Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2019

Keşi təmizlə

31. Həftə
Zaha Hadidin əsərlərinin siyahısı — Siyahıda İraq mənşəli Böyük Britaniya dizayner və memarı Zaha Hadidin əsərləri göstərilmişdir. Hadid 1950-ci ildə Bağdadda yüksək təhsilli ərəb ailəsində doğulmuşdur. 2004-cü ildə Pritsker mükafatına layiq görülmüş ilk ərəb qadın olmuşdur. 2010-2011-ci illərdə Hadid Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür. 2012-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüş Hadid, 2015-ci ildə Kral Qızıl Medalı almış ilk qadın olmuşdur.

Müasir həyatın xaos və axınını əks etdirən ifadəli, bir neçə prespektivə malik geniş axıcı formalar və parçalanmış həndəsi elementlər yaratmaqla Zaha Hadid memarlığı ənənəvi həndəsi formalardan azad etmişdir. Parametrisizmin pionerlərindən biri olan Hadid, həm də neo-futurizmin ikonik təmsilçilərindəndir.


baxmüzakirə etredaktə ettarixçə


32. Həftə
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusuŞotlandiya futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat. Mükafat ilk dəfə 1964-65 mövsümünün yekunlarına əsasən təqdim olunub. Laureat Şotlandiya Futbol Jurnalistləri Assosiasiyası (ŞFJA) (ing. SFWA) üzvləri arasında səsvermə yolu ilə müəyyən edilir. Bu assosiasiyaya bütün ölkə üzrə işləyən yüzdən çox mətbuat nümayəndəsi daxildir.

Bu mükafatı almış ilk qeyri-şotland — həmin vaxt "Reyncers" klubunda hücumçu mövqeyində çıxış edən ingilis Mark Heytlidir. Mükafatın hazırkı sahibi "Seltik"in hücumçusu Skott Sinklerdir. İndiyədək yeddi futbolçu mükafatı iki dəfə qazana bilmişdir. Mükafat 1965-ci ildə, ŞFJA-nın qurulmasından 8 il sonra yaradılıb. Seçim zamanı assosiasiyanın hər bir üzvü birinci və ikinci yerə layiq bildiyi futbolçuya səs verə bilər.


baxmüzakirə etredaktə ettarixçə


33. Həftə
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı — (türk. Türkiye Süper Kupası kazanan teknik direktörler listesi) — Super Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı. 2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır.


baxmüzakirə etredaktə ettarixçə


34. Həftə
Portuqaliya prezidentlərinin siyahısı5 oktyabr 1910-cu ildə keçən inqilabdan sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Portuqaliya Respublikası prezidentləri bu siyahıda göstərilib.

Bu siyahıya yalnız Portuqaliya prezidenti kimi and gətirənlər deyil, həmçinin faktiki olaraq dövlət başçısının funksiyalarını yerinə yetirənlər də daxildir: Teofilu Braqa — respublika dövlət çevrilişindən sonra müvəqqəti hökumətin prezidenti idi; Sidoniu Paiş, Mendiş Kabesadaş, Qomiş da Koşta - inqilabçı müvəqqəti hökumətlərin başçıları olublar.


baxmüzakirə etredaktə ettarixçə


35. Həftə
Masters turniri çempionlarının siyahısı1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar.

Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir.



baxmüzakirə etredaktə ettarixçə


Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023