Vikipediya:Həftənin seçilmiş siyahısı/48. Həftə 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/48. Həftə 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/48. Həftə 2023

İngiltərə milli futbol komandasının het-triklərinin siyahısıİngiltərə milli futbol komandası tarixində bir futbol oyununda üç və ya daha çox qol vuran futbolçuları özündə birləşdirir. Beynəlxalq futbolun başlanğıcı olan 1872-ci ildən bu günümüzə qədər 57 İngiltərə kişi milli komanda futbolçusu het-trik etmişdir.

İngiltərə üçün het-trik edən ilk futbolçular Hovard Voqton və Artur Alfred Broundur. Aston Villa FK klubunun futbolçuları olan bu ikili 1882-ci ildə İrlandiya ilə oynanılan dostluq oyununda üçdən çox qol vurmuşlar. Dörd futbolçu — Voqton, Stiv Blumer, Villi Holl və Malkolm Makdonald bir oyunda beş qol vurma nailiyyəti göstərmişlər.

Cimmi Qreyvs 6 dəfə het-trik edərək bu sahədə ən uğurlu futbolçudur. Beş futbolçu — Albert Allen, Frank Bredşou, Volter Gilliat, Con Veytx və Con Yates sadəcə bir dəfə milli komandada oynamalarına baxmayaraq, het-trik edən futbolçulardır.


Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024