Vikipediya:Həftənin seçilmiş siyahısı/21. Həftə 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/21. Həftə 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/21. Həftə 2022

Alabama qraflıqlarının siyahısıABŞ-ın Alabama ştatının 67 qraflığı. Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi. Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bugünə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu. 1814-cü ildə Fort Cekson Müqaviləsi ərazini Amerika mühacirləri üçün açdı, bu da öz növbəsində daha sürətlə qraflıqların yaradılmasına səbəb oldu. Alabama 1819-cu ildə 22-ci ştat olaraq İttifaqa qəbul edildi. Alabama ştatının qanunverici orqanı, Hindilərin Köçürülməsi Aktı qüvvəyə mindiyi və köçkünlərin Alabamanın müxtəlif ərazilərində məskunlaşdığı üçün keçmiş yerlilərin torpaqlarından əlavə qraflıqlar yaratdı. 1820-ci ildə Alabamanın 29 qraflığı var idi. 1830-cu ilə qədər 36 qraflıq var idi və yerli amerikalılar hələ də Alabamanın şimal-şərqində və uzaq qərbində geniş əraziləri işğal edirdilər. 1840-cı ilə qədər 49, 1850-ci ilə qədər 52, 1870-ci ilə qədər 65, və 1903-cü ilə qədər indiki 67 qraflıq yaradılmışdı. 9 fevral 1903-cü ildə yaradılmış Hyuston qraflığı ştatdakı son yaradılan qraflıq idi.

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024