knyazlarlıqlar arasında Sünik knyazlığı da vardı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
Bəziləri isti sevir — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni KörtisCek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-da spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır.

"Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüsserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir. Filmin ssenarisində 50-ci illərin əxlaq normaları baxımından qəhrəmanların olduqca ədəbsiz atmacaları və süjet çevrilmələri mövcud idi. Seksual mənaları ifa edən səhnələrin nümayişi, senzura orqanları tərəfindən ənənəvi əxlaq normalarına zidd hərəkət kimi qiymətləndirilmişdir. Bununla belə, lent geniş prokata buraxılır və onun kinoteatrların ekranlarında nümayişi tədricən Hollivudun əxlaq kodeksindən imtinasına gətirib çıxarır. Tənqidçilər filmə əsasən müsbət rəy vermişdilər; mütəxəssislər tərəfindən isə, o, Amerika kino sənayesi tarixində ən yaxşı komediyalarından biri seçilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


5. Həftə
PalmiraSuriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.

Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi. 273-cü ildə baş vermiş üsyandan sonra isə şəhər tamamilə dağıdılmışdır. Bundan sonra Palmira Bizans, Rəşidi, Əməvi, Abbasi xilafətləri, Məmlük dövlətinin tərkibində kiçik vassal şəhər olmuşdur. 1400-cü ildə Teymurilər tərəfindən dağıdıldıqdan sonra kiçik bir kəndə çevrilən Palmira Osmanlıların (1918-ci ilə kimi), Suriya krallığının daha sonra isə Suriya və Livanda Fransa Mandatının tərkibində olmuşdur. 1929-cu ildə Fransızlar Palmira kəndinin əhalisini yeni inşa edilmiş Tadmur kəndinə köçürməyə başlamışlar, köçürmə işləri 1932-ci ildə tamamlanmış və tamamilə boşalmış ərazi arxeoloji tədqiqatlar üçün yararlı hala gətirilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024