Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2018

Keşi təmizlə

31. Həftə
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıdır. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədiŞabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.


baxmüzakirə etredaktə ettarixçə


32. Həftə
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı — (türk. Türkiye Süper Kupası kazanan teknik direktörler listesi) — Super Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı. 2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır.

İki baş məşqçi iki il ardıcıl çempion olmuşdur. Bu baş məşqçilər 1976-1977-ci illərdə "Trabzonspor" komandası ilə çempion olan Əhməd Suat Özyazıçı1996-1997-ci illərdə "Qalatasaray" komandası ilə kuboku əldə edən Fateh Terimdir. İki baş məşqçi iki fərqli komanda ilə müvəffəqiyyət qazanmışdır. İlk dəfə bu uğura 1978-1980-cı illərdə "Trabzonspor", 1982-ci ildə isə "Qalatasaray" komandası ilə Özkan Sümər nail olmuşdur. Sonrakı baş məşqçi isə 1994-cü ildə "Beşiktaş", 2009-cu ildə "Fənərbaxça" komandası ilə kuboku əldə edən Kristof Daumdur.


baxmüzakirə etredaktə ettarixçə


33. Həftə
Kventin Tarantinonun filmoqrafiyasıABŞ kinorejissoru, prodüser, ssenaristaktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.

1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur.

"Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub. 1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur.


baxmüzakirə etredaktə ettarixçə


34. Həftə
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısıNickelodeon üçün dəniz bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Birinci çıxışı 1 may 1999-cu ildə olan serialın indiyə qədər 188 seriyası yayımlanıb; onun doqquzuncu sezonunun premyeri 21 iyul 2012-ci ildə olub. Seriyalar uydurma sualtı şəhər Bikini Bottomda baş verir və hadisələrin mərkəzində Süngər Bob Kvadrat Şalvarın (Tom Kenni) macəraları və səyləri durur.

Süngər Bob Kvadrat Şalvar başqa personajları narahat edən həddindən artıq optimist dəniz süngəridir. Şounun əsas personajları bunlardır: Süngər Bobun ən yaxın dostu Patrik adlı dəniz ulduzu (Bill Faqerbakke), tamakharlıqla pula bağlanmış yencək və Krasti Krabda Süngər Bobun müdiri Mister Krab (Klensi Braun), təkəbbürlü və pis xasiyyətli osminoq Skvidvard Tentikals (Rocer Bampas), Texasdan olan sincab Sendi (Karolin Lorens) və Mister Krabın biznesdə rəqibi Plankton (Mr. Lourens).


baxmüzakirə etredaktə ettarixçə


35. Həftə
Portuqaliya prezidentlərinin siyahısı5 oktyabr 1910-cu ildə keçən inqilabdan sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Portuqaliya Respublikası prezidentləri bu siyahıda göstərilib.

Bu siyahıya yalnız Portuqaliya prezidenti kimi and gətirənlər deyil, həmçinin faktiki olaraq dövlət başçısının funksiyalarını yerinə yetirənlər də daxildir: Teofilu Braqa — respublika dövlət çevrilişindən sonra müvəqqəti hökumətin prezidenti idi; Sidoniu Paiş, Mendiş Kabesadaş, Qomiş da Koşta - inqilabçı müvəqqəti hökumətlərin başçıları olublar. Teofilu Braqa müvəqqəti hökumətin ilk və tək prezidenti idi, və buna görə birinci prezident hesab edilmir, hərçənd o sonra dövlət başçısı işləyirdi və Manuel de Arriaqa istefasından sonra Portuqaliyanın ikinci prezidenti idi.

Marselu Rebelu dı Souza Portuqaliyanin cari prezidentidir, hansi ki, 2016- cı prezident seçkilarərində qələbə qazadı.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024