Vikipediya:Həftənin seçilmiş siyahısı/16. Həftə 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/16. Həftə 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/16. Həftə 2021

ABŞ milli parklarının siyahısıABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır.

Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.

(Davamı...)


Saytda 27 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024