Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2019

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 20 aprel 2024, Şənbə (İlin 16-cı həftəsi); saat 07:44 (UTC)


Keşi təmizlə

1. Həftə
Ceyms Kerdin səyahətiCənubi Şetland adalarındakı Fil adasından Cənubi Atlantik okeanındakı Cənubi Georgiya adalarına təşkil olunmuş 1500 km-lik kiçik qayıq səyahəti. Ser Ernest Şeklton və beş yoldaşı tərəfindən başladılan səyahətin məqsədi səyahəti 1914-1917-ci illərdə İmperial Trans-Antarktika Ekspedisiyasının əsas gövdəsində qurtarmaq idi, lakin ekspedisiyanın Endurans gəmisinin yoxa çıxmasından sonra Fil adasında yekunlaşmalı oldu. Qütb tarixçiləri səyahətə bu günə kimi kiçik bir qayıqla edilən ən böyük səyahətlərdən biri kimi baxırlar.

1915-ci ili oktyabr ayında Veddel dənizindəki buz sahəsi Endurans gəmisini batırdı və Şeklton və yoldaşları dalğanın axını istiqamətində buz sahəsinin üstündə qaldılar. Onların sağ qaldıqları müddət ərzində qrup üzvləri daşqın düşərgələrini dağıtdığı zaman 1916-cı ilin aprel ayında şimala doğru çəkildilər. Sonra xilasedici qayıqlarında Fil adasına doğru getdilər, burada Şeklton qərara aldı ki, xilasolmağın ən təsirli yolu Cənubi Georgiyada xilasedici qayıqların birini satmaqdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


2. Həftə
Ceyms Kerdin səyahətiCənubi Şetland adalarındakı Fil adasından Cənubi Atlantik okeanındakı Cənubi Georgiya adalarına təşkil olunmuş 1500 km-lik kiçik qayıq səyahəti. Ser Ernest Şeklton və beş yoldaşı tərəfindən başladılan səyahətin məqsədi səyahəti 1914-1917-ci illərdə İmperial Trans-Antarktika Ekspedisiyasının əsas gövdəsində qurtarmaq idi, lakin ekspedisiyanın Endurans gəmisinin yoxa çıxmasından sonra Fil adasında yekunlaşmalı oldu. Qütb tarixçiləri səyahətə bu günə kimi kiçik bir qayıqla edilən ən böyük səyahətlərdən biri kimi baxırlar.

1915-ci ili oktyabr ayında Veddel dənizindəki buz sahəsi Endurans gəmisini batırdı və Şeklton və yoldaşları dalğanın axını istiqamətində buz sahəsinin üstündə qaldılar. Onların sağ qaldıqları müddət ərzində qrup üzvləri daşqın düşərgələrini dağıtdığı zaman 1916-cı ilin aprel ayında şimala doğru çəkildilər. Sonra xilasedici qayıqlarında Fil adasına doğru getdilər, burada Şeklton qərara aldı ki, xilasolmağın ən təsirli yolu Cənubi Georgiyada xilasedici qayıqların birini satmaqdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
Freddi MerkyuriBöyük Britaniya müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox Queen qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşmışdır. Merkyuri Queen qrupu üçün çoxsaylı hitlər yazmışdır ki, onların da arasında "Bohemian Rhapsody", "Killer Queen", "Somebody to Love", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "We Are the Champions" mahnıları da vardır. O, Queen qrupunda iştirakı ilə yanaşı solo karyeraya da malik olmuş, həmçinin başqa musiqiçilərlə birlikdə çıxışlar və musiqi prodüserliyi də etmişdir.

Merkyuri Zənzibar adasında parsi ailəsində anadan olmuş, orada və Hindistanda böyümüş, yeniyetmə dövründə isə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçmüşdür. O, 1970-ci ildə gitaraçı Brayan Mey və zərb alətlərində ifadə edən Rocer Teylor ilə birlikdə Queen qrupunu yaratmışdır. Merkyuri 1991-ci ildə 45 yaşında ikən QİÇS-in səbəb olduğu ağciyər iltihabından vəfat etmiş, ölümündən bir gün əvvəl isə onun xəstəliyə tutulması təsdiqlənmişdir.

1992-ci ildə, ölümündən sonra Britaniya musiqisinə əlamətdar töhfələrinə görə Brit mükfatına layiq görülmüş və Londonun Uembli stadionunda ona həsr edilmiş konsert keçirilmişdir. Queen üzvü kimi 2001-ci ildən Rok-n-roll şöhrət zalı (ing. Rock and Roll Hall of Fame), 2003-cü ildən Mahnı bəstəkarları şöhrət zalı (ing. Songwriters Hall of Fame), 2004-cü ildən isə Birləşmiş Krallıq Musiqisi şöhrət zalında (ing. UK Music Hall of Fame) təmsil olunur. BBC tərəfindən 2002-ci ildə keçirilmiş sorğuya əsasən 100 ən böyük britaniyalı siyahısında 58-ci yerdə qərarlaşmışdır. Müxtəlif sorğular nəticəsində dəfələrlə populyar musiqi tarixində ən böyük ifaçılardan biri olduğu göstərilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
Arnolfini cütlüyünün portreti — məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir; o, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir. Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186).

Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir.

Gözəlliyi, ikonoqrafiya kompleksi, həndəsi ortoqonal perspektivi, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nigah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqla, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilir. Ernst Qombriçə görə “İtaliyada DonatelloMazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


5. Həftə
Məhəmməd Cahan PəhləvanAtabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu.

Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər. Lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024