Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2023

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 29 mart 2024, Cümə (İlin 13-cü həftəsi); saat 07:30 (UTC)


Keşi təmizlə
1. Həftə
Nəsrlə yazılmış Milad nəğməsiÇarlz Dikkens tərəfindən yazılmış və daha çox "Milad nəğməsi" adıyla tanınan povest-nağıldır. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanın əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının tuhları gəlir.

Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin “Milad nəğməsi”ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinqDuqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



2. Həftə
Azərbaycanda Stalin repressiyaları — 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən Stalin repressiyalarına verilən ad. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlilərlə bərabər bütün Azərbaycan əhalisinə toxunmuşdur.

Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqda şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi.

Repressiyalar öz pik həddinə yuxarı idarəetmə orqanlarının təlimatlarına uyğun olaraq XDİK tərəfindən həyata keçirilən 1937–1938-ci illərdə baş tutmuş Böyük terror və ya Yejovşina dövründə çatdı. Bu dövr Azərbaycanı 20 il idarə etmiş Mir Cəfər Bağırovun rəhbərliyi illərinə təsadüf edirdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
Qafqaz Albaniyasının memarlığıQafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır.

Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin VaçaqanCavanşirin hakimiyyətləri dövrünə təsadüf edir.

IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
PalmiraSuriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir. Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır.

III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


5. Həftə
Rusların Qafqaz ekspedisiyaları — rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlar. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 913-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü.

943-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi. Dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu. Kiyev şahzadəsi I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığını məhv edən növbəti hücuma başladı. Svyatoslavın hücumu rusların şimal-cənub ticarət yollarını əllərində tutmasının başlanğıcı oldu və bu regiounun demoqrafiyasının dəyişməsinə səbəb oldu. Basqınlar Xəzər dənizinə gedən yolu yenidən qurmaq üçün Səyyah İnqvar tərəfindən 1041-ci ildə edilən cəhdə qədər davam etdi. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023